Qarabağ kətəsi

Ərzaqlar:
Xəmir üçün:
  • Un – 1 kq.
  • Su – 0,5 st.
  • Bitki yağı – 1 st.
  • Yumurta – 2 ədəd
  • Quru maya – 1,5 x.q.
  • Şəkər tozu – 6 x.q.
  • Vanil — 0,5 ç.q.
  • Duz – zövqə görə.

İç üçün:
  • Un – 2 st.
  • Şəkər tozu – 150 qr.
  • Kərə yağı – 150 qr.
  • Vanil – 1 paket

Üstü üçün:
Yumurta – 1 ədəd.

Hazırlanması:
Əvvəlcə ilıq suda mayanı əridirik. Sonra böyük qaba tökürük, üzərinə yağı, şəkəri, yumurtanı, vanili və duzu əlavə edirik, qarışdırırıq. Sonra unu da töküb yoğurmağa başlayırıq. Hamar, ələ yapışmayan xəmir alınmalıdır. Xəmiri 1,5-2 saatlıq dincə qoyuruq.

İndi isə içi hazırlayaq. Soyudulmuş yağı şəkər tozu ilə yaxşıca çalırıq, sonra vanil və unu əlavə edirik. Qarışdırırıq. (Blender varsa, içliyi onda da hazırlamaq olar).

Xəmiri götürüb, yumruq boyda 10 kündə kəsirik və onları kökə şəklində yoğururuq. Ortasına iç qoyuruq, xəmiri qıraqlarından yığırıq. Bükülmüş tərəfi alta çeviririk. Yenə yayırıq. Çəngəllə üstünü bəzəyirik. Çalınmış yumurtanı çəkirik. Kətəni 180 dərəcədə təxminən 20-25 dəq. bişiririk. Nuş olsun!

0 şərh