Fellər və onların növləri

Ümumi qrammatik mənasına görə hərəkət bildirir. Sualları: nə etdi?, nə edir?, nə edəcək?...

Fellər quruluşca üç cür olur: sadə, düzəltmə, mürəkkəb.

SADƏ FELLƏR

Sadə fellər bir kökdən, yaxud kök və qrammatik şəkilçidən ibarət olur: bax, bax+maq.

DÜZƏLTMƏ FELLƏR

Düzəltmə fellər tərkibində leksik şəkilçilər olan fellərdir.

1) Başqa nitq hissələrindən fel düzəldən şəkilçilər:

  • -la2: bağ+la(maq)
  • -lan2: od+lan(maq)
  • -laş2: razı+laş(maq)
  • -al2 (-l): az+al(maq), uca+l(maq)
  • -ar2: ağ+ar(maq)

2) Feldən fel düzəldən şəkilçilər:

  • -ıl4: yaz+ıl(maq)
  • -dır4: yaz+dır(maq)
  • -ış4: yaz+ış(maq)
  • -ın4:de+yin(mək)
  • -ar2: qop+ar (maq)
  • -ır4: it+ir(mək)
  • -ıt4(t): qorx+ut(maq), oxu+t(maq)

Bunlardan əlavə:ala2 (qov+ala), -a2, -aş2, -sa2, -ı4, -ik, -ıx, -imsə, -ılda4, -ırğa, -ən, -qun

3. MÜRƏKKƏB FELLƏR

Mürəkkəb fellər iki sözün birləşməsindən düzəlir: deyib-gülmək, çalışıb-vuruşmaq, oturub-durmaq, yazıb-yaratmaq, gedib-gəlmək, atılıb-düşmək.

Mürəkkəb felləri əmələ gətirən sözlərin hər biri qrammatik cəhətdən dəyişə bilir: çalışır-vuruşur, atıldı-düşdü.

Mürəkkəb fellərin bir qismi də tərkibi fel adlanır: sahib olmaq, həll etmək, ala bilmək.

TƏSDİQ VƏ İNKAR FELLƏR

Hərəkətin icra edilib-edilməməsi baxımından fellər iki cür olur: təsdiq və inkar.

  • Təsdiq fellər hərəkətin icra olunduğunu bildirir: baxdı.
  • İnkar fellər hərəkətin icra olunmadığını bildirir və -maşəkilçisi ilə formalaşır: bax+ma+dı. Felin -ma2inkar şəkilçisi vurğu qəbul etmir, qrammatik şəkilçidir.

YADDAŞ: -ma2inkar şəkilçisi isim və sifət düzəldən -ma2leksik şəkilçisi ilə omonimdir.

TƏSİRLİ VƏ TƏSİRSİZ FELLƏR

Fellər ismin təsirlik halını tələb edib-etməməsinə görə iki yerə bölünür: təsirli təsirsiz.

Təsirli fellər — idarə etdiyi sözün ismin təsirlik halında işlənməsini tələb edən fellərdir. Belə fellərlə əlaqəyə girən sözlər ismin təsirlik halının suallarına cavab verir: yazdı (nəyi?).

Təsirli felləri təsirsiz felə çevirmək üçün -ıl4,-ın4 şəkilçilərindən istifadə olunur: yaz+ıl+dı (nəyə?)

Təsirsiz fellər — özündən asılı olan sözün ismin təsirlik halında işlənməsini tələb etməyən fellərdir: baxdı (nəyə?).

Təsirsiz felləri təsirli felə çevirmək üçün -dır4, -ır4, -ar2 şəkilçilərindən istifadə olunur: bax+dır+dı (nəyi?).

FELİN QRAMMATİK MƏNA NÖVLƏRİ

Felin qrammatik məna növləri işi görənlə üzərində iş icra olunan əşya arasındakı qarşılıqlı münasibəti əks etdirir.

