Azərbaycan əhalisi

2010-cü ildə Azərbaycanın əhalisi 9 milyonu keçmişdir. Dünyanın 70 ölkəsində 50 milyondan artıq azərbaycanlı yaşayır. Iranda onlar daha çoxdur (25 mln.). Bir il ərzində ölkədə doğulanların sayından ölənlərin sayını çıxdıqda, alınan fərqə əhalinin təbii hərəkəti və ya artımı deyilir. Azərbaycanda hər min nəfərə 14 nəfər doğulur, 6 nəfər ölür. Deməli hər min nəfərə təbii artım 8 nəfərdir. Təbii artım - iqtisadi, sosial, hərbi-siyasi və milli xüsusiyyətlərdən asılıdır.

Azərbaycanda ən yüksək təbii artım - Talış bölgəsindədir. Azərbaycanda oğlanlar qızlardan çox doğulsa da, sonradan kişilərin orta ömrünün aşağı düşməsi və ya Azərbaycanı tərk etmələri nəticəsində bu nisbət qadınların xeyrinə dəyişir. Azərbaycan əhalisinin 49%-i kişi, 51%-i isə qadınlardan təşkil olunub. Azərbaycanda təbi artım çox olduğundan burada yaşlılara nisbətən uşaq və cavanlar üstünlük təşkil edir. Azərbaycanda orta ömür 73 yaşa qədərdir. Ən çox uzun ömürlülük - Talış bölgəsindədir.
Azərbaycan əhalisinin 17%-i 80-a yaxın millətin nümayəndələrindən, rus, erməni, ləzgi, yəhudi, avar, tatar, tat, talış və s. millətlərdən ibarətdir. Milli tərkibinə görə Azərbaycanın Abşeron və Şəki-Zaqatala bölgəsi daha rəngarəngdir.
Əhalinin bir yaşayış yerindən başqasına və ya bir ölkədən başqasına köçməsinə mexaniki hərəkət və ya miqrasiya deyilir. Işsizlik, iqtisadi çətinliklərlə əlaqədar Azərbaycanı tərk edənlər buraya gələnlərdən daha çoxdur. Azərbaycanı əsasan qeyri-azərbaycanlılar tərk edir. Azərbaycan daxilində əhali əsasən iri şəhərlərə, xüsusilə Bakıya miqrasiya edir. Çünki burada iş tapmaq daha asandır.
Ərazinin hər km2 -nə düşən əhali sayına onun sıxlığı deyilir. Sıxlığı tapmaq üçün əhalinin sayını ölkənin sahəsinə bölmək lazımdır. Azərbaycanda sıxlılıq hər km2 -ə 103.9 nəfərdir. Ən sıx əhali Abşeronda xüsusilə Bakı aqlomerasiyasında (840 nəfər), Gəncə-Qazax və Lənkəran zonasındadır. Ən az sıxlılıq isə orta və yüksək dağlıqda, Qarabağ vulkanik yaylası, Qobustan, Acınohur-Ceyrançöl, Şirvan və Muğan düzlərinin bəzi yerlərindədir. Azərbaycanda əhalinin 76%-i düzən və hündürlüyü 500 m-ə qədər olan ərazilərdə yaşayır. Ən yüksək yaşayış məntəqələri Kəlbəcərdə - Yuxarı Bağırsaq (2330 m) və Qubadakı Xınalıq (2000 m) kəndləridir. Azərbaycanda 4400 yaşayış məntəqəsi vardır ki, bunun da 4242-si kənddir.

