Рейтинг
+26.38

Azərbaycan mətbəxi

23 üzv, 45 topik

Xəngəl

Soyuq qış günlərində Azərbaycan mətbəxində daha çox isti, xəmir xörəklərinə müraciət olunur. Bu xörəklərin içində Xəngəl ən məşhurudur. Xəngəlin bir neçə növü var: Yarpaq xəngəli — Quru yaxud Süzmə xəngəl kimi də tanınır, ət bulyonunda bişirilən Sulu xəngəl, içərisi qiymə ətlə doldurulan Ət xəngəli, şor pendirlə doldurulmuş Şor xəngəli, Şimal-qərb zonasının əsas yeməyi olan Qabaq (Balqabaq) xəngəli (o zonada xəngələ xingal deyirlər). Duzlu suda bişirilmiş bu xəngəllər süfrəyə zövqə görə əridilmiş yağ, ədviyyatlı sous, sarımsaqlı qatıq, sirkə-sarımsaq, acika, hətta nar şirəsi ilə birlikdə verilir. Bu dadlar isə öz növbəsində xəngəli daha tamlı, ləzzətli edir.
Davamı →

Şəkərbura

Şəkərbura sözü “Şəkər” və “bura” sözlərindən əmələ gəlib. Ümumiyyətlə isə şəkərbura firavanlıq rəmzidir. Qadınların maqqaş ilə şəkərburanın üzərinə vurduğu naxışlar sıx-sıx düzülmüş buğda sünbüllərini xatırladır. Şəkərbura — Azərbaycanda milli şirniyyat növü. Əsasən, Novruz bayramında hazırlanır.

İnqrediyentlər
  • Un — 500 q
  • Kərə yağı — 150 q
  • Maya — 20 q
  • Yumurta — 1 ədəd
  • Süd — 200 q
  • Duz

Davamı →

Milli mətbəximiz

Azərbaycan milli mətbəxi  dedikdə ilk öncə ağlımıza dünyanın qədim, zəngin və dadlı yeməkləri ilə bol olan bir mətbəx gəlir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Əlbətdəki bu mətbəxi dəqiq araşdırmaq elədə asan deyil. Azərbaycan milli mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Onları başqaları ilə qarışıq salmaq olmaz. Azərbaycan xörəkləri dadı və hazırlanması, həmçinin tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır. Hazırda Azərbaycan kulinariyasında xörəkləri hazırlanmasının qədim üsullarının spesifik xüsusiyyətləri saxlanılmaqla yanaşı