İrəvan kətəsi

Azərbaycan mətbəxinin ən qədim şirniyyatlarından biri də İrəvan kətəsidir. Əvvəllər bu kətəni hazırlamaq böyük şan-şöhrət, məharət hesab edilərdi. Düzdü, son illər xanımlarımız arasında bu cür şirniyyatlara maraq azalsa da, amma bişirən, ənənələri yaşadanlar da az deyil.

Xəmir üçün:
Kərə yağı – 250 qr.
Xama – 200 qr.
Soda – 1 ç.q.
Sirkə – 1 x.q.
Vanilin – 1 paket
Un – 4-4,5 st.

İçlik üçün:
Un – 1,5 st.
Şəkər tozu – 1,5 st.
Kərə yağı – 100 qr.
Vanilin – yarım paket
Yumurta – 1 ədəd (üstü üçün)

Hazırlanması:
Kərə yağı əridilir, soyudulur. Üzərinə xama tökülür. Sodanı sirkədə söndürüb, yağın üzərinə əlavə edirik. Vanilin və un tökülür, xəmir yoğrulur. Yağlı və zərif xəmir alınacaq. 25 dəqiqəlik soyuducuya qoyuruq.

Bu zaman ərzində isə içliyi hazırlayaq: Otaq temperaturunda yumşalmış yağa un əlavə edirik, umac halına salırıq. Üzərinə şəkər tozu, vanilin əlavə edilir, qarışdırılır.



Xəmir soyuducudan çıxarılır, 4 bərabər hissəyə bölünür, kündələnir. Qalınlığı 3 mm. olmaqla yayılır. Üstünə bol içlik səpilir, rulet kimi bükülür. Sonra qırağı dilikli bıçaqla fotodakı kimi dilimlənir. Üstünə yumurta sarısı çəkilir, listə düzülür və 200 dərəcədə üstü qızarana kimi – 25 dəqiqə bişirilir. Nuş olsun!


sufrem.az

0 şərh