Issizlik və boş torpaq sahələrinin olmamasından son illər Azərbaycanda kəndlərin sayı azalır. Kəndlərdə orta hesabla 750 nəfər yaşayır. Ən iri kəndlər düzən və dağ ətəyindədir. Dağlıq rayonlarındakı kənd əhalisinin şəhərlərə köçməməsi üçün burada əmək tutumlu iş yerləri açmaq lazımdır. Azərbaycanda kənd əhalisi əsasən təbii artım hesabına artır.
Əhalisinin sayı 5 min nəfərdən çox olan və əksəriyyəti kənd təsərrüfatı ilə məşğul olmayan yaşayış məntəqəsinə şəhər deyilir. Şəhər əhalisinin sayı təbii və mexaniki artım hesabına artır. Əksər ölkələrdə olduğu kimi Azərbaycanda da şəhərlərin sayı artır, kəndlərin sayı isə azalır. Azərbaycanda mövcud olan 70 şəhərin 11-i Bakı, Sumqayıt, Gəncə, Yevlax, Mingəçevir, Şəki, Şuşa, Xankəndi, Naftalan, Şirvan (Əli-Bayramlı), Lənkəran - respublika; 3-ü - Naxçıvan, Ordubad, Culfa - Muxtar respublika; qalanları isə rayon tabeliyindədir. Urbanizasiya - şəhər ərazisinin və əhalisinin artması prosesidir. Çoxsahəli sənaye və paytaxt amili ilə əlaqədar Abşeron Azərbaycanın ən yüksək urbanizasiyalaşmış rayonu sayılır. Azərbaycan əhalisinin 27%-i, şəhər əhalisinin isə 47%-i Bakıda yaşayır. Ümumilikdə Azərbaycan əhalisinin 52,5%-i şəhərlərdə yaşayır.
Əmək ehtiyatları dedikdə - əmək qabiliyyətli əhali (15-56 yaş qadınlar və 15-61 yaş kişilər) başa düşülür. Azərbaycan əhalisinin 55%-i əmək qabiliyyətlidir. Maddi və qeyri-maddi istehsal sahələrində çalışan insanlara fəal əhali deyilir. Azərbaycan əmək ehtiyatları ilə yaxşı, fəal əhali ilə isə çox pis təmin olunub. Azərbaycanda boş iş yerləri olmadığından və əmək qabiliyyətli əhalinin çox olmasından əhali iş tapmaq üçün xaricə (xüsusilə Rusiya) gedirlər. Bunun qarşısını almaq üçün Azərbaycanda əmək tutumlu istehsal sahələrini, xüsusilə emaledici sənayeni inkişaf etdirmək lazımdır. Hazırda Azərbaycanda 1 mln-dan artıq işsiz var. Bu cür iqtisadi çətinliklər Azərbaycan əhalisinin təbii artımına mənfi təsir göstərir.

 

Əhalinin sayının dəyişilməsi 1)
İllər Bütün əhali (min nəfər) İl ərzində ümumi artım o cümlədən: Bütün əhaliyə görə, faizlə
min nəfər faizlə şəhər əhalisi kənd əhalisi şəhər əhalisi kənd əhalisi
1897 1806.7 - - 305.1 1501.6 16.9 83.1
1913 2339.2 - - 555.9 1783.3 23.8 76.2
1917 2353.7 - - 560.2 1793.5 23.8 76.2
1920 1952.2 - - 405.8 1546.4 20.8 79.2
1926 2313.7 - - 649.5 1664.2 28.1 71.9
1939 3205.2 - - 1156.8 2048.4 36.1 63.9
1959 3697.7 - - 1767.3 1930.4 47.8 52.2
1970 5117.1 - - 2564.6 2552.5 50.1 49.9
1979 6028.3 86.0 1.4 3200.3 2828.0 53.1 46.9
1980 6114.3 92.4 1.5 3247.5 2866.8 53.1 46.9
1981 6206.7 102.1 1.6 3301.5 2905.2 53.2 46.8
1982 6308.8 97.5 1.5 3355.9 2952.9 53.2 46.8
1983 6406.3 107.0 1.7 3407.0 2999.3 53.2 46.8
1984 6513.3 109.1 1.7 3459.8 3053.5 53.1 46.9
1985 6622.4 95.5 1.4 3524.5 3097.9 53.2 46.8
1986 6717.9 104.8 1.6 3588.0 3129.9 53.4 46.6
1987 6822.7 105.3 1.5 3651.3 3171.4 53.5 46.5
1988 6928.0 93.2 1.3 3722.6 3205.4 53.7 46.3
1989 7021.2 110.7 1.6 3805.9 3215.3 54.2 45.8
1990 7131.9 86.6 1.2 3847.3 3284.6 53.9 46.1
1991 7218.5 105.6 1.5 3858.3 3360.2 53.5 46.5
1992 7324.1 115.9 1.6 3884.4 3439.7 53.0 47.0
1993 7440.0 109.6 1.5 3928.5 3511.5 52.8 47.2
1994 7549.6 93.9 1.2 3970.9 3578.7 52.6 47.4
1995 7643.5 82.7 1.1 4005.6 3637.9 52.4 47.6
1996 7726.2 73.6 1.0 4034.5 3691.7 52.2 47.8
1997 7799.8 76.9 1.0 4057.8 3742.0 52.0 48.0
1998 7876.7 76.7 1.0 4082.5 3794.2 51.8 48.2
1999 7953.4 79.4 1.0 4064.3 3889.1 51.1 48.9
20002) 8032.8 81.5 1.0 4116.4 3916.4 51.2 48.8
20012) 8114.3 77.0 0.9 4167.2 3947.1 51.4 48.6
20022) 8191.3 77.8 0.9 4219.7 3971.6 51.5 48.5
20032) 8269.1 79.9 1.0 4273.7 3995.4 51.7 48.3
20042) 8349.0 98.3 1.2 4403.6 3945.4 52.7 47.3
20052) 8447.3 105.7 1.3 4477.6 3969.7 53.0 47.0
20062) 8553.0 112.9 1.3 4565.7 3987.3 53.4 46.6
20072) 8665.9 113.9 1.3 4636.6 4029.3 53.5 46.5
20082) 8779.8 117.1 1.3 4733.6 4046.2 53.9 46.1
20092) 8896.9 100.5 1.1 4818.3 4078.6 54.2 45.8
20102) 8997.4 4866.6 4130.8 54.1 45.9
1) 1897,1926, 1939, 1959, 1970, 1979, 1989, 1999-cu illərin məlumatları əhalinin siyahıyaalınmaları üzrə, 1913, 1917, 1920-cı illərin məlumatları ilin axırına, qalan illərin məlumatları isə ilin əvvəlinə göstərilmişdir.
2) Əhalinin sayı ökədə 2009-cu ilin aprel ayında keçirilmiş əhalinin siyahıyaalınmasının ilkin nəticələri əsasında yenidən hesablanmışdır.

