İsmi və feli söz birləşmələri
Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qrammatik cəhətdən birləşməsidir: daş hasar.
Müstəqil sözlə köməkçi söz, söz birləşməsi yaratmır: evə tərəf.
SÖZ, SÖZ BİRLƏŞMƏSİ VƏ CÜMLƏ
Söz: səslərdən ibarətdir, leksik vahiddir, ümumi və geniş mənaya malikdir.
Söz birləşmələri: sözlərdən yaranır, sintaktik vahiddir və mənanı konkretləşdirir.
Söz və söz birləşmələrinin oxşar xüsusiyyətləri:
- cümlə üçün tikinti materialı olması
- əşya və hadisələri adlandırması
Cümlələrlə bağlı xüsusiyyətlər:
- Bitmiş bir fikri ifadə edir.
- Ünsiyyətin əsas vahididir.
- Söylənilən fikrə münasibət bildirilir.
- Bir sözdən də ibarət ola bilir.
Söz birləşməsi və cümlə:
a) oxşar xüsusiyyətlər:
- sözlərin müxtəlif şəkildə birləşməsi
- eyni nitq hissələrindən yaranması
- eyni sintaktik əlaqələrlə formalaşması
- söz sırasının eyniliyi
b) fərqli xüsusiyyətlər:
- söz birləşməsi bitkin fikir ifadə etmir.
- söz birləşməsi bir sözdən ibarət ola bilməz.
- söz birləşməsinin xüsusi intonasiyası yoxdur.
Söz birləşmələri iki cür olur: sabit və sərbəst. Sərbəst söz birləşmələri də iki yerə bölünür: ismi və feli birləşmələr.
İSMİ BİRLƏŞMƏLƏR
Təyini söz birləşmələri = Əsas tərəfi isimlərlə (adlarla) ifadə olunan birləşmələrdir.
Təyini söz birləşmələri üç yerə ayrılır:
- — birinci növ,
- — ikinci növ,
- — üçüncü növ təyini söz birləşmələri.
1. Birinci növ təyini söz birləşmələri (yaxşı şagirdlər):
- Əsas tərəfi isimlərlə və isimləşmiş sözlərlə ifadə olunur.
- Tərəfləri ayrı-ayrılıqda bir cümlə üzvü olur.
- Birinci tərəfi cümlədə təyin olur.
- İkinci tərəfi mübtəda, xəbər, tamamlıq və zərflik olur.
2. İkinci növ təyini söz birləşmələri (nar çiçəyi):
- Birinci tərəfi yiyəlik hal şəkilçisiz, ikinci tərəfi mənsubiyyət şəkilçili birləşmələrdir.
- Əsas tərəfi isimlərlə və isimləşmiş sözlərlə ifadə olunur.
- Tərəfləri birlikdə bir cümlə üzvü olur.
- Əksər vaxtlarda tərəfləri ayrı-ayrılıqdacəmlənir.
3. Üçüncü növ təyini söz birləşmələri (meşələrin ağacları):
- Birinci tərəfi yiyəlik hal, ikinci tərəfi mənsubiyyət şəkilçili birləşmələrdir.
- Tərəfləri isim, əvəzlik, məsdər və isimləşmiş başqa nitq hissələri ilə ifadə olunur.
- Tərəfləri arasına istənilən qədər söz artırmaq olar.
- Tərəfləri ayrı-ayrılıqda cəmləndiyi kimi, birlikdə də cəmlənə
FELİ BİRLƏŞMƏLƏR
Əsas tərəfi felin təsriflənməyən formaları ilə ifadə olunur.
Feli birləşmələr üç cürdür: məsdər, feli sifət və feli bağlama tərkibləri.
1. Məsdər tərkibi
1) Əsas tərəfi məsdərdən ibarət olur.
2) Əsasən, cümlənin mübtəda və tamamlığı vəzifələrində işlənir:
Vətəni sevmək şərəfdir.
O, sahildən uzaqlaşmağı tələb etdi.
2. Feli sifət tərkibi
1) Əsas tərəfi feli sifətdən ibarət olur.
2) Əsasən, cümlənin təyini vəzifəsində işlənir:
İnsanı heyrətdə qoyan yamaclar göz oxşayırdı.
3. Feli bağlama tərkibi
1) Əsas tərəfi feli bağlamadan ibarət olur.
2) Əsasən, cümlədə zərflik vəzifəsində işlənir:
Biz kəndə çatanda yağış kəsdi.
Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0
0 şərh