Söz birləşmələri

Söz birləşməsi iki və daha artıq müstəqil sözün məna və qramatik cəhətdən birləşməsindən əmələ gəlir. Məsələn: yaşıl yamac, uca çinar, dağ qartalı, dünyanın əvvəli, məktubu təzəcə oxuyan, səhər evdən gələndə və s.
Söz birləşməsi müstəqil sözlərdən əmələ gəlir. Ona görə də müstəqil sözlə, köməkçi sözün birləşməsi (məsələn: bizə tərəf, evə sarı və s.) söz birləşməsi sayılmır.

Söz birləşməsi və söz

Söz birləşməsi də sözlər kimi, əşya və hadisələri adlandırır. Məsələn: stol – stolun ayağı, roman – macəra romanı, ev – evin qapısı, bulaq – bulağın suyu və s.
Ayrı-ayrı sözlər kimi, söz birləşmələri də cümlə üçün tikinti materialıdır; məsələn: evin qapısı açıq idi. – cümləsi bir sözün (açıq idi) və bir söz birləşməsinin (evin qapısı) iştirakı ilə yaranmışdır. Bu cür oxşar cəhətlərə baxmayaraq söz birləşmələri sözlərdən əsaslı şəkildə fərqlənir:
1. Söz leksik, söz birləşməsi sintaktik vahiddir, yəni sözlər dilimizin lüğət tərkibində hazir şəkildədir, söz birləşməsi isə nitk prosesində sintaktik əlaqələrlə formalaşır.
2. Söz səslərdən, söz birləşməsi isə sözlərdən yaranır.
3. Sözün mənası ümumi və geniş olur; məsələn: kitab dedikdə hər cür kitab, şəhər dedikdə hər cür şəhər nəzərdə tutuur. Lakin söz birləşməsi tərkibində sözün mənası xeyli konkretləşir. Bunu kitab, şəhər sözlər ilə dərs kitabı, Bakı şəhəri birləşmələrini müqayisə etməklə də görmək olar.

Söz birləşməsi və cümlə
Söz birləşməsi cümlə ilə də oxşar və fərqli cəhətlərə malikdir. Hər ikisi (həm söz birləşməsi, həmdə cümlə) sözlərin müxtəlif şəkildə birləşməsindən əmələ gəlir; hər ikisi eyni nitk hissələrindən və eyni sintaktik əlaqədən yaranır; sözlərin sırası da bunlarda əsasən eyni cür olur.
Bu oxşar cəhətlərlə yanaşı, söz birləşmələri ilə cümlələrin mühüm fərqləri də vardır;
Cümlə ünsiyyətin əsas vahididir və bitmiş fikir ifadə edir. Lakin söz birləşməsi bitmiş fikir ifadə edə bilmir. Məsələn: gözəl həyat – həyat gözəldir, dağ havası – dağın havası sərindir və s. cümlənin özünəməxsus intonasiyası olur. Cümlədə söylənilən fikrə münasibət bildirilir.
Söz birləşməsindən fərqi olaraq, cümlə bir sözdən də ibarət ola bilir. Məsələn: Gecdir. Tezdir. Yoruldum. və s.

Söz birləşmələrinin növləri

Söz birləşmələri əsas və asılı tərəflərdən ibarət olur. Asılı tərəf əvvəl işlənir və sintaktik əlaqə üsullarından biri ilə (ikinci) əsas tərəfə tabe olur. Məsələn: Maraqlı kitab, məktubu oxumaq birləşmələrində maraqlı və məktubu sözləri asılı tərəf, kitab və oxumaq sözləri əsas tərəfdir.
Söz birləşmələrinin əsas tərəfi nitk hissələri ilə ifadə olunur. Məsələn: daş divar birləşməsinin əsas tərəfi (divar) isimlə, divarı uçurmaq birləşməsinin əsas tərəfi (uçurmaq) fellə ifadə olunur.
Əsas tərəfin nitq hissələri ilə ifadəsinə görə söz birləşmələri iki böyük qurupa bölünür:
1. İsmi birləşmələr
2. Feli birləşmələr
 

2 şərh

Deha
Çox sağol luminat.Mənə çox köməyi oldu.
Hekimler
Cok teskkur men hekimem oglumun mulellimi basa salmamisdi oxudu basa dusdu