Xalq istehlakı malları

Xalq istehlakı mallarına gündəlik tələbat məhsulları — parça, ayaqqabı, paltar, ev əşyaları və s. daxildir. Bu mallar yüngül sənaye müəssisələrində hazırlanır. Xalq istehlakı malları istehsalı çoxsahəli tərkibi və əmək tutumlu olması ilə fərqlənir. Bu sahədə qadın əməyinin tətbiqi imkanları böyükdür. Azərbaycanda istehlak malları istehsalı üçün bol xammal və işçi qüvvəsi olsa da, bu sahə çox zəif inkişaf edib. Çünki yerli istehsalda müasir texnika və texnologiya çox zəif tətbiq olunmuşdur. Nəticədə Azərbaycan parça, paltar, ayaqqabı və s. malların xeyli hissəsini xaricdən baha qiymətə alır.

Yüngül sənaye — çoxsahəli olub, istehsal olunan məhsulun həcminə görə yeyinti sənayesindən sonra sənaye sahələri arasında II yeri tutur. Yüngül sənayedə məhsulun 80%-ni toxuculuq verir. Toxuculuqda pambıq, ipək, yun parçaların toxunması əsas yer tutur. Azərbaycanda yun parçalar üçün xammal olmasına baxmayaraq, yundan toxunan malların həcmi azlıq təşkil edir. Yun parça toxunmada əsas yeri xalçaçılıq tutur. Xalça əsasən yun və pambıqdan, bəzən də ipəkdən toxunur. Azərbaycanda xalçaçılığın inkişafına qoyunçuluq və tarixi ənənələr təsir etmişdir. Qədimdən toxunan Quba, Qarabağ, Şirvan, Bakı, Qazax, Gəncə və Naxçıvan xalçaları dünyada məşhurdur. Gəncə-Qazax zonası, xüsusilə Gəncə şəhəri xalçaçılığın əsas mərkəzi sayılır.
Azərbaycanda yüngül sənayenin ən qədim sahəsi olan ipək parça toxuma Şəki, Ordubad, Şamaxı və Basqalda (Ismayıllıda) inkişaf edib.
Azərbaycanda 3 pambıq fabriki (Bakı, Gəncə, Mingəçevir) və 14 pambıqtəmizləmə zavodu (Ağcabədi, Dəliməmmədli, Yevlax, Ləki, Daşburun, Bərdə, Ucar, Sabirabad, Tərtər, Şirvan (Əli-Bayramlı), Imişli, Salyan, Sarıcalı və Horadiz — hamısı pambıq tarlaları yaxınlığında) var.

Tikiş sənayesində əsasən qadın əməyindən istifadə olunur. Azərbaycanda tikiş məhsullarına tələbat böyük olsa da, bu sahə hələ yaxşı inkişaf etməyib.
Gön-dəri və ayaqqabı istehsalı — Bakı və Gəncədə cəmlənib. Bu sahənin məhsulları dünya standartlarına cavab vermir və əhalinin tələbini, zövqünü təmin etmir.
Xidmət sahələri aşağıdakı sahələrdən ibarətdir: mənzil və kommunal xidməti, pərakəndə ticarət, ictimai-iaşə, məişət xidməti, elm, təhsil, istirahət və turizm, mallıya-bank xidməti, rabitə və s.
Azərbaycanda rekreasiya (istirahət) və turizm xidməti üçün əlverişli şərait var. Azərbaycanın yalnız Acınohur-Ceyrançöl, Qobustan və Kür-Araz ovalığı bu ehtiyatlarla daha az təmin olunmuşdur. Azərbaycanın digər ərazilərinin landşaft-iqlim xüsusiyyətləri isə burada kurort-turizm təsərrüfatını inkişaf etdirməyə imkan verir. Ərazi geniş miqyasda quru subtropik Aralıq dəniz iqliminə malik olduğu üçün insan səhhəttinə müsbət təsir göstərir. Yüksək dağ-tundra landşaftına malik olması isə qış idman növlərinin yaradılmasına geniş imkanlar açır. Mineral suların, müalicə nefti və palçığının olması kurort yerlərinin əhəmiyyətini artırmaqla yanaşı, onların ilboyu fəaliyyət göstərməsinə şərait yaradır. Azərbaycanın əlverişli iqlim-landşaft ehtiyatlarına müvafiq olaraq sağlamlıq ocaqları iqlim-bolneoloji (mineral su və palçığın köməyi ilə müalicə) istiqamətlidir. Bu xidmət sahəsi çox gəncdir. Azərbaycanda 132 sanatoriya, 10 turizm bazasi var. Xəzərin sahilində, məsələn: Abşeron, Nabran-Yalama, Giləzi-Zarat, Lənkəran-Astara zonalarında istirahət zonaları salmaq daha alverişlidir. Şusa, Naftalan, Istisu, Bilgəh, Qalaaltı istirahət ocaqlarımız dünya şöhrətlidir.
Azərbaycanda iqlim-bolneoloji şərait əlverişli olsa da, bir çox sanatoriyalarda xidmat çox aşağı səviyyədədir. Buradakı mədəni-məişət xidmətləri tələb olunan səviyyədə deyil.

