İsmi birləşmələr

Əsas tərəfi adlarla (isim, sifət, say, əvəzlik və bəzi ərflərlə) ifadə olunan birləşmələrə ismi birləşmələr deyilir. Məsələn:dəmir qapı, almanın qırmızısı, əldən itivə s.
İsmi birləşmənin növləri çoxdur; məsələn: yaşıl yarpaq, ağac yarpağı, yarpağın rəngi, yaşıl yarpaqlı və s. birləşmələrin hər biri öz yaranma üsuluna görə o birindən fərqlənir. Belə rəngarəng birləşmələrdən üç növü dilimizdə daha çox işlənir. Buraya, qırmızı çiçək, çəmənin ətri, bülbülün nəğməsi tipli birləşmələr daxildir. Asılı tərəfləri əsas tərəf izah etdiyindən belə birləşmələrə təyini söz birləşmələri deyilir.
Təyini söz birləşmələrinin forma və məna xüsusiyyətlərinə görə üç növə bölünür:
Birinci növ təyini söz birləşmələri
İkinci növ təyini söz birlləşmələri
Üçüncü növ təyini söz birləşmələri

Birinci növ təyini söz birləşmələri

Hal və mənsubiyyət şəkilçiləri olmadan yaranan birləşmələrə birinci növ təyini söz birləşmələri deyilir. Məsələn: sərin su, işıqlı otaq, yağışlı hava və s.
Birinci növ təyini söz birləşmələrinin asılı tərəfi isim, sifət, say, əvəzlik və feli sifətlə, əsas tərəfi isə isimlərlə (və isimləşmiş sözlərlə) ifadə olunur. Məsələn:


Birinci növ təyini söz birləşmələrinin əsas tərəfi cəm, mənsubiyyət və hal şəkilçiləri qəbul edə bilir. Məsələn: yaxşı şagird – yaxşı şagirdlər, yaxşı şagirdlərimiz, yaxşı şagirdlərdə.
Lakin bu şəkilçilər birinci növ təyini söz birləşmələrinin əlaməti deyildir, çünki belə birləşmələr həmin şəkilçilərin iştirakı olmadan əmələ gəlir.
Birinci növ təyini söz birləşmələrinin birinci tərəfi cümlədə təyin, ikinci tərəfi mübtəda, xəbər, tamamlıq və ya zərflik olur. Məsələn: Bu kitab həmin kitabdır. Sizi maraqlandıran həmin kitabdir cümlələrində bu kitab, həmin kitabdır birinci növ təyini söz birləşməsidir. Birləşmələrdə bu həmin sözləri təyin, kitab mübtəda, kitabdır – xəbərdir.
Bəzən birinci növ təyini söz birləşmələrinin tərəfləri birlikdə cümlələrin bir növü olur. Məsələn: Hər tərəf zil qaranlıq idi. Yaman gündə insan insana arxadır – cümlələrində hər tərəf – mübtəda, yaman gündə – zaman zərfliyidir.

İkinci növ təyini söz birləşmələri

Birinci tərəfi yiyəlik hal şəkilçisiz, ikinçi tərəfi mənsubiyyət şəkilçili  (-ı, -i, -u, -ü) birləşmələrə ikinci növ təyini söz birləşmələri deyilir. Məsələn: insan təbilləti, bildirçin yuvası, şəhər bağı, məktəb direktoru və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri, başlıca olaraq, isimlərlə ifadə olunur (insan təbilləti, məktəb direktoru və s.). Lakin bəzən başqa başqa nitq hissələri də isimləşərək belə birləşmələrin tərəfləri kimi işlənə bilir. Məsələn: Gözəllər gözəli, yaxşılar yaxşısı və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri arasında başqa söz artırmaq olmur.
Təyini söz birləşmələrinin bu növündə tərəflərdən biri cəmlənərək digər tərəf tək olur. Məsələn: Xalqlar dostluğu, qocalar evi, mədəniyyət sarayları və s.
İkinci növ təyini söz birləşməsinin tərəfləri birlikdə cümlənin bir mürəkkəb üzvü olur. Məsələn: Yarış günü yaxınlaşırdı. Bu kitab sinif rəhbərinindir. Sinif rəhbəri Leyla müəlliməni alqışladılar. – cümlələrində yarış günü – mübtəda, sinif rəhbərinindir – xəbər, sinif rəhbəri – təyindir.

Üçüncü növ təyini söz birləşmələri

Bu birləşmə isə yiyəlik halı və mənsubiyyət şəkilçili olur. Birinci tərəf yiyəlik hal şəkilçili, ikinci tərəf mənsubiyyət şəkilçili olur. Məsələn: kürün daşması, sözün mənası və s.

 

 

0 şərh