Azərbaycan dili fənnindən testlər (ümumi)

  1. Sözlərdən birində vurğunun yerini dəyişməklə məna dəyişir

a)      Mürəkkəb   b) sürmə   c)həkim   d) alim  e) mövzu 

2. Cütlüklərin birində vurğu fərqlidir:

a)      Sürfə -süfrə  b) katib- kitab  c) serviz –servis  d) malik –məlik  e) arıq –araq 

3. Aşağıdakılardan hansında orfoqrafik qayda pozulmuşdur?

a)      Nəzir  b) desert  c) dosent  d) təhkiyə  e) kərkədan 

4. Bəndlərdən birində məntiq pozulmuşdur:

a)      Tibb  b) fənn  c)  sirr  d) kənd  e)  hiss  

5. Hansılar milli mənşəli sözlərdir?

a)      Kitab  b) pəncərə  c) ata  d) fikir  e) opera 

6. Neftçi  sözünün fonetik təhlili ilə bağlı səhvləri göstərin :

  1. 6 səs, 6 hərfdən ibarətdir  

  2. 4 samit, 2 sait səs var 

  3.Ahəng qanunu pozulmayıb 

  4. Saitlərin biri açıq, biri qapalıdır   

  5.Vurğu birinci hecaya düşür

a)  1, 2, 5   b) 2, 4  c) 1, 3  d) 3, 4, 5   e) 2, 3  

7. Gecənin  qulağına gündüz   gəlir, qaç dedim,

   Sevgilim, günəş doğur, pəncərəni aç dedim (S. Rüstəm) nümunəsindəki işarələnmiş sözlər nədir?

a)  Omonim  b) sinonim  c) antonim d) paronim e) çoxmənalı söz     

8.  Müəllimlik müqəddəs sənətdir   cümləsindəki altından xətt çəkilmiş söz ismin hansı halındadır?

a)   Adlıq   b) qeyri-müəyyən yiyəlik  c) təsirlik  d) yönlük  e) çıxışlıq  

9. Yaxınlaşdıq  sözünün tərkibə görə təhlili hansı sxemə uyğundur?

a)      ͞^^^∩  b) ͞^^^∩∩  c)  ͞^∩∩ d)  ͞^^∩∩  e) ͞^

10. Qarı düşmən dost olmaz  cümləsindəki  işarələnmiş söz  nədir?

a)      Omonim  b) arxaizm   c) sinonim  d) çoxmənalı söz  e) dialekt

11. əsas nitq hissələri kimi verilənlərdən biri səhvdir :

a)      isim   b) sifət  c)  ədat  d) say  e) fel

12. feldən düzələn sifət hansıdır?

a)      Sürgün   b) qırğın  c) yorğun  d)  yanğın  e) basqın 

13. Təsirli fellər cərgəsini göstərin:

a)      Başlamaq, ağarmaq  b)  yazdır,  baxmaq   c)  göyər, yaxşılaş  d) pozul, gözəlləş  e)  danışmaq,  tanımaq

14. Düzəltmə fel hansı cərğədə işlənib?

a)  O, yaxşı oxuyur

b)  Işləməyən dişləməz

c)  Biz onlara kömək edirik

d)  Sinif otağı təmizdir

e)  Müəllim əyani vəsaitdən də istifadə edirdi

15. Qayıdış növ fellər hansı cümlədədir?

1. Gül açıldı  2. qapı açıldı  3.  ürəyim döyündü  4.  günəş göründü  5. onlar vuruşdular 

a)  1, 2, 4  b) 2, 3, 4   c) 3, 5  d) 1, 3, 4  e) 1, 3, 5

16. Sifətin əsas sintaktik vəzifəsi nədir?

a)   Təyin  b) tamamlıq  c) mübtəda  d) zərflik  e) xəbər

 17. Sifətlərədn neçəsi zahiri görkəm bildirir?

Sözübütöv, ürəyitəmiz, yaxşı, pis, uzunboy, gözəl, unutqan, qarabəniz

a)   1  b) 3  c) 4  d) 6  e) 2

18. Isimləşmiş say hansı cümlədədir?

a)   Birinci sıra qonaqlar üçün nəzərdə tutulmuşdur

b)  Bu il “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyi qeyd olunur

c)   Beşincilər çox uğurlu çıxış etdilər

d)  O, iki güb bu haqda düşünməli oldu

e)  Beş-altı nəfər etiraz etdi

19. Qeyri- müəyyən say hansıdır?

a)  Bir, altı, min  b)  Xeyli, bir az, sıfır  c) Beş-altı, on-on beş, iki-üç  d) Az, çox, iyirmi e)  Kim isə, nə isə

