Sifət | Nitq hissəsi

Ümumi qrammatik mənasına görə əşyanın əlamətini bildirən əsas nitq hissəsinə sifət deyilir. Sifət necə?, nə cür?, hansı? suallarından birinə cavab olur.

Sifət həmişə ismə aid olur. Cümlədə ən çox təyin və xəbər vəzifələrində işlənir.

QURULUŞCA NÖVLƏRİ

Sifətlər quruluşca sadə, düzəltmə, mürəkkəb olur.

1. SADƏ SİFƏTLƏR

Sadə sifətlər bir kökdən, yaxud kök və qrammatik şəkilçidən ibarət olur: yaşıl, yaşıl+dır.

2. DÜZƏLTMƏ SİFƏTLƏR

Düzəltmə sifətlər sözlərə leksik şəkilçi artırmaqla düzəlir:

1) İsimdən sifət düzəldən şəkilçilər:

  • -lı4: yağ+lı -dakı4: ev+dəki
  • -lıq4: həftə+lik -kı4: sabah+kı
  • -sız4: duz+suz -ı4: armud+u
  • -cıl4: zarafat+cıl -i, -vi: tarix+i, ailə+vi

Bunlardan əlavə: -keş, -dar, -xor, -kar, -pərəst, -pərvər, -amiz, -bi, -ba, -na, -la, -a, -anti

2) Feldən sifət düzəldən şəkilçilər:

  • -ağan (-əyən): gül+əyən
  • -qan (-kən, -gən): çalış+qan, deyin+gən
  • -ğın (-gin, -ğun, -gün): az+ğın
  • -ıq4 (-q, -k): sın+ıq
  • -ıcı4: kəs+ici
  • -ınc4: qorx+unc

Bunlardan əlavə: -aq2,-ar2,-ma2.

SİFƏT DÜZƏLDƏN ŞƏKİLÇİLƏRİN YAZILIŞI VƏ TƏLƏFFÜZÜ

-dakı2 — iki cür yazılan şəkilçidir: bağ+dakı, həyət+dəki.

-qın (-kin, -qun, -kün), -ğın (-gin, -ğun, -gün) — Sözün son samiti cingiltili olduqda ona birləşən şəkilçinin ilk samiti də cingiltili olur: əz+gin.

Sözün son samiti kar olduqda ona -qın, -kin, -qun, -kün şəkilçisi artırılır: kəs+kin, tut+qun, öt+kün və s.

-İ, (-Vİ) — ərəb və fars dillərindən alınmış sözlərə artırılır: inqilab+i, daxil+i, xaric+i, ailə+vi.

-yı2 — sonu saitlə bitən sözlərə artırılır: sürmə+yi, bənövşə+yi, qəhvə+yi, buğda+yı, xurma+yı.

QEYD: Düzəltmə sifətlərdə tələffüz zamanı ə saiti y samitinin təsiri ilə e kimi tələffüz olunur: [sürmeyi].

-lıq12, -ıq2 — bu şəkilçidəki q səsi [x] kimi tələffüz olunur: dağ+lıq [dağ+lıx], uçuq [uç+ux]; sonu k ilə bitənlərdə isə həmin hərf [x'] səsi kimi tələffüz olunur: ömür+lük [ömür+rüx'].

-kin, -kün, -kən — bu şəkilçilərinin ilk samiti cingiltili tələffüz olunur: kəs+kin [kəs+gin], ötkün [öt+gün].

3. MÜRƏKKƏB SİFƏTLƏR

Мцряккяб сифятляр ики вя даща артыг сюзцн бирляшмя-синдян ямяля эялир: енликцряк (адам), цчтелли (саз).Мцряккяб исимляр ашаьыдакы йолларла ямяля эялир:

1. Ики садя сюзцн бирляшмяси иля: гарагаш (гыз), шириндил (оьлан), щазыръаваб (ушаг).

2. Ики дцзялтмя сифятин (биринъиси фелдян, икинъиси исимдян дцзялян) бирляшмяси иля: сыныггялбли, ачыгцрякли, сойугганлы.

3. Bir sadə, bir düzəltmə sözün birləşməsi ilə: sözdüzəldici (şəkilçi), qaradinməz (uşaq), istiqanlı (adam), çoxhecalı (söz), üçtelli (saz).

4. Mənsubiyyət şəkilçili sözün iştirakı ilə: stolüstü (oyun), rayonlararası (müşavirə).

5. Sadə və ya düzəltmə sifətlərin təkrarı ilə: şirin-şirin (almalar), sərin-sərin (sular), uzun-uzun (yollar), balaca-balaca (quzular), bölük-bölük (əsgərlər), dadlı-dadlı (meyvələr) və s.
Belə sözlər əlamətin çoxluğunu bildirmək üçün işlədilir.

6. Biri və ya hər ikisi ayrılıqda işlənə bilməyən sözlərin birləşməsi ilə: Qara-qura, kələ-kötür

7. Yaxın və ya əks mənalı sözlərin birləşməsi ilə: bağlı-bağçalı, güllü-çiçəkli irili-xırdalı, böyüklü-kiçikli

8. «Qeyri» sözünün iştirakı ilə: qeyri-qanuni, qeyri-müəyyən

SİFƏTİN MÜQAYİSƏ DƏRƏCƏLƏRİ

Sifətin üç dərəcəsi var:

  1. Adi dərəcə əlamətin adi halda olduğunu bildirir: qırmızı
  2. Azaltma dərəcəsi əlamətin adi haldan az olduğunu bildirir: qırmızımtıl, ağımsov, açıq-qırmızı
  3. Çoxaltma dərəcəsi əlamətin adi haldan çox olduğunu bildirir: tünd-qırmızı, qıpqırmızı və s.

ADİ DƏRƏCƏ

Adi dərəcə digər dərəcələr üçün ölçüdür. Azaltma və çoxaltma dərəcələri adi dərəcənin əsasında müəyyənləşdirilir.

AZALTMA DƏRƏCƏSİ

Azaltma dərəcəsi iki üsulla düzəlir:

  1. morfoloji üsul — şəkilçilər vasitəsilə: -ımtıl4, -raq2, -ımtraq (-mtraq), -sov (-ımsov, ümsov), -şın
  2. sintaktik üsul — sözlər vasitəsilə:
    -açıq (sözə defislə birləşir): açıq-yaşıl
    -təhər (sözə bitişik yazılır): qırmızıtəhər

ÇOXALTMA DƏRƏCƏSİ

Çoxaltma dərəcəsi iki üsulla düzəlir:

  • morfoloji üsul — şəkilçilər vasitəsilə:
    -ca2: körpə-körpəcə, bala-balaca
    -m, p, s, r samitləri ilə: göy-gömgöy, şirin-şipşirin, qoca-qosqoca, təmiz-tərtəmiz.

  • sintaktik üsul — sözlər vasitəsilə:
    -tünd (sözə defislə birləşir): tünd-yaşıl
    -al (sözə defislə birləşir): al-qırmızı
    -düm (sözə bitişik yazılır): dümağ
    -ən, lap, daha, olduqca (sözdən ayrı yazılır): ən cavan

SİFƏTİN İSİM KİMİ İŞLƏNMƏSİ (Substantivləşməsi)

Sifətlər isimləşdikdə ismin suallarına cavab verir, ismin qrammatik xüsusiyyətlərini daşıyır (cəmlənir, mənsubiyyət şəkilçisi qəbul edir, hallanır), mübtəda və tamamlıq olur, amma nitq hissəsi kimi yenə sifət olaraq qalır: Qoca cavana məsləhət verir.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

0 şərh