Kompüterin yaranması barədə

Kompüter ilk dəfə 1970-ci illərin ortalarinda Stiv Voznyak tərəfindən yaradılıb. Stiv uşaqlıqdan elektrik cihazları ilə çox maraqlananıb. Elə bu maraq da onu personal kompüteri yaratmağa gətirib çıxardı. İlk kompüteri qarajda, dostu Stiv Cobslla birlikdə yığıb. Düzdür, həmin kompüter indikilərdən çox-çox fərqlənirdi. İndi kompüterlər insanın gördüyü işlərin çoxunu özü görür. Hətta insanın yerinə düşünüb, təhlil edib, nəticə çıxarmağı da bacarır.
 

3 şərh

BaKiNeC
Məlumat çox azdır.Biraz daha dolğun olsaydə daha yaxşı olardı.
Silen_ce
Burada söhbət 1977-ci ildə satış məqsədilə yaradılmış, görünüşcə müasir fərdi kompyuterlərə oxşayan, konkret hansısa sahənin mütəxəssisləri üçün deyil, kompyuterlə işləməyi bacaran hər bir istifadəçi üçün nəzərdə tutulmuş, səs, rəngli displey, klaviatura, plastik korpus və iki diskötürücü ilə təchiz edilmiş Apple-II adlı ilk fərdi kompyuterdən gedir. Kompyuterin çəkisi 7 kq-a yaxın, qiyməti isə 1350 dollar idi:


İkilik say sistemi əsasında işləyən ilk kompyuter isə 1941-ci ildə almaniyalı alim Konrad Zus tərəfindən yaradılmış Z3 adlı kompyuter olmuşdur. Bu kompyuter hazırda Münhendə, Almaniya muzeyində saxlanılır.


1942-ci ildə daha bir rəqəmli elektron hesablama maşını — ABC (Atanasoff-Berry Computer) uğurla sınaqdan keçirilmişdir. Məhz bu kompyuterdə müasir EHM-lərə xas olan məntiq cəbri və triggerlərdən istifadə olunmağa başlamışdır. 1973-cü ildə ABŞ-ın Federal məhkəməsi ABC-in ilk «kompyuter» olduğunu qəbul etmişdir.


Bu siyahını istənilən qədər uzatmaq olar. Baxır nədən söhbət gedir: ilk fərdi kompyuterdənmi, ilk kompyuterdənmi, yoxsa ümumiyyətlə ilk hesablama vasitəsindənmi? Yeri gəlmişkən, ilk hesablama vasitəsi insanın barmaqları olmuşdur :)

Samir012
Apple compüteri elə o vaxtlar da baha olubmuş :) 1350$