Elan

Elan əməli yazıların ən sadə formasıdır. Məzmununa və məqsədinə görə elan rəngarəng olur. Elan bu və ya digər məlumatı qabaqcadan təzahür etdirir. Elanda bir və ya bir neçə məlumat öz əksini tapa bilər. Məlumat qruplaşdırılarkən dörd cəhətə fikir verilməlidir.
  • Məlumatın vaxtı, saatı dəqiq olmalıdır.
  • Məlumatın yeri, təşkilatın adı və otağın nömrəsi.
  • Məlumatın məzmunu.
  • Məlumatın kim tərəfindən verilməsi.

* * * * * * * * * *

Nümunə:  ELAN
18 sentyabr 2000-ci ildə VIII «a» sinfində dil.demyinin növbəti məşğələsi olacaqdır.
GÜNDƏLİK
Dilin yaranma tarixi. Mərüzəçi: VIII «a» sinif şagirdi V. Bağırov.
Çıxışlar.
Məşğələ axşam saat 18:00-da başlanacaqdır.
Dərnək katibi.

* * * * * * * * * *

Elanın sadə  formasına nümunə:

ELAN
15 sentyabr 2000-ci il saat 17:00-da Tarix muzeyinə kollektiv baxış təşkil edilir. Biletin qiyməti 30 manatdır.
158 saylı məktəbin şagird təşkilatı.  

* * * * * * * * * *

ELAN
Füzuli poeziyası axşamı. Yasamal rayon 13 və 158 saylı məktəblərin IV—V sinif şagirdlərinin birgə çıxışı. Çıxışlar 10 sentyabr saat 17-də 158 saylı məktəbin zalında keçiriləcəkdir.

0 şərh