Lənkəransayağı Fisincan

Ərzaqlar:
  • Cır nar – 0,3 kq.
  • Palçıq turşu – 0,3 kq.
  • Balqabaq – 1 kq.
  • Qırmızı soğan – 1 kq.
  • Ördək və ya toyuq – 1 ədəd
  • Bal – 100 qr.
  • Qoz – 1 kq.
  • Duz, istiot – zövqə görə
  • Kərə yağı – 100 qr.

Hazırlanması:
Cır nar tənzifə bükülüb qazanın dibinə qoyulur. Üstünə soyulmuş soğan, boranı və palçıq turşu əlavə edilir, toyuq qoyulur və su tökülüb bişirilir. Toyuq əti bişəndən sonra qazandan çıxarılır, qalan ərzaqlar yenidən qaynamağa qoyulur və 2 saatdan sonra oddan götürülür, aşsüzəndən süzülür.

Aşsüzəndə qalan nar elə tənzifin içində sıxılır, şirəsi çıxandan sonra atılır. Qalan ərzaqlar isə ətçəkəndən keçirilir və yenidən aşsüzəndən keçən suya qatılıb, içinə narın qoz ləpəsi əlavə olunub, daha 3 saat qaynadılır. Hazır olana yaxın duz, istiot, azca kərə yağı vurulub, qarışdırılır. Ficincan toyuğun yanında sufrəyə verilir. Nuş olsun!

0 şərh