Felin mürəkkəb şəkilləri

Felin mürəkkəb şəkilləri sadə şəkillərinin üzərinə idi,imişisə hissəciklərini artırmaqla yaranrr. Bu hissəciklərdən hansı biri ilə işlənməsinə görə felin mürəkkəb şəkilləri üç yerə bölünur. fel şəkillərinin hekayəsi, fel şəkillərinin rəvayəti, fel şəkillərinin şərti.

Fel şəkillərinin hekayəsi

Fel şəkillərinin hekayəsi felin sadə şəkillərinə idi hissəciyini artırmaqla düzəlir. Bu hissəcik felin əmr şəklinə və şühudi keçmiş zamana artırılmır. İdi hissəciyi sonu samitlə bitən fel şəkillərində həm ayrı, həm də bitişik yazılır: yazmış idi- yaşmışdı, gəlir idi — gəlirdi, gələcək idi — gələcəkdi və s.
İdi hissəciyi sonu saitlə bitən fel şəkillərində ayrı yazılır: kaş ala idi, almalı idi, alası idi, alsa iai və s. Sonu saitlə bitən fel şəkillərinin tələffüzü yazılışından fərqlənir. Yuxarıdakı nümunələr bu şəkildə deyilir: [alaydı], [almalıydı], [alasıydı], [aisaydı].
Fel şəkillərinin hekayəsində şəxs şəkilçiləri idi hissəciyinə və ya onun şəkilçiləşmiş qısa formasına (-dı4) artırılır.
Fel şəkillərinin hekayəsində iş və hərəkətin keçmiş, indiki, gələcək zamanlardan birində görülüb-görülmədiyi, bu barədəki məlumatın isə sonradan verildiyi bildirilir. Məsələn: almış idi, alırdı, alacaq idi (və ya almamış idi, almırdı, almayacaqdı). Bu nümunələrdə iş sıra ilə keçmiş, indiki və gələcək zamanlarda baş vermiş, bu barədəki məlumat isə sonradan verilmişdir.

Fel şəkillərinin rəvayəti

Fel şəkillərinin rəvayəti imişhissəciyinin köməyi ilə düzəlir. İmiş hissəciyi də idi hissəciyi kimi yalnız felin əmr şəklinə və şühudi keçmiş zamana qoşulmur.
İmiş hissəciyi sonu samitlə qurtaran fel şəkillərində iki cür -həm ayrı (bütöv şəkildə), həm də bitişik (qısa -mış4 formasında) yazılır. Məsələn:
yazmış imiş — yazmışmış,
oxumuş imiş — oxumuş-muş (oxuyubmuş), oxuyurmuş,
yazırmış, yazır imiş — yazacaq imiş — yazacaqmış, oxuyar imiş — oxuyarmış və s.
İmiş sonu saitlə qurtaran fel şəkillərində bütöv şəkildə, ayrı yazılır. Məsələn: kaş yaza imis — (deyilişdə (yazaymış şəklində olur), yazmalı imiş, yazası imiş və s.
Qeyd: Fel şəkillərinin hekayəsində şəxs şəkilçilərı həmişə idi hissəciyindən (və ya şəkilçiləşmiş -dı4 formasından) sonra artırılır. Imis isə qısa formasında (-mış4 şəklində) işlənərkən bəzən şəxs şəkilçiləri ondan əvvəl də işlənə bilir. Məsələn:alırmışam-alıram-mış, — almalı imişəm — almalıyammış, gəlirmişəm — gəlirəmmiş və s.