Felin aşağıdakı qrammatik məna növləri vardır:

  1. Məlum növ
  2. Məchul növ
  3. Qayıdış növ
  4. Qarşılıq növ
  5. İcbar növ

MƏLUM NÖV

İş görən məlum olur: bax, gör. Bu növü düzəltmək üçün heç bir xüsusi şəkilçidən istifadə edilmir: yazdı.

MƏCHUL NÖV

İş görən qrammatik cəhətdən məlum olmur.

Şəkilçiləri: -ıl4, -ın4, -n (təsirli fellərə artırılır və təsirsiz olur): yaz+ıl+dı

Yaxud: Məktub yazıldı — cümlədə mübtəda var, amma kim tərəfindən yazıldığı məlum deyil.

Burada obyekt, yəni üzərində iş görülən əşya (məktub) mübtədanın yerini tutmuş, icraçı (subyekt) naməlum qalmışdır.

QAYIDIŞ NÖV

İş görənin işi öz üzərində icra etdiyi bildirilir.

Şəkilçiləri: -ıl4, -ın4, -n (təsirli fellərə artırılır və təsirsiz olur): aç+ıl+dı, çək+il+di, dara+n+dı.

Yaxud: Gül açıldı. Duman çəkildi. Qız darandı.

İş görən məlumdur və cümlənin mübtədasıdır.

QARŞILIQ NÖV

Hərəkətin qarşı-qarşıya icra edildiyi bildirilir.

Şəkilçiləri: -iş4 (-ş) (təsirli fellərə artırılır və təsirsiz olur): vur+(maq), gör+üş(mək), salam+la+ş(maq) Yaxud: Rəfiqələr qucaqlaşdılar.

Hərəkət qarşılıqlı şəkildə icra edilmişdir.

İCBAR NÖV

Hərəkəti danışan və ya haqqında danışılan şəxs deyil, başqası icra edir.

Şəkilçiləri: -dır4, -t (təsirli fellərə artırılır və təsirli olur): sil+dir(mək), yaz+dır(maq), oxu+t(maq) Yaxud: Ana məktub yazdırdı.

Məktubu yazan danışan və haqqında danışılan da deyil, tamamilə başqasıdır.

FELİN ZAMANLARI

Felin üç zamanı var: keçmiş, indiki, gələcək.

KEÇMİŞ ZAMAN

Hərəkətin keçmişdə icra olunub-olunmadığını bildirir.

Keçmiş zaman iki cür olur: şühudi nəqli.

  • Şühudi keçmiş. Şəkilçisi: -dı4: yaz+, oxu+du, bil+ Hərəkətin keçmişdə icra olunub-olunmadığını qətiyyətlə bildirir.
  • Nəqli keçmiş. Şəkilçisi: -mış4, -ıb4: yaz+mış+ıq, al+ıb+dır. Hərəkətin keçmişdə icra olunub-olunmadığı haqqında nəql (nağıl) yolu ilə məlumat verilir.

İNDİKİ ZAMAN

Hərəkətin söhbət gedən vaxt icra edildiyini bildirir.

Şəkilçisi: -ır4: bax+ır, oxu+yur.

QEYD: İndiki zaman fellərinə inkar şəkilçisi (-ma, -mə) artırdıqda şəkilçidəki sait (-a, -ə) düşür: al+m+ır, gəl+m+ir.

GƏLƏCƏK ZAMAN

Hərəkətin (işin) gələcəkdə icra ediləcəyi bildirilir.

Gələcək zaman iki cür olur: qəti qeyri-qəti.

  • Qəti gələcək. Şəkilçisi: -acaq2: yaz+acaq, əl+əcək.
  • Qeyri-qəti gələcək. Şəkilçisi: -ar2: yaz+ar, oxu+yar.

QEYD: Qeyri-qəti gələcək zaman fellərinə inkar şəkilçisi (-ma2) artırdıqda I şəxs şəkilçidəki sait (-a, -ə) düşür, II və III şəxsdə isə r səsi z səsinə keçir:

  • I şəxs: al-m-ar-am
  • II şəxs: al-m-az-san
  • III şəxs: al-ma-z

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

0 şərh