Doğramac

Havalar isinibsə, qaynar, acı şorbalar öz yerini soyuq şorbalarla əvəzləməlidir. İçimizi sərinlədəcək və həm də faydalı şorbalar hazırlamalı, süfrəmizi o cür təamlarla bəzəməliyik. Məsələn, doğramac kimi.

“Ovduq”, “Atlama” kimi adları olan doğramac Azərbaycan mətbəxinə aid soyuq şorbalardandır. Onu hamımız sevirik, xüsusilə uşaqlar ləzzətlə yeyir.

Ərzaqlar: ( 2 porsiya)
Qatıq – 400 qr. Su – 200 ml.
Təzə xiyar – 2 ədəd
Göy soğan – yarım dəstə
Keşniş – yarım dəstə
Şüyüd – yarım dəstə
Reyhan – 2-3 sap
Təzə nanə — 4-5 yarpaq
Duz – zövqə görə
Sarımsaq – 1 diş. 

Hazırlanması:
Əvvəlcə göyərtiləri və təzə xiyarları yaxşıca yuyuruq və xırda-xırda doğrayırıq. Qatığın üzərinə suyu əlavə edib çalırıq. Elə çalırıq ki, “yumru” qalmasın, tam həll olsun. Sonra doğradıqlarımızı qatığın içinə töküb, zövqə görə duz əlavə edib, qarışdırırıq. İstəkdən asılı olaraq əzilmiş sarımsaq da qata bilərsiniz. Süfrəyə soyuq halda verilməlidir. Nuş olsun! 

Qeyd: Bəzi reseptlərdə doğramacın içinə bişmiş və xırdalanmış mal əti və soyutma yumurta da vururlar. Həmçinin ağız dadından asılı olaraq bura siz 1 ç.q. şəkər tozu da əlavə edə bilərsiniz.

0 şərh