Fel şəkillərinin şərti

Fel şəkillərinin şərti isə hissəciyinin köməyi ilə düzəlir.
Bu hissəciyin idi və imiş hissəciklərindən bir neçə fərqli xüsusiyyəti var:
1. İdi və imiş hissəciklori şühudi keçmiş zamanda olan felə qoşulmadığı halda, isə hissəciyi həmin zamana artırıla bilir. Məsələn: yazdısa, gəldisə, oxudusa, gördüsə və s.
2.İdi və imiş hissəcikləri felin arzu və şərt şəkillərinə qoşulur, isə hissəciyi isə felin əmr şəklindən başqa, arzu və şərt şəkillərinə də artırıla bilmir.
3. İdi və imiş hissəcikləri şəxs şəkilçilərindən əvvəl işləndiyi halda, isə hissəciyi həmin şəkilçilərdən sonra artırılır. Məsələn: almışamsa, alasısansa, almalıdırsa və s.
Deməli, isə hissəciyi felin xəbər, vacib və lazım şəkillərində olan fellərə artırılır. Məsələn: almış isə, gəlmiş isə, gəlirsə, gələcək isə, oxumalı isə, görə isə və s.
İsə hissəciyi də idiimiş hissəcikləri kimi iki cür yazılır: ayrı və bitişik (qısa formada -saJ şəklində): Məsələn: almış isə -almışsa, gələcək isə — gələcəksə və s.
Qeyd: İdi, imiş və isə hissəciklərinin qısa formaları olan -dı4, -mış4 və -sa zahirən şühudi və nəqli keçmiş zamanların -dı4, -mış4 şəkilçilərinə, eləcə də felin şərt şəklinin -sa səkilçisinə oxşayır. Bunları qarışdırmamaq üçün nəzərə almaq lazımdır ki, felin mürəkkəb şəkillərini düzəldən -dı4, -mış4 və -sa1 fel şəkillərinin əlamətlərindən (şəkilçilərindən) sonra artırılır.
Məsələn: al+ır+dı, gəl+mış+di, yaz+acaq+dı, oxu+yar+dı, al+ır+mıs, gəl+ib+miş, yaz+acaq+mış, oxu+yar+mış, al+ır+sa, gəl+miş+sə, yaz+acaq+sa, oxu+yar+sa və s. Felin zaman şəkilçitəri olan -dı4 -mış4 və şərt şəkiinin morfoloji əlaməti olan –sa2 isə birbaşa felin kökünə (və ya başlanğıc formasına) artırılır.
Məsətən: yaz+dı,-yaz+dır+dı, yaz+ıl+dı, yaz+mış+am, yaz+dır+mış+san, yaz+ıl+mış+dır, yaz+sa, yaz+dır+sa, yazıl+sa və s.

İdi, imiş isə hissəciklərinin başqa nitq hissələri ilə işlədilməsi

Felin mürəkkəb şəkillərini əmələ gətirən idi, imiş və isə hissəcikləri basqa nitq hissələrinə (isim, sifət, say, əvəzlik və bəzən də zərfə) də artırıla bilir. Bu halda həmin hissəciklərlə bağlı aşağıdakı xüsusiyyətlər yaranır:
İ. İdi və imiş hissəcikləri isim, sifət, say, əvəzlik və bəzi zərflərlə birlikdə cümlənin xəbəri olur. Məsələn: şagird idi, çalışqan idi, beşinci idi, o idi, gecə idi, irəlidə idi, şagird imiş, çalışqan imiş, beşinci imiş, o imiş, gecə imiş, irəlidə imiş və s.
2. İsə hissəciyi müstəqil xəbər əmələ gətirə bilmir. Buna görə də o, (şəxs) xəbərlik şəkilçilərindən sonra işlənir. Məsələn: şagirdəmsə, müəllimdirsə, yaxşısansa, gecədirsə, irəlidədirsə və s.
İdi və imiş hissəcikləri istər fellərə, istərsə də başqa nitq hissələrinə qoşulduqda müəyyən bir iş, hadisə haqqında sonradan verilen məlumatı bildirir. Məsələn: O gəlirdi, gəlmişdi, gəlcəkdi, gəlirmiş, gəlibmiş, gələcəkmiş. O müəllim idi, yaxşı imiş, birinci idi, birinci imiş, irəlidə idi, irəlidə imiş və s.
İsə hissəciyinin qoşulduğu bütün nitq hissələri isə şərt məzmununu bildirir. Məsələn: O gəlirsə, galmişsə, gələcəksə; O müəllim isə, yaxşı isə, birinci isə, irəlidə isə və s.

Həmçinin bax: Felin sadə şəkilləri

Mənbə Möhsün Nağısoylunun Azərbaycan dili kitabı.

2 şərh

Aysel77
Təşəkkürlər!
Medikamentoz
Bu şəkildə kommentlər etməyin,adminstratorluq tərəfindən xahiş olunur.