K vitamini nədir? K vitaminin bədəndəki vəzifələri.


Yağda əriyən vitaminlərin sonuncusu K vitaminidir.K1 və K2 olmaq üzrə 2 növü vardır.K1 xüsusilə yaşıl tərəvəz və taxıllarda olur.

K vitaminin vəzifələri:

• Qanın laxtalanmasını təmin edən protrombin sintezi üçün lazımlıdır.

• Sümüklərin minerilizasyonu və qırıqların yaxşılaşmasına kömək edər.

K vitamini qaynaqları:

Ən zəngin qaynağı yaşıl yarpaqlı tərəvəzlərdir. Gül kələmi, kələm, ispanaq, kahı, qaraciyər, yumurta, süd məhsullarında olur.
Qidalarda kafi miqdarda olur. K vitamini əskikliyinə çox rast gəlinmir. Həzm sistemi pozuqluqlarında, qaraciyər və öd kisəsi xəstəliklərində, uzun müddət antibiotik istifadəsində, uzun davamlı diyetdə, xərçəng müalicəsində çatışmazlıq əlamətləri ortaya çıxa bilir.

K vitamininin çatışmazlıq əlamətləri:

Qanamanın dayanmaması, qanamalar ( burun qanaması, dəri altında mavi və qara nöqtələr) görülür.

Yeni doğum edən qadınlar ilə yeni doğulan körpələrə K vitamini enjeksiyon yolu ilə verilir.

0 şərh