Şəkərbura

Şəkərbura sözü “Şəkər” və “bura” sözlərindən əmələ gəlib. Ümumiyyətlə isə şəkərbura firavanlıq rəmzidir. Qadınların maqqaş ilə şəkərburanın üzərinə vurduğu naxışlar sıx-sıx düzülmüş buğda sünbüllərini xatırladır. Şəkərbura — Azərbaycanda milli şirniyyat növü. Əsasən, Novruz bayramında hazırlanır.

İnqrediyentlər
  • Un — 500 q
  • Kərə yağı — 150 q
  • Maya — 20 q
  • Yumurta — 1 ədəd
  • Süd — 200 q
  • Duz

şəkərburaİçlik üçün:
  • Fındıq,qoz və ya badam ləpəsi — 500 q
  • Şəkər tozu — 500 q
  • Hil — 5 ədəd
  • Vanil — 5 q

Şəkərburanın hazırlanma qaydası
1.     Xəmiri hazırlamaq üçün: kərə yağı əridilir.
2.     Süd qızdırılır və ilıq halda kərə yağına əlavə edilir.
3.     Ələnmiş una yumurta, duz, süd-yağ qarışığı və maya əlavə edilib yumşaq xəmir yoğrulur.
4.     Xəmir isti yerdə 30 dəq. saxlanılır.
5.     İçliyi hazırlamaq üçün: fındıq qozçəkən maşından keçirilir, əzilmiş hil və şəkər tozu ilə qarışdırılır.
6.     Xəmir xırda kündələrə bölünür.
7.     Hər yayılmış kündəyə 10-15 q içlik qoyulub (içlik kündənin qıraqlarına dəyməməlidir) bükülür.
8.     Şəkərburalara naxış vurulub, listə yığılıb öncədən 180 dərəcəyədək qızdırılmış sobada 7-10 dəq. hazırlanır.

1 şərh

nilufer
şəkərburanın içliyi üçün qoz ləpəsi de olar.