Say

Əşyanın  miqdarını və ya sırasını bildirən əsas nitq hissəsinə say deyilir. Say neçə? nə qədər? neçənci? suallarından birinə cavab olur. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s.
Sifət əşyanın əlamətini, say isə miqdar və ya sırasını bildirir. Sayın sifətlə bir neçə oxşar cəhəti var:
  • Say da sifət kimi isimlə bağlı olur və sifət kimi isimdən əvvəl işlənır.
  • Say da sifət kimi cümlədə ən çox təyin olur.
  • Say da sifət kimi ismi əvəz edə bilir, yəni isimləşir.
  • Say da sifət kimi quruiusca sadə, düzəltmə və mürəkkəb olur.

Sayın quruluşca növləri


Saylar quruluşca üç növə bölünür: sadə, düzəltmə mürəkkəb saylar.
  1. Sadə saylar bir kökdən ibarət olur. Məsələn: bir, üç, yeddi, on, əlii, səksən, doxsan, milyon və s.
  2. Düzəltmə saylar kök və leksik şəkilçidən ibarət olur. Isim və sifətdən fərqli olaraq, düzəltmə saylar başqa nitq hissələrindən yox, yalnız saylarınözündən düzəlir.
    Düzəltmə saylar sadə saylara -ıncı4 şəkilçisini artırmaqla düzəlir. Bu şəkilçi yalnız saya aid şəkilçidir: qırx-ıncı, səkkiz-ınci, on-uncu, üç-üncü, altı-ncı, iki-nci. -la1 və -ca şəkilçilərinin köməyi ilə düzələn onlarla, yüzlərlə, onlarca, minlərcə tipli saylar da quruluşca düzəltmədir. Çoxlu sayı da quruluşca düzəltmədir.
  3. Mürəkkəb saylar da, əsasən, saylardan yaranır. Məsələn: üç-dörd, beş-altı, on-on beş, on iki, otuz üç, yüz iyirmi beşinci, bir çox, bir az, bir qədər, beşdə üç, ikidə bir və s. İki-üç, üç-dörd tipli mürəkkəb qeyri-müəyyən miqdar sayları defislə, qalanları isə ayrı yazılır.
    Qeyd: Defislə yazılan mürəkkəb saylar əsl mürəkkəb saylar, ayrı yazılan saylar isə tərkibi saylar sayılır.

