Zərf | Nitq hissəsi
Hərəkətin tərzini, zamanını, yerini, miqdarım və s. bildirir və felə aid olur.
Sualları: necə? (nə cür?), nə zaman? (haçan?), nə vaxt?, hara?, nə qədər?, nə üçün?, niyə? və s.
QURULUŞCA NÖVLƏRİ
Zərflər quruluşca üç cür olur: sadə, düzəltmə, mürəkkəb.
1. SADƏ ZƏRFLƏR
Sadə zərflər bir kökdən, yaxud kök və qrammatik şəkilçidən ibarət olur: dərhal
2. DÜZƏLTMƏ ZƏRFLƏR
Düzəltmə zərflər tərkibində leksik şəkilçi olan zərflərdir.
Zərf düzəldən şəkilçilər:
- -ca2: türk-cə, ehmal-ca, sakit-cə, yaş-ca və s.
- -casına2: açıq-casına, hiyləgər-cəsinə və s.
- -yana, -yanə, -anə: dost-yana, saymaz-yana, zarafatyana, şair-anə, dahi-yanə, Sabir-anə və s.
- -dan2: bir-dən, bərk-dən, asta-dan və s.
- -ən: qəsd-ən, qəflət-ən, daxil-ən və s.
- -la2: güc-lə, zor-la, cəsarət-lə və s.
- -akı2: yan-akı, çəp-əki və s.
- -aşı2: yan-aşı və s.
3. MÜRƏKKƏB ZƏRFLƏR
Mürəkkəb zərflər, başlıca olaraq, aşağıdakı yollarla düzəlir:
- Sadə sözlərin təkrarı ilə;
- Biri və ya hər ikisi şəkilçi qəbul etmiş sözlərin təkrarı ilə;
- Antonim, yaxud yaxın mənalı sözlərin yanaşı işlənməsi ilə;
- Yönlük halda işlənən bir sayına digər sayın qoşulması ilə;
- -ba2bitişdiricisi ilə;
- Müxtəlif mənalı sözlərin birləşməsi ilə.
ZƏRFİN MƏNACA NÖVLƏRİ
Zərfin məna növləri bunlardır: tərzi-hərəkət, zaman, yer miqdar zərfləri.
1. TƏRZİ-HƏRƏKƏT ZƏRFLƏRİ
Hərəkətin icra tərzini bildirir: birdən, asta, cəld, qaçaraq.
Sualları: necə?, nə cür?
Tərzi-hərəkət zərfləri hərəkətin keyfiyyətini də bildirə bilir: yaxşı danışmaq, pis bilmək və s.
2. ZAMAN ZƏRFLƏRİ
Hərəkətin icra olunduğu zamanı bildirir: dünən, sabah, sonra, əvvəl.
Sualları: nə zaman?, nə vaxt?, haçan?
3. YER ZƏRFLƏRİ
Hərəkətin icra olunduğu yeri bildirir: irəli, geri, yuxarı, aşağı, sağa, sola, içəri, bəri.
Sualları: hara? (haraya?), harada?, haradan?
4. MİQDAR ZƏRFLƏRİ
Hərəkətin miqdarım və ya dərəcəsini bildirir: az, çox, xeyli.
Sualları: nə qədər?, nə dərəcədə?
ZƏRFİN DİGƏR NİTQ HİSSƏLƏRİ İLƏ OMONİMLİYİ
- İsimvə zərf: səhər, axşam, gecə, gündüz.
- Sifətvə zərf: yaxşı, pis, gözəl, qəşəng
- Say və zərf: az, çox, xeyli
- Qoşma və zərf: əvvəl, sonra
QEYD: 1) Zərf əmələ gətirən -la2şəkilçisini ilə (-la,-lə) qoşmasının ixtisarı ilə qarışdırmayın:
Qələmlə (isim) yazıram. Sürətlə (zərf) gedirəm.
2) Yerlik və çıxışlıq hal şəkilçiləri ilə zərf düzəldən -da2, -dan2şəkilçilərini qarışdırmayın:
Kölgədə sən, gündə (isim) mən.
Səni görürəm gündə (zərf) mən.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
0 şərh