Рейтинг
+24.54

Azərbaycan coğrafiyası

35 üzv, 54 topik

İqlim tipləri

Ərazinin geniş hissəsi subtropik, yalnız Lənkəran və Böyük Qafqazın cənubu (Qanıx-Əyriçay) rütubətli subtropik qurşaqdadır. Ə.Şixlınski Azərbaycanı 8 iqlim tipinə ayırıb. Buna səbəb coğrafi enlik və relyefin müxtəlifliyidir.
I. Yarımsəhra və quru çöl iqlimi Azərbaycanın 50%-dan çoxunu əhatə edir. Bu iqlim əsasən Azərbaycanın düzənliklərini — Kür-Araz, Samur-Dəvəçi və Naxçıvanın Arazboyu düzənliklarini əhatə edir. Bu ərazilərdə arid (quraq) təbiətin olması bu iqlimlə əlaqədardır. Iki yarım tipi var:
Ardı →

Azərbaycanın relyefi

Azərbaycandakı coğrafi obyektlərin hündürlüyü Baltik dənizinin səviyyəsindən ölçülür. Azərbaycanda orta hündürlük 657 m, maksimum hündürlük 4466 m (Bazardüzü), minimum hündürlük — 27 m-dir (Xəzərin sahilləri). Relyef amplitudası 4466 +(-27) = 4493 m. Ərazinin 60%-i dağlıqdır. Azəraycanın ən mühüm geomorfoloji vahidləri: Böyük və Kiçik Qafqaz, Talış dağları və Kür-Araz ovalığıdır.


Ardı →

Azərbaycanın iqlimi

Azərbaycan subtropik və mülayim iqlim qurşaqlarının qovuşduğu ərazidə yerləşib. Azərbaycanın iqliminin mürəkkəb olmasına səbəb:
1. Coğrafi enlik;
2. Günəş radiasiyası;
3. Mürəkkəb relyef;
4. Müxtəlif mənşəli hava kütlələrinin Azərbaycana təsiri və s.
Böyük Qafqaz şimaldan gələn soyuq hava kütlələrinin, Kiçik Qafqaz cənubdan gələn isti və quru küləklərin, Xəzər dənizi, şərqdən gələn quru və tozlu küləklərin Azərbaycana daxil olmasına mane olur.
Azərbaycanla eyni coğrafi enlikdə yerləşən Pireney, Appenin, Kiçik Asiya yarımadalarında yerləşən Ispaniya, Italiya, Türkiyə dövlətlərinin iqlimi Azərbaycana oxşayır.

Günəşli saatların illik miqdarı 1800-2900 saat /il olub, buludsuzluqla əlaqədar Naxçıvanın Arazboyu düzənliklərində maksimuma 2900 saat/il, buludluluğun çox olması ilə əlaqədar olaraq isə Lənkəran ovalığı və Şollar düzündə minimuma 1800-2000 saat /ilə çatır.
Günəş radiasiyası 120-160 kkal/sm2 arasında dəyişir. Buludluluğun çoxluğu ilə əlaqədar dağ ətəyi və alçaq dağlıqda minimuma (120-130 kkal/sm2), Naxçıvanın yüksək dağlığında isə buludsuzluqla əlaqədar maksimuma 160 kkal/sm2-a çatır. Buludluluqla əlaqədar Lənkəran ovalığı, Şollar düzü və orta daglıqda səpələnən radiasiya; buludsuzluqla əlaqədar olaraq isə Kür-Araz, Arazboyu və Şərur-Ordubadda düz radiasiya üstünlük təşkil edir.
Orta illik temperatur Kür-Arazda 14,5°C; yüksək dağlıqda isə 0°C-dan aşağıdır. Mütləq maksimum temperatur Naxçıvanda (Culfada) + 44°C; mütləq minimum temperatur Naxçıvanda (Culfada) 32°C-dir.
Temperaturun illik amplitudu Naxçıvanda 600C-dan çox olur. (Kəskin kontinental iqlim tipidir)
Günəşli günlərin çox olduğu Naxçıvanın Arazboyu düzənliklərində, Abşeron-Qobustan və Kür-Araz ovalığında gələcəkdə Günəş enerjisindən istifadə etmək imkanları mövcuddur.


Davamı →

Azərbaycanın coğrafi mövqeyi

Azərbaycan haqqında ilk yazılı məlumat b. e. ə. I əsrdə yaşamış, yunan alimi Strabonun «Coğrafiya» kitabında verilib. O bu əsərdə Kürboyu düzənliklərin Babil və Həbəş düzlərindən daha məhsuldar olduğunu vurğulayır.
II əsrdə yaşamış Ptolomey Albaniyadakı 29 şəhərin coğrafi koordinatlarını göstərir.
XV coğrafiyaçısı O.Bakuvi Dünyanı 7 iqlimə bölmüş, Azərbaycanı 4 və 5-ci iqlimə aid etmişdir.
Azərbaycanın Böyük Ipək yolu üzərində olması, Qərblə Şərqin qovşağında yerləşməsi, zəngin təbiəti ona daim maraq yaratmışdır.
Ardı →