20. Təyini əvəzliklər hansı cümlədədir?

a)      Bəzi, hamı, hər kəs

b)      Hər biri, o, bu, elə

c)       Filankəs, bəzi, biri, kimi

d)      Kim, nə, hara

e)      Öz, hər, bütün, filan

21. Eyniköklü sözlər cərgəsini göstərin:

a)      Gülüş, güclü  b)  əlcək, əlvan  c) bağla, bağban  d) yazmaq, yazda  e) çəmənlik, çəmənlikdəki

22. Aşağıdakı sözlərdən hansının tərkibində qrammatik şəkilçi yoxdur?

A)     Kitabdakılar  b) namərddən  c)  oturanların  d)  yolçunun  e) maraqlı

23. Hansı şəkilçi  omonimlik xüsusiyyətinə malikdir?

a)      – iniz ⁴   b) lar²  c)  sız⁴  d) çı⁴  e) ma²

24. Mürəkkəb söz hansıdır?

a)      Kitabça b) xəstəxana  c) tarixçünas  d) sirdaş  e) əlüstü

25. Cərğələrin birində isimləşmiş sifət var

a)      Rəhmsiz adam  b)  rəhmətlik atam  c) ruhən duymaq  d) bürünc medal  e) sərxoşun baxışı

26. Hansı cərğədə mürəkkəb ad verilib?

a)      Qara dəniz  b) Vətəni sevmək  c) Qırat  d)  Novruzəli  e) ürəyiaçıq

27. Mənsubiyyət şəkilçisinin iştirakı ilə düzəlmiş mürəkkəb sözləri müəyyənləşdirin:

a)      Sözübütöv, qəlbiaçıq,  stolüstü

b)      Açıqürəkli, üçtelli, istiqanlı

c)       Dadlı-dadlı, tez-tez, kağız-kuğuz

d)      Istiot, ağsaçlı, istedadlı

e)      Bayramqabağı, şirin-şirin, üzügülər

28. Hansı sözlər qarşılıq-birgəlik növdə deyil?

1. Atışmaq  2. Ötüşmək  3. Alışmaq  4. Çəkişmək  5. Dalaşmaq  6.sözləşmək  7. Baltalaşmaq  8. Çölüşmək   9.çalışmaq

a)      1, 4, 6, 9  b) 3,5,7,8  c) 1,3,7  d) 2,3,5,8  e) 3,6,9

29. Fellərdən biri icbar növdədir:

a)      Qaldır  b) baxdır  c) sildir  d) güldür  e) alışdır

30. Cümlələrin birində fel icbar növdədir:

a)      Köynəyimi özüm ütülədim.

b)      Qoy hələ şalvarımı ütülədim

c)       Fəhlələr taxtaları ikinci mərtəbəyə qaldırdılar

d)      Həkim xəstəni ehmalca çarpayıya uzandırdı.

e)      Idmançılarımız bayrağımızı göyə ucaltdılar.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

                 

loading...

6 şərh

tarixci1919
1.b
2.c
3.b
4.d
5.c
6.a
7.c
8.a
9.c
10
11.c
12.c
13.e
14.b
15.d
16.a
17.b
18.c
19.c
20.e
21.e
22.e
23.e
24.e
25.e
26.a
27.a
28.e
29.c
30.b
 
ayxansevda
3e 10 b  tebrikler super
tarixci1919
Çox sağ olun. Keçən dəfəki daha çətin gəlmişdi.
ayxansevda
fonetika çətin bölmədi bir də arxaizmlər və dialektlər qarışdırılır
Javanshirr22
Salam
Bilmirsiz, rus sektoru ucun 19 nda olacaq imtahan siz yazdiginizdan cetin olacaq? numuneniz var? 
LovelyGirl246
guuzel emeyi olanlara tsk