Omonimlər

Deyilişı  və yazılışı eyni olan, leksik mənaca isə tamamilə fərqlənən sözlərə omonimlər deyilir.
Omonimlər bir-biri ilə mənaca heç bir əlaqəsi olmayan sözlərdən ibarət olur. Məsələn:
Bağ — Meyvə ağaclari əkilmiş sahə
Bağ — Bir şeyı bağlamaq üçün ip (ayaqqabı bağı).

Şam — Yandırmaq üçün cisim (Şamı yandır).
Şam — Ağac adı (şam ağacı) və s.
Şam — Axşam yeməyi (Sizi şama dəvət edirlər).
Bu nümunələrdəki «bağ» və "şam" sözlərinin deyilişı və yazılışı eynı olsa da, onlar ayrı-ayrı anlayışları bildirir. Deməli, həmin sözlər omonimlərdir.
Dilimizdə ən çox işlənən omonimlər bunlardır: al, an,aş, asıq, at, ay, az, ağrı, bağ, bal, bar, bel, biz, bez, bal, dad, dağ, dan, dar, daş, din, don, doğru, dolu, divan, düz, en, iç, it, qaz, qat, qır, qız, qurd, qas, qan, qol, əqrəb, göy, gül ləpə, kök, köç, ov, oy, oxşamaq, mürəkkəb, nəticə, saç, say, tək, top, tut, uçmaq, yağ, yal, yan, yas, yad, yay, yar, yara, yaz, yol, çat, çap, çay, çən, çaxmaq, var, üz,

Omonimliyi təşkil edən sözlər həm eyni bir nitq hissəsinə, həm də ayrı-ayrı nitq hissələrinə aid ola bilər. «Bağ» "şam" omonimlərinin hər ikisi isimdir. Aşağıdakı omonimlər də eynı bir nitq hissəsinə (ismə) aiddir:
Ay — yerin peyki: Ay göründü.
Ay — 30 gün: Bu gün ayın beşidir.

Bal — qatı şirin məddə: Bal tutan barmaq yalar.
Bal — zəlzələnin. küləyin gücünü bildirən ölçü vahidi: Beş bal qüvvəsində zəlzələ oldu.
Bal- rəqs gecəsi,şənlik:Yeni il balı maraqlı keçdi

Əqrəb-saatin mili:Saatin əqrəbləri 12-ni göstərir.
Əqrəb — zəhərli həşərat: Çöldə əqrəb gördük və s

Dilimizdə fel kimi işlənən omonimlər də vardtr. Məsələn
Uçmaq-qanadlanmaq:Quş qanadlanıb uçdu.
Uçmaq-yıxılmaq,dağilmaq:Köhnə divar uçdu.

Oxşamaq-bənzəmək:Uşaq atasına oxşayır.
Oxşamaq-əzizləmək,nazlamaq:Ana körpəsini oxşayır.

Alışmaq-öyrənişmək,adət etmək:Uşaq yeni mühitə alışdi.
Alışmaq-yanmaq:Quru odun tez alışdı.

İsim və sifət kimi işlənən omonimlər:

Dilimizdə ayri-ayri nitq  hissələrinə aid sözlərdən təşkil olunan omonimlər daha çoxdur.Bu cür omonimlərə aid bir neçə nümunə:
İsim və sifət kimi işlənən omonimlər:
Yaş — insan ömrünün müəyyən dövrü: Uşağın 5 yaşı var.
Yaş — nəm, islanmış: Yaş odun yanmadı.

Kök — tərəvəz: Kök dadlı idi.
Kök — yoğun, şişman: Kök adamdan xoşum gəlmir.

Mürəkkəb — yazı üçün maye: Qələmin mürəkkəbi qurtardı.
Mürəkkəb — çətin: İmtahana çatin suallar düsmüşdü.

Dilimizdəki «qarşı», «doğru», «başqa», "özgə", «sarı» və s. sözləri sifət və qoşma kimi işlənən omonimlərdir: qarşı tərəf (sifət) — düşmənə qarşı (qoşma), doğrıı cavab (sifət) — kəndə doğru (qoşma), başqa adamlar (sifət) — səndən başqa (qoşma), özgə qapı (sifət) — səndən özgə (qoşma), sarı gül (sifət) — evə sarı və s.
Omonimlərin bir çoxu isim və fel kimi işlənə bilir.Belə sözlər fel kimi həm məsdər şəklində, həm də felin təsriflənən şəklində işlənə bilər. Məsələn:
Tüfəngin paslı çaxmağı (isim) — İldırım çaxmağı uşağı qorxutdu (fel).
Plovun qazmağı (isim) — Buranı qazmaq təhlükəlidir (fel).
Gül ətri (isim) — Ağlama, gül (fel).
Divarda çat var (isim) — Qaç, uşaqlara çat (fel) və s.

Omonimlər quruluşca düzəltmə də olur. Məsələn: «oynaq» (bədəndə sümük) ismi ilə «oynaq hava» birləşməsindəki «oynaq» sifəti düzəltmə omonimlərdir. «Buruq» ismi ilə «buruq» sifəti (buruq saç) və ya iki müxtəlif mənada işlənən «vergi» ismi (gəlir üçün dövlətə ödənilən məbləğ və «istedad» mənalarinda) düzəltmə omonimlərdir.
Səslənməsinə görə bir-birinə oxşar olanmətn — mətin, əmr — əmir, atlaz — atlas, əsr — əsir, şahid — şəhid, xeyr — xeyir, həyat — həyət, ahəng — əhəng və s. kimi sözlər omonim deyil. çünki yazılışları fərqlidir. Tərkibindəki bir hərfə görə fərqlənən belə sözlər paronim adlanır.
Yazılışları eyni olan, lakin vurğunun yerinə görə fərqlənən sözlər də omonim deyil. Məsələn:alma (isim) – alma (fel) — gəlin (isim), gəlin (fel), əkin (isim) — əkin (fel), səpi'n (isim) — sə'pin (fel), qovurma (isim) — qovu'rma (fel), dondurma' ('tsim) — dondu'rma (fel), süzmə' (isim) — sü'zmə (fel), dimdik ('ısim) — di'mdik (sifət -«dik» sifətinin çoxaltma dərəcəsi) və s. Bu cür sözlərin yazılışları eynı olsa da,  tənəffüzləri bir-birindən fərqlənir. Belə sözlər omoqraf adlanır.

Tələffüzü və yazılışı eyni, lakin kökləri (və ya baslanğıc formaları) fərqli oian sözlər də omonim dəyilir. Məsələn:«Düşmən əsir alındı» və «Külək əsir» cümlələrindəki"əsir" sözləri köklərinə görə fərqlənir. Birinci cümlədəki"əsir" sözü kök formasındadır. Ikinci cümlədəki"əsir" sözünün kökü isə"əs" felidir.(«ir» qrammatik şəkilçidir). «Məhsulu anbara daşı» və «Daşı  kənara qoy» cümlələrindəki«daşı» sözü da omonim deyil: birincicümlədəki«daşı»sözü kök formasındadır; ikinci cümlədəki«daşı» sözünün kökü isə«daş» ismidir (-ı qrammatik şəkilçidir). Qrammatik şakilçilərin köməyi ilə aralarında bu cür oxşarlıq yaradan sözlər omoform adlanır.
Dilimizdəki bəzi sözlər həm çoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir. Məsələn: kök sözü insanın kökü, ağacın kökü, sözün kökü birləşmələrində çoxmənalıdır. Kök oğlanşirəli kök birləşmələrindəki kök sözü isə omonimdir.Qaş, qol, yol, dolu, düz,dil, yay, üz, tut, bel sözləri də həm çoxmənalılıq, həm də omonimlik keyfiyyətinə malikdir.

Sinonimlər


Yazılışı va deyilişı müxtəlif olan, lakin eyni və ya yaxın mənaları bildirən sözlərə sinonimlər deyilir.Məsələn: ürək — könül — qəlb, böyük — iri — yekə, odlamaq -alışdırmaq — yandırmaq və s. Sinonimlər yaxın mənaları bildirsələr də, onların işlənməsində incə məna fərqləri vardır. Məsələn: qalın sıx sinonimlərini meşə isminə qoşmaqla işlətmək mümkün olduğu halda (qalın meşə, sıx meşə), bu sözlərdən yalnız birincisini kitab isminə aid etmək olar: qalın kitab.
Sinonimləri təşkil edən sözlər eyni nitq hissəsinə aid olur. Bədii ədəbiyyatda hər hansı bir deyimin təsir gücünü, bədiiliyini artırmaq üçün sinonim sözlərdən istifadə olunur. Sinonimlər dilin zənginliyini və ifadə qüdrətini göstərən əlamətlərdən biri sayılır.

Antonimlər


Bir — birinə zidd, əks olan mənaları bildirən sözlərə antonimlər deyilir.Məsələn: yer — göy. sülh — müharibə, işıq — qaranlıq, igid -qorxaq, gülmək — ağlamaq, oturmaq — qalxmaq, gecə — gündüz və s. Antonimləri təşkil edən sözlər eyni bir nitq hissəsinə aid olur.
Həmçinin oxuyun: Ümumişlək sözlər,alınma sözlər,neologizmlər haqqında

0 şərh