Səma niyə mavidir?


Həqiqətən də səma niyə mavidir? Axı səma havadır, hava isə şəffafdır, rəngsizdir, biz onunla nəfəs alırıq amma onu görmürük. Amma səmaya baxdıqda nədənsə, biz onu mavi görürük, sözsüz ki, aydın günlərdə səmanın maviliyini sıx və qara buludlar örtmürsə.
Hər yerdə səma mavi deyildir. Şimalda səma solğun, cənubda isə tünd mavi, bizdə isə günəşli və mavidir.

Bəs açıq səmanın bu möcuzəvi rəng və çalarları haradan götürülür?
Sən demə bu, günəşin şüalarıdır və bu şüalar başımız üzərindəki səmanı mavi rəngə boyayır. Günəş öz şüalarını yerə ötürür, amma onlar Yer kürəsini əhatə edən qalın hava qatını yarıb keçmək məcburiyyətində qalırlar. Günəş şüası isə çox rənglidir. O, qırmızı, narıncı, sarı, yaşıl, mavi, tünd, göy və bənövşəyi rənglərdən ibarətdir. Həmin rəngli günəş şüaları qalın hava qatını keçir, beləliklə isə hava hissəcikləri günəş spektrinin bütün rənglərini dağıdır və ən çox mavi hissəsi səpələndiyi üçün səma mavi rəngə boyanır. Səmanın rəngi də məhz bu rəngli günəş şüalarının mavi çalarlı hissəcikləridir.

0 şərh