Xınalıq

Xınalıq adı 50-60-cı illərdən sonra işlənməyə başlanmışdır. Orta əsrlərdə və ondan da qədim zamanlarda və hətta indii Xınalıq kəndi və camaatı çox vaxt özlərinə Kətş xalqı da deyir. Kədid- kəttidur. Kətiş və kətç sözünün açıqlaması və mənası- müqəddəs deməkdir. Qədim yunan alimi Strabon özünün 17 cildlik Coğrafiya əsərində  qeyd edir ki, Qafqaz Albaniyasında 26 alban tayfası yaşayır və həmin tayfaların hərəsi öz dilində danışır. Xınalıqlılar etnik qruppu Qafqazda minilliklərlə yaşamış, öz dilini, adət-ənənələrini itirməmiş, bu günümüzə qədər saxlamışdır. Xınalıqda 12-ci əsldə Əbu Müslim tərəfindən İslam dini təbliğ olunmağa başlamışdır. Bu gün fəaliyyət göstərən cümə məscidi də həmin dövrlərə aid edilir. Ona görə də camaat bu məscidi Əbu Müslim məscidi adlandırır. Məscidin girişində sağ tərəfdə  metr yüksəklikdə yerləşən iki müxtəlif daş üzərində runa yazıları həkk olunmuşdur.

Xınalıq kəndində Şahdağ qrupuna aid olan etnik xınalıqlar yaşayırlar. Xınalıq kəndi Böyük Qafqaz dağlarının 2300 metr yüksəkliyində yerləşir. Kənd əhalisi dünyada ona heç oxşarı olmayan unikal bir dildə danışırlar. Tarixən xınalıqlar, indiki Azərbaycan ərazisi sayılan Qafqaz Albaniyasında yaşayan xalqların törəmələridir. Tarixçilənin ehtimalına görə, Xınalıq kəndi hələ bizim eramızdan əvvəl salınmışdır. Xınalıqlırarın əcdadları barədə məlumatlara Strabon və Plininin əsərləndə rast gəlinir. Qədim dövrlərdən bəri indiki Xınalıqlırarın həyat tərzində çox da böyük dəyişikliklər baş verməmişdir. Xınalıqlılar özlərini Nuh Peyğəmbərin nəslindən olanlar kimi sayırlar. Onların fikrincə Nuh Peyğəmbərin tufanı dövründə Ketş kəndi Ketş dağlarında yerləşirdi. Sonradan Allah tərəfindən baş verən zəlzələ zamanı orada heç bir ev salaiat qalmamışdı, bütün evlər dağılmışdır. Əhalinin çox hissəsi tələf olmuşdur. Sağ qalanlar isə çayı keçərək kiçik bir təpəyə qalxmışlar və beləliklə Xınalıq kəndi yaranmışdır. Xınalıqlılar hesab edirlər ki, tufandan sonra Nuhun oğulları Sim və Xam müxtəlif yerlərə köç etmiş və yalnız Yafət öz oğulları ilə həmin yerlərdə qalmış və buradan Qafqaz xalqı törəndi. Həqiqətən 2 min metrdən artıq yüksəklikdə yerləşən kənd ərazisində rast gəlinən balıqqulağı və daşlaşmış balıq sümükləri burada bir vaxtlar baş vermiş tufan və daşqından xəbər verir.

Xınalıq dilinin heç bir dialekt və ləhçəsi yoxdur. Düzdür, Xınalığın özündə kəndin yuxarı, orta və aşağı hissələrində yerləşən müvafiq olaraq 3 əsas müəyyən hallarda tələffüz zamanı nəsil arasında danışıq dili fərqlənir. Xınalıqlılar islam dininin sünnü məzhəbinə qulluq edirlər. Xınalıqların yağışla, əkinçiliklə bəzi ev heyvanlarına münasibətlə, toy və yasla, səma cisimlərinin müşahidəsi ilə bağlı zəngin ən-ənələri var. Onların həyat və məişətinə daxil olan adət və ənənələr təbiət hadisələrinə uyğun qurulur, onların yozulması ilə bağlıdır.

Qədim dövrdən etibarən xınalıq sakinləri ovçuluqla məşğul olmuşlar. Ovladıqları heyvanlar dağ kəli, dağ keçisi olmuşdur. Xınalıqlılar qaban ovlasalar da heç vaxt ətini yeməyib qonşu kəndlərə göndərirdilər. Ovçular ova getməyin vaxtını heç kimə bildirmir, vurulan heyvanı öz aralarında bərabər bölürdülər. Qonşu payı saxlayır, kənar adam rast gələrsə ona da ovlparından pay verirlər. Kiçik , lakin çox ecaskar təbiətə malik olan Xınalıq Qafqaz dağlarının uca zirvəsində yerləşən amfiteatra bənzəyir. Quba rayonunda 2350 metr yüksəklikdə yerləşən və qibləyə baxan Xınalıq kəndi 5 minillik tarixə malik olan abidədir. Xınalıq kəndi Qızılqaya, Şah dağı, Tufan dağı və Xınalıq dağlarının əhatəsindədir.

Müəllif: Həvilova Fəxriyyə Həvil qızı
Mənbə: Şərq mədəniyyəti və etnoqrafiyası

loading...

0 şərh