Sayın mənaca növləri


Sayın mənaca iki növü vardır:
  1. Miqdar sayları
  2. Sıra sayları
Miqdar sayları özü də üç növə bölünür:
  1. Müəyyən miqdar sayları
  2. Qeyri-müəyyən miqdar sayları
  3. Kəsr sayları
Müəyyən miqdar sayları
Müəyyən miqdarsayları əşyanın konkret miqdarınıbildirir və neçə? nə qədər? suallarına cavab verir. Məsələn: beş, on, yüz, otuz üç, yüz on və s. Dilimizdə quruluşca sadə olan müəyyən miq-dar saylan cemi 23-dür: bir, iki, üç, dörd, beş, altt, yeddi, səkkiz, doqquz, on, iyirmi, otuz, qırx, əlli, altmış, yetmiş, səksən, doxsan, yüz, min, milyon, milyard, trilyon. Bu sözlərdən yalnız sonuncu üçü alınmasözdür, qalanları əsl Azərbaycan (türk) sözləridir. Sıra sayları və mürəkkəb müəyyən miqdar sayları bu 23 sayın əsasında yaranır.
Müəyyən miqdar saylarından sonra gələn isimlər yalnız təkdə işlənir. Məsələn: on beş şagird, beş kitab və s. Bu isimləri cəmdə işlətmək (beş kitablar şəklində) qrammatik cəhətdən səhvdir. Sifətlərdən sonra gələn isimlər isə cəm şəkilçisi qəbul edir. məsələn: maraqlı kitablar, çalışqan şagirdlər, yeni binalar və s.
Müəyyən miqdar sayları ilə isimlər arasında çox vaxt numerativ sözlər işlənir. Həmin sözlər aşağıdakılardır:
Nəfər — insan bildirən isimlərlə işlənir: iki nəfər şagird, on nəfər tələbə və s.
Baş — əsasən, heyvan bildirən isimlərlə işlənir: on baş öküz, yüz baş qoyun, iki bas keçi və s. (Danışıq zamanı baş sözü ailə üzvləri üçün də işlənir: iki bas ailə üzvü).
Ədəd, dənə — cansız əşya bildirən isimlərlə işlənir beş dana nar, iki ədəd qələm və s.
Cüt, dəst — qoşalıq bildirmək üçün isimlərin əvvəlində işlənir: bir cüt ayaqqabı, iki dəst paltar (kostyum) və s.
Göz, tikə, parça, dəstə, top və s numerativ sözləri də müəyyən miqdar sayları ilə isimlər arasında işlənir: üç göz otaq, bir tikə qənd, bir parça çorək, iki dəstə gül bir top çit və s
Qeyri — müəyyən miqdar sayları
Qeyri-müəyyən miqdar sayları əşyanın dəqiq olmayan miqdarını bildirir və nə qədər? sualına cavab verir. Məsələn beş-altı (kitab), üç-dörd (uşaq) və s Dilimizdə ən çox işlənən qeyri-müəyyən miqdar sayları aşağıdakılardır az. çox, xeyli, birqədər, bir çox, bir az, bir sıra, az-çox, çoxlu, onlarla, yüzlərlə, minlərlə, bir-iki, on-on beş və s. Az və çox sayları ən, lap, daha ədatları ilə də işlənə bilər: ən az (otaq), lap çox (adam), daha çox (məhsul) və s.
Az sayından sortra gələn isim təkdə işlənır: az adam. Bir çox, bir sıra saylarından sonra gələn isimlər isə cəmdə işlənir: bir çox alimlər, bir sıra şəhərlər və s. Çox, onlarla, yüzlərlə, minlərlə və s. saylarından sonra gələn isimlər isə həm təkdə, həm də cəmdəişlənə bilir: çox uşaq, çox adamlar. onlarla şagird, yüzlərlə tələbə və s Başqa qeyri-müəyyən miqdar saylarından sonra gələn isim lər isə təkdəişlənir: xeyli adam, bir qədər odun və s.
Bir-iki, üç-dörd, beş-altı tipli qeyri-müəyyən miqdar sayları ilə isimlər arasında da nəfər, baş, ədəd, dənə, dəst, kimi numerativ sözlər işlədilir: üç-dörd nəfər uşaq, bir-iki dənə alma, beş-altı dəstə gül və s.
Qeyd: Bir-iki, üç-dörd, bes-altı tipli saylara təqribi (təxmini) miqdar sayları da deyilir.
Kəsr sayları
Kəsr sayları ya tamın (bütövün) hissəsini, ya da tam və hissəsini bildirir və nə qədər? neçə hissə? suallarına cavab olur. Kəsr sayları müəyyən miqdar sayları və -da1 şəkilçisinin köməyi ilə yaranır. Məsələn: beşdə üç (5/3), iki tam onda beş (2,5) və s. Kəsr sayları quruluşca həmişə mürəkkəb (tərkibi) olur.
Sıra sayları
Sıra sayları əşyanın sırasını bildirir və neçənci? sualına cavab verir. Sıra sayları müəyyən miqdar saylarına -ıncı4 şəkilçisini artırmaqla düzəlir: altmışıncı, səksəninci, doqquzuncu, dördüncü.
Kökü samitlə bitən saylara qoşulduqda bu şəkilçinin ilk saiti düşür: altıncı, ikinci və s.
Əvvəl, axır, filan, son sözləri də -ıncı4 şəkilçisi ilə işləndikdə sıra sayı məzmununu bildirir: əvvəlinci (sıra), axınnct (dərs), sonuncu (zəng), filanıncı (il) və s.
Sıra sayları bəzən hansı? sualına da cavab olur. Məsələn birinci (hansı?) mərtəbə, axırıncı (hansı?) cərgə, onuncu (hansı?) sinif və s.
Sıra saylarından sonra gələn isimlər bəzən cəm şəkilçisiqəbul edə bilir. Məsələn: beşinci siniflər, 30-cu illər, birinci sıralar və s.
Sıra sayları başqa saylara nisbətən daha çox isimsiz işlənə bilir (isimləşir).Məsələn: Onuncular irəlidədirlər. Birincilərə mükafat verdilər. və s.
Sıra sayları quruluşca sadə olmur, ya düzəltmə (birinci, ikinci), ya da mürəkkəb(on birinci, otuz ikinci) olur.
Sıra sayları üç cür yazılır:
  1. Sözlə: birinci, altıncı, on beşinci və s.
  2. Ərəb rəqəmləri və -ıncı şəkilçisinin ixtisar forması olan –cı şəkilçisi ilə: 6-cı, 1-ci, 4-cü, 35-ci və s.
    Sıra saylarını ərəb rəqəmləri ilə yazıb, onlardan sonra nöqtə və ya yarımmötərizə (nöqtəsiz) işarəsi qoymaqla da göstərmək olar. Məsələn: 1.1) və s.
  3. Roma rəqəmləri ilə: XX əsr, IX sinif, VI fəsil və s. Roma rəqəmlərindən sonra heç bir şəkilçi işlədilmir və defis ışarəsi də qoyulmur. Roma rəqəmləri 7 işarə ilə göstərilir: I, V, X, L (50), C (100), D (500), M (1000) Bunların müxtəlif şəkildə birləşməsi ilə qalan rəqəmlər də yazılır: XL (40-cı), LX (60-cı) və s.

Sayın isim kimi işlənə bilməsi


Say da sifət kimi ismi əvəz edə bilir. ismi əvəz edən say təklikdə (isimsiz) işlənir, yəni isimləşir. İsimləşmiş say ismə məxsus hal, cəm və mənsubiyyət şəkilçilərini qəbul edir, ismin sualına cavab olur və cümlədə mübtəda, tamamlıq və bəzən də xəbər vəzifəsində işlənir: Məsələn: Beşincilər (kim?) yarışda qalib gəldirlər. Beşlərimdən (nədən?) xoşum gətir. Beş (nə?) üçdən (nədən?) çoxdur. Gələn onunculardır (kimdir?).

Bəzi sayların yazılışı və deyilişi


Dilimizdəki bəzi sayların yazılışı və tələffüzü fərqlənir. Bu cür saylar, əsasən, aşağıdakılardır: dörd — [dört], səkkiz — [səkgiz], doqquz — [dokquz], altmıs — [atmış], əlii altı — [əllaltı], səksən -[səysən] s. Dörd sayı -üncü şikilçisini qəbul etdikdə isə kökdəki sonuncu samit sait səsdən əvvəl gəldiyi üçün cingiltilitələffüz olunur. [dordüncü].
Say cümlədə ən çox təyin olur. Yuxarıda qeyd olunduğu kimi, say isimləşdikdə mübtəda, tamamlıq, bəzən də xəbər ola bilir.

Sayın təhlil qaydası


Say aşağıdakı qaydada təhlil olunur:
  • Ümumi qrammatik mənası, sualı
  • Hansı isimlə bağlı olması
  • Quruluşca növü
  • Mənaca növü
  • Cümlədə rolu
Məsələn: Birinci sinif şagirdi Günay dərslərindən beş qiymət alır.
Birinci — əşyanın sırasını bildirir, neçənci? sualına cavab olur. Sinif isimi ilə bağlıdır, quruluşca düzəltmədir. Sıra sayıdır, cümlədə təyindir.
Beş — əşyanın miqdarını bildirir, neçə? sualına cavab olur. Qiymət ismi ilə bağlıdır, quruluşca sadədir. Müəyyən miqdar sayıdır, cümlədə təyindir.

1 şərh

heyatin-ellerinde

Oxudum.Ehateli yazilib.Istenilen normal melumatlar eks olunub.cox sagolun melumata gore