 

7 şərh

Cavid
Maraqlıdır amma bir sualım var, rayon və kənd yerlərində nəyə görə təbii artım şəhərə nisbətən daha çoxdur?)
bankir
Çünki rayonlarda və kəndlərdə iş yoxdur.Bekarçılıqdan insanlar vaxtlarını keçirmək üçün faydalı işlə məşğul olur və beləliklə təbii artım çoxalır:-)
bankir
Dünya Bankının sonuncu hesabatında da göstərilir ki, 2025-ci ilə qədər Azərbaycanda hər beş nəfərdən birinin yaşı 65-dən yuxarı olacaq. Əgər vaxtilə 6-7 uşaqlı ailə çoxuşaqlı ailə sayılırdısa, indi 3 uşağı olan ailə çoxuşaqlı sayılır. 50-60 il əvvəlki həmin ailələrin uşaqları qocalma dövründədir. Doğumun səviyyəsi aşağı düşdüyündən gənclik də gözə onlar kimi dəymir.

«Son onilliklər üzrə artımları götürsək, Azərbaycanda əhalinin ən çox artımı 50-60-cı illərdə qeydə alınıb. Bu onillikdə əhali 40 faizə qədər artıb. Bu o deməkdir ki, əhalinin orta hesabla il ərzində artımı 4 faiz təşkil edib. Ancaq artım 2000-ci ildən 2007-ci ilə qədər cəmi 0.7 faiz təşkil edib. Görün, nə qədər fərq var. Təbii artımın tempi təxminən 6 dəfə aşağı düşüb». (Azadlıq)
Əliyev
Azərbaycan əhalisi haqqında bir biabırçı faktı da əlavə etmək lazımdır. Azərbaycan əhalisinin 92%-i kitab oxumur.Hollandiyada 72%, Sankt-Peterburqda 59%, Gürcüstanda 32%, Ermənistanda 28% əhali kitab oxuduğu halda, Azərbaycanda biabırçı həddində cəmi 8% olduğunu bildirən isə Çingiz abdullayev olub.
2ral
Hörmətli Çingiz Abdullayevin bu statistikanın necə əldə etdiyi maraq doğurur.
Azərbaycan əhalisi bir sıra xüsusiyyətlərinə görə dünya xalqlarından fərqlənir. Qida rasionunda çörəkdən çox istifadədən tutmuş milli mentalitetinə qədər.
kastanka

deyərdim ki Azərbaycan əhalisinin 92% i seriala baxdığı üçün kitab oxumağa vaxt tapmır)))


Azərbaycanda məktəblilərin 90% i axşam ata -anasıyla birgə baxdığı serialın mövzusunu müəllimin tapşırdığı dərsdən əla bilir.


şəhərdəki zibil qutularının 80% nin içi boşdur.Çünki cəmi 20 % insan zibili zibil qutusuna atır.qalan 80 %isə israrla bunu etməkdən boyun qaçırır.


daha bir acı verici statistika.Bu dəqiq göstəricidir.Ölkədəki gənclərin 11% i narkomandır.bu hələ rəsmi məlumatdır.8 milyon əhalisi olan ölkəyçün bu çox böyük bir rəqəmdir


...---...

ilham
Narkomanlar haqqında məlumat düz deyil. Azərbaycanda narkomaniya Rusiyadakı kimi geniş yayılmayıb.
Bir tərəfdən məqalədə yazılıb ki,işsizlik olanda təbii artıma mənfi təsir göstərir.Digər tərəfdən isə bankir yuxarıda yazıb ki işsiz olanda hamı bekar olmamaq üçün doğub-artır.Hansına inanaq?