Dörd adamın duası müstəcab olmaz

İmam Cəfər Sadiq (ə) buyurub: “Dörd adamın duası müstəcab olmaz:

Birincisi, öz evində oturub, “Allahım, mənə ruzi ver” deyən adam. Allah bu adama buyurar: “Məgər mən sənə göstəriş verməmişəmmi ki, ruzi dalınca gedəsən (işləyib zəhmət çəkəsən)?”

Ikincisi, öz pis xasiyyətli arvadına nifrin (qarğış) edən kişi. Allah ona müraciət edər: “Məgər mən arvadına talaq vermək hüququnu sənin ixtiyarına buraxmadımmı? (Yəni arvadını boşaya bildiyin halda, niyə ona qarğış edirsən?)”.

Üçüncüsü, mal-dövlətini pis yollarda xərcləyib israf edən və sonra: “Ilahi, sərvətimi mənə qaytar” söyləyən adam. Allah ona buyurar: “Mən ədalətli olmağı sənə tövsiyə etmədimmi? Mal-dövlətini təmizləməyi və pis işlərə xərcləməməyi sənə tapşırmadımmı?”.

Dördüncüsü, şahidsiz, sənədsiz başqasına borc pul verən, sonra da borcunu almaq üçün Allaha yalvaran adam. Allah-təala bu adama buyurar: “Məgər mən göstəriş vermədimmi ki, borc verən zaman özünüzə şahid tutasınız?”.
 

0 şərh