Maxara

Maxara – Azərbaycan milli mətbəxinin, xüsusilə də Zaqatala, Balakən rayonlarının ən sevimli və qədim yeməklərindəndir. Formasına görə günəşə bənzədilir. Hazırlanması isə çox sadədir.

Ərzaqlar:
Yumurta – 3 ədəd
Un – 1 kq.
Süd – 1 litr
Duz – 0,5 ç.q.
Su – 500 ml.
Şəkər tozu – 250 qr.

Hazırlanması:
Əvvələ yumurtalar sındırılır, üzərinə şəkər tozu əlavə edilir və qaşıqla və ya yumurta çırpanla qarışdırılır. Qarışdıra-qarışdıra buraya süd də əlavə edilir. Sonra duz və un tökülür, qarışdırılır. Qatı alındısa, bir az da süd-su əlavə edə bilərsiz. Xəmir blinçik xəmiri kimi bir az duru olmalıldır, qatı yox.
Əsl maxara sacda bişirilir. Sac isidilir, yağlanır. Sonra xəmirdən 1 stəkan götürülür və sacın üstünə tökülür, hər iki üzü qızardılır. Üzərinə bal çəkilir və süfrəyə verilir. Nuş olsun!







sufrem.az

0 şərh