Рейтинг
+48.38

Azərbaycan dili

43 üzv, 114 topik

Azərbaycan dili haqqında

Azərbaycan dili geneoloji təsnifata görə türk dillərindən biri olub, həmin dil ailəsinin oğuz qrupunun oğuz-səlcuq yarımqrupuna daxildir və ən yaxın qohumları olan türk, türkmən və krım tatarlarının dilləri ilə birlikdə ərazi prinsipinə görə türk dilləri ailəsinin cənub-qərb yarımqrupunu təşkil edir.
Ənənəvi-morfoloji və ya tipoloji təsnifat baxımından Azərbaycan dili iltisaqi (aqlütinativ) dillər qrupuna daxildir. Bu qrupa daxil olan bütün dillər kimi, Azərbaycan dilində də insirafi (flektiv) dillərdən fərqli olaraq bütün söz kökləri özümlü leksik və qrammatik mənası olan müstəqil sözlərdir; qrammatik mənalar və qrammatik əlaqələr isə həmişə söz kökündən və əsasından sonra gələn təkmənalı (monosemantik) şəkilçilər vasitəsilə ifadə olunur.
Davamı →

Biz dilimizdə hansı sözləri işlətməliyik?

Nəyə əsasən izah edək ki, bəzən ən müqəddəs milli sərvətlərimizi xarici sözlərlə adlandırırıq. Minilliklərlə milli düşüncəmizin təzahürü olan ifadələr dilimizdən uzaqlaşdıqca ruhumuzdan da, düşüncəmizdən də uzaqlaşır. Atalar sözü var: «Yadla görüşə-görüşə doğmalaşarsan, yaxınla görüşməyə-görüşməyə yadlaşarsan». Bizim türk əsilli, türk mənalı sözlərimiz tərəfimizdən unudularkən, minilliklərlə formalaşmış türk soy düşüncəmiz də unudulur.
Adlarımızın milliləşməsi yolunda Hüseyn Cavid, Cəfər Cabbarlı, Səməd Vurğun misilsiz rol oynadılar. Dilimizin milliləşmə­si nə qərarla, nə də kiminsə istəyi ilə ola bilər. Bunun üçün dilçi, filoloq və filosof alimlərimiz, ədiblərimiz birgə fəaliyyətdə olmalıdırlar. Dilin milliləşməsində göstərilən cəsarət səngərdə göstərilən cəsarətdən az hünər tələb etmir.
Biz müasir dilimizdə «Milli Himn», yoxsa «Millətə Alqış», «Dövlət Himni», yoxsa «Dövlətə Alqış», «dastan», yoxsa «boy», «aşıq», yoxsa «ozan», «ruh», yoxsa «qut», «intibah», yoxsa «qayıdış» deməliyik?
Davamı →

İsmin halları

İsimlər cümlədə başqa sözlərlə əlaqəyə girərkən müəyyən qrammatik şəkilçilər qəbul edərək dəyişirlər. İsmin belə dəyişməsinə ismin hallanması deyilir. İsmin altı halı var və həmin hallar suallara görə müəyyənləşir.

1) Adlıq hal

Bu halda olan isimlər əşyanın adını bildirir, şəkilçisi olmur, kim? nə? hara? suallarından birinə cavab olur. Bütün lüğətlərdə isimlər adlıq halda (başlanğıc formada) verilir. Məs: dəmir, dəmirçi, dəmirçilik, ev, evcik, daş, dağ, dağlıq, yazı, yazıçı, yazıçılıq və s.
İsimlər adlıq halda cəm və mənsubiyyət şəkilçiləri ilə də işlənə bilir. Məs: bacı (başlanğıc formada); bacılar (cəm şəkilçisi ilə); bacım (mənsubiyyət şəkilçisi ilə); bacılarım (cəm və mənsubiyyət şəkilçisi ilə).
Davamı →

Durğu işarələrinin yazıda işlənməsi məqamları haqqında

Dilin, dilçiliyin elə sahələri var ki, onlar daha çox mütəxəssislərin marağına daxildir, onların araşdırmalarının obyekt və predmeti kimi götürülür. Bunlar sırf elmi-nəzəri problemlərdir: morfologiya, sintaksis, leksikologiya, etimologiya, semantika, habelə qrammatikanın bir sıra başqa məsələləri və s. Amma dilçilik elminin əməli, tətbiqi sahələri, bölmələri də var ki, yalnız dilçi alimlərə, mütəxəssislərə deyil, bütövlükdə tədris işi ilə məşğul olan, ondan həmişə istifadə edən bütün insanlara: hüquq, təhsil, mətbuat, mədəniyyət, siyasət, iqtisadiyyat və b. sahələri təmsil edən şəxslərə də lazımdır. Bunların sırasına nitq mədəniyyəti, dilin orfoqrafiya (imla) qaydaları, orfoepiya (ədəbi tələffüz) məsələləri, dildə işlənən durğu işarələri (geniş mənada bu işarələrdən istifadə qaydaları və ya bu qaydaların məcmuyu — başqa cür desək, punktuasiya) daxildir.


