Məsdər

Felin təsriflənməyən formaları
Felin təsriflənməyən formaları felin əsas xüsusiyyətlərini (təsdiq və inkarda işlənmək, təsirli və təsirsiz olmaq, növ bildirmək və s.)daşısalar da, felin təsriflənən formalarından fərqli olaraq, şəxsə və kəmiyyətə görə dəyişmir. Felin təsriflənməyən formalarının təsriflənən formalarından daha bir fərqi fellə yanaşı, ikinci bir nitq hissəsinin də xüsusiyyətlərini daşımasıdır. Məsələn, məsdərdə həm felə, həm də ismə; feli sifətdə həm felə, həm də sifətə; feli bağlamada isə həm felə, həm də zərfə aid xüsusiyyətlər vardır. Felin təsriflənməyən formalarına məsdər, feli sifət və feli bağlama daxildir.

Məsdər
Məsdər həm felin,həm də isminxüsusiyyətlərini daşıyır. Məsdər felin kökünə və ya başlanğıc formasına –maq2 şəkilçisini artırmaqla düzəlir: yazmaq, yazılmaq, yazışmaq və s. Məsdərin felə aid xüsusiyyətləri aşağıdakılardır:
1. Felin təsriflənən formaları və məsdər eyni leksik mənanı bildirir. Məsələn: yaz, yazdım, yazmalıyam və s. kimi fel şəkilləri ilə yazmaq məsdəri arasında leksik məna baxımından elə bir fərq yoxdur. Bunların hamısı eyni hərəkəti bildirir.
2. Məsdər təsdiq və inkarda olur. Məsələn: yazmaq — ya-mamaq, gəlmək — gəlməmək və s.
3. Məsdər felin müxtəlif qrammatik məna növlərində olur. Məsələn: silmək — sildirmək (icbar növ), gülmək — gülüşmək (qarşılıq — birgəlik növ), yazmaq — yazılmaq (məchul növ), yumaq — yuyunmaq (qayıdış növ), baxmaq — baxılmaq (şəxssiz nov) və s
4. Məsdər təsirli və təsirsiz olur. Məsələn: almaq (nəyi?) — təsirli, getmək (haraya?) — təsirsiz və s.
5. Məsdər ətrafına söz toplaya bilir. Məsələn: məktəbə getmək, ali məktəbə qəbul olunmaq, kitabı oxumaq və s.
Məsdərin ismə aid xüsusiyyətləri isə bunlardır:

 

  1. İsim kimi hallanır. Məsələn:

Adlıq hal

kitab

oxumaq

Yiyəlik hal

kitab-ın

oxumağ-ın

Yönlük hal

kitab-a

oxumağ-a

Təsirlik hal

kitab-ı

oxumağ-ı

Yerlik hal

kitab-da

oxumaq-da

Çıxışlıq hal

kitab-dan

oxumaq-dan

 

2. İsim kimi mənsubiyyət şəkilçilərini qəbul edərək mənsubiyyətə görə dəyişir. Məsələn:

 

tək

cəm

tək

cəm

I şəxs

kitab-ım

kitabımız

oxumağ-ım

oxumağ-ımız

II şəxs

kitab-ın

kitab-ınız

oxumağ-ın

oxu-mağ-ınız

III şəxs

kitab-ı

kitab-ı

oxumağ-ı

oxumağ-ı

3. İsim kimi cümlənin mübtədası, tamamlığı ola bilir.
Məsələn: Kitab bilik mənbəyidir. Oxumaq hamı üçün faydalıdır. Kitabı xoşlayıram. Oxumağı sevirəm və s.
4.İsim kimi qoşmalarla işlənə bilir. Məsələn:

şagird üçün

oxumaq üçün

şagirdə görə

oxumağa görə

şagirdlə

oxumaqla

şagirddən ötrü

oxumaqdan ötrü

5. İsim kimi şəxs (xəbərlik) şəkilçisi (-dır) qəbul edərək cümlədə ismi xəbər olur (isim də cümlədə ismi xəbər olur). Məsələn: Anar şagirddir. Arzum oxumaqdır və s.
Məsdər ətrafına topladığı sözləri özünə tabe edərək tərkib əmələ gətirir. Məsələn: dərsə getmək, kitabı oxumaq. validəynin sözlərini eşitmək və s. Məsdər tərkibi bütövlükdə cümlənin mürəkkəb bir üzvü olur. Məsələn: Vətəni qorumaq (nə? -mübtədadır) hər bir gəncin borcudur. Mən hər gün səhər dəniz kənarında gəzməyi (nəyi? -tamamlıqdır) xoşlayıram və s.
Məsdər felin başlanğıc forması sayılır.

1 şərh

yoldankecen
cumle yazilmiyib yazsalar ela olar