Yeyinti sənayesi — yüngül sənaye kimi Azərbaycanın bütün rayonlarında inkişaf edib və əhalini gündəlik tələbat məhsulları ilə təmin edir. Azərbaycanın ixtisaslasmış yeyinti sənaye sahələri şərab-konyak, meyvə-tərəvəz konservi, çay, tütün məmulatı, balıq məhsulları, mineral sular və s-dir. Azərbaycanda ərzağa olan tələbatı ödəmək üçün xüsusilə heyvandarlıq və taxılçılıq sahələrini inkişaf etdirmək lazımdır. Azərbaycanın ən gəlirli sahəsi şərabçılıqdır. llkin şərab məhsulları istehsalı xammal mənbələri yaxınlığında –Azərbaycanın üzümçülük rayonlarında, şərab və konyakın şüşələrə doldurulması Bakı, Gəncə, Şəmkir, Göyçay, Xanlar, Naxçıvan və s. şəhərlərdədir.
Azərbaycanda yeyinti sənayesi kifayət qədər inkişaf edibKonserv sənayesi — əsasən tərəvəzçilik və bağçılıq rayonlarında yerləşir. Meyvə-tərəvəz konservləri buraxan ən iri müəssisə Xaçmazdadır. Bundan başqa Quba, Qusar, Xudat, Ordubad, Göyçay konserv zavodları, Zaqatala fındıqtəmizləmə zavodu, Maştağa zeytun konserv zavodları da var.
Yeyinti sənayesinin ən iri sahələrindən biri də ət-süd sənayesidir. Bakı, Gəncə, Şəki, Mingəçevir, Şirvan (Əli-Bayramlı), Imişli, Lənkəran, Naxçıvan, Xankəndi və Xırdalanda iri ət kombinatları var. Azərbaycanın süd sənayesi istehlak rayonlarında — Bakı, Sumqayıt, Gəncə, Mingəçevir kimi iri şəhərlərdə yerləşir.
Balıqçılıq Xəzərin və Kür çayının balıq ehtiyatlarına əsaslanır. Azərbaycanın ən iri balıqçılıq müəssisəsi Kür çayının mənsəbindəki Bankə (Neftçala) qəsəbəsindədir. Bundan başqa Hövsan, Lənkəran, Mingəçevir, Qazıməmməd və Xudatda balıq kombinatları; Nərimanabad, Hacı Zeynalabdin qəsəbəsində balıq zavodları var. Azərbaycan 30 növdən artıq balıq ovlanır. Balıq ehtiyatlarını artırmaq üçün Azərbaycanda bir neçə balıq yetişdirmə zavodları tikilib. Əhalinin balıq məhsullarına olan tələbatını ödəmək üçün daxili su hövzələrindən Mingəçevir, Şəmkir, Varvara, Araz su anbarlarından, Sarısu, Hacıqabul göllərindən, Kür çayından istifadə etmək olar.
Unüyütmə və çörəkbişirmə Azərbaycanın ən qədim yeyinti sənaye sahələrindədir. Əsasən gətirilmə xammala əsaslanan və istehlakçıya meyl edən unüyütmə müəssisələri — dəyirmanlar Bakı, Naxçıvan, Ağdam, Kürdəmir və Dəvəçidədir. Çörəkbişirmə müəssisələri istehlak xarakteri daşıdığı üçün şəhərlərdə yerləsir.
Azərbaycanda «Istisu», «Badamlı», «Vayxır», «Sirab» mineral suları dolduran zavodlar var.

loading...

Oxşar məqalələr

0 şərh