Dənizatı

Dənizatı da balıq növündən biri sayılır. Dənizatları hələ 40 milyon il bundan əvvəl mövcud olmuşlar. Amma əvvəlki növlər indiki növlərdən bir qədər fərqli olub. Adlarının tərkibində at sözünün olduğuna baxmayaraq, quruda yaşayan atlarla heç bir qohumluq əlaqəlari yoxdur. Sadəcə baş formalarının oxşarlığına görə onlara bu adı veriblər. Təxminən, 32 növləri var. Növlərindən asılı olaraq ölçüləri 2.5 sm-dən 35 sm-dək olur. Buna misal olaraq Yarpaqlı dəniz əjdahasını göstərmək olar. Ona bu adı ona görə vermişdilər ki, onun bədənində və quyruğunda yarpaq şəkilli çıxıntılar mövcuddur. Bir çox heyvanlardan fərqli olaraq onları anaları deyil ataları dünyaya gətirir. Ana öz yumurtalarını atanın torbasına qoyur və balalar elə həmin torbada boya-başa çatır və 21 gündən sonra çölə çıxırlar. Ata və ana ömürlərinin axırına qədər bir yerdə olurlar. Sayları az olduğundan, adlarını kitaba yazıblar.
 

1 şərh

Ferbara
"Ata və ana ömürlərinin axırına qədər bir yerdə olurlar." Ona görə də sayları azdır. :)