Davamı →

Zərflik

Zərflik hərəkətin icrasını müxtəlif cəhətdən izah edən ikinci dərəcəli üzvdür.
Zərfliklər, əsasən, cümlənin feli xəbərlərinə aid olur və yanaşma əlaqəsi ilə onlara bağlanır. Məsələn: Şagirdlər imtahanlara ciddi hazırlaşırlar. Uşaqlar həyətdə oynayırlar. Axşam bizə gələrsən. Əsgərlər irəli cumdular. Xəstə olduğu üçün uşağın rəngi sapsarı idi və s. Bu cümlələrdəki ciddi zərfliyi işin icra tərzini, həyətdə və irəli zərflikləri iş və hərəkətin icra olunduğu yeri, axşam zərfliyi iş və hərəkətin icra zamanını bildirir. Bu zərfliklərin hamısı feli xəbərə aiddir. Sonuncu cümlədəki xəstə olduğu üçün zərfliyi isə əlamətin yaranma səbəbini bildirir və ismi xəbərə aiddir.
Davamı →

Tamamlıq

Tamamlıq cümlədə əşya məzmunu bildirir, adlıq və yiyəlik hallarından başqa, qalan halların suallarına cavab verir. Tamamlıq kimi? nəyi? nə? kimə? nəyə? kimdə? nədə? kimdən? nədən? kim ilə? nə ilə? kim üçün? nə üçün? kim haqqında? nə haqqında? nə barədə? suallarından birinə cavab verir. Məsələn: Uşağı (kimi) çağır. Kitabı (nəyi?) aldım. Müəllimdə (kimdə?) maraqlı kitablar var. Biz onunla (kim ilə?) fəxr edirik Milli qəhrəmanlar haqqında (kim haqqında?) nə bilirsiniz? və s.
Tamamlıq daha çox isim və əvəzliklərlə ifadə olunur. Məsələn: Anar Turala dedi. Biz onu tanıyırıq və s. Məsdərlər və isimləşmiş başqa nitq hissələri də cümlədə tamamlıq olur. Məsələn: Yaşamağı atalardan öyrənin (məsdərla). Yaxşını pisdən ayırın (sifətlə). Gələnləri qarşılayın (feli sifətlə) və s.
Davamı →

Vasitəsiz və vasitəli nitq

Danışarkən və ya yazarkən bəzən basqasının sözlərindən (nitqindən) istifadə olunur. Başqasının sözləri (nitqi) iki üsulla verilə bilər: vasitəsiz, vasitəli.

Vasitəsiz nitq

Vasitəsiz nitqdə başqasımn sözləri (nitqi) dəqiq şəkildə, heç bir dəyişiklik edilmədən verilir.
Tərkibində vasitəsiz nitq olan cümlələr iki hissədən ibarət olur: müəllifin sözlərindən (M) və vasitəsiz nitqdən (V).


Ardı →

Mürəkkəb cümlə. Tabesiz mürəkkəb cümlələr

Mürəkkəb cümlə quruluşuna görə sadə cümlədən fərqlənir.Sadə cümlənin bir qrammatik əsası, mürəkkəb cümlənin isə iki və daha artıq qrammatik əsası olur. Məsələn: Göy guruldadı. Yağış yağdı, Yaz gəlir. Təbiət oyamr. Quşların səsi eşidilir -cümlələri mübtəda və xəbərdən ibarət olan sadə cümlələrdir. Həmin cümlələrin birləşməsi yolu ilə mürəkkəb cümlə yaratmaq olar. Məsələn: Göy guruldadı və yağış yağdı. Yaz gəlir, təbiət oyamr, qusların səsi esidilir. Nümunələrdən göründüyü kimi, bu iki mürəkkəb cümləni təşkil edən sadə cümlələr bir-biri ilə həm mənaca, həm də qrammatik cəhətdən (bağlayıcı və intonasiyanın köməyi ilə) bağlanır və bütövlükdə vəhdət halında birləşərək bitkin bir fikir ifadə edir.


Ardı →

Cümlə üzvlərinin əlavəsi, həmcins üzvlər

Cümlədə özündən əvvəiki üzvü izah edən, dəqiqləsdiran sözə və ya söz birləşməsinə əlavə deyilir.
Əlavələr aid olduğu cümlə üzvündən sonra gəlir, həmin üzvlə eyni qrammatik formada olur və ondan xüsusi fasilə, intonasiya ilə ayrılır. Məsələn: İbrahimlə İsmayıl — ata ilə oğul Kəbəni yenidən ucaltdılar. Əli özümüzünküdür — uzaq qohumumuzdur. Günaya — X sinifşagirdinə mükafat verdilər. Dünən, mayın 15-də fərdi sərgim açıldı.

Yuxarıdakı cümlələrdə sıra ilə mübtədanın, xəbərin, tamamlığın və zərfliyin əlavəsi işlənmişdir. Nadir hallarda təyinin də əlavəsi işlənir. Bu zaman əlavədən sonra çox vaxt, yəni sözü işlənir: Sonuncu, yəni iyirmi beşinci test çox çətin idi.


Ardı →