Nitq hissələri

Dilçilik elminin beynəlmiləl adı linqivistika adlanır (lingua-dil). Dilçilik dilin qanunauyğunluqlarını, inkişaf tarixini öyrənən elmdir. Bu elmin müxtəlif bölmələri vardır:fonetika, leksikologiya, dialektologiya, üslubiyyat və s. Dilçilik elminin ən böyük və geniş bölməsi qrammatikadır. Qrammatika özü də iki hissədən ibarətdir: 1.Morfologiya 2.Sintaksis.
Morfologiya yunanca morfos (forma) və loqos (elm) sözlərindən yaranıb. Morfologiya nitq hissələrindən, sözlərin tərkibindən və dəyişmə qaydalarından bəhs edir. Sintaksis də yunan sözü olub tərtib deməkdir.Bu bölmədə sözlərin söz birləşmələri daxilində əlaqələnməsindən bəhs olunur.

Nitq hissələri


morfologiya-nitq hissələri haqqında elmdirDilimizin lüğət tərkibində olan sözlərin hamısı müəyyən qrammatik mənaya malik olur. Bu baxımdan ayrı-ayrı nitq hissələri kimi qruplaşır. Sözün hansı nitq hissəsinə aid olması onun hansı suala cavab verməsindən, əşya, yoxsa hərəkətlə bağlı olmasından və s. asılıdır. Nitq hissələri bir-birindən leksik-qrammatik mənalarına görə fərqlənir. Dilimizdə 11 əsas nitq hissəsi var. Onlardan altısı əsas, beşi köməkçi nitq hissəsidir.
Qeyd: Kök və şəkilçi morfologiyada əsas anlayışlardandır.Leksik şəkilçilər sözə qoşularkən sözün yalnız mənasını deyil, aid olduğu nitq hissəsini də dəyişir.
Azərbaycan dilində 11 nitq hissəsi var. Bunlar 2 qrupa bölünür: əsas və köməkçi.
  1. Əsas nitq hissələri: İsim, sifət, əvəzlik, say, fel, zərf
  2. Köməkçi nitq hissələri: qoşma, bağlayıcı, ədat, modal sözlər, nida
 

Əşya və hərəkət


Qrammatikada əşya dedikdə canlı və cansız, gözlə görünən və ya təsəvvür edilə bilən bütün varlıqlar və anlayışlar nəzərdə tutulur. Hərəkət dedikdə isə yalnız baş vermiş hadisə deyil, mövcud olması və ya olmaması da götürülür.
Əvəzlikdən başqa digər nitq hissələri ya əşya, ya da hərəkətlə bağlı olur. Əvəzlik isə əvəz etdiyi nitq hissəsindən asılı olaraq həm əşya, həm də hərəkətlə bağlı olur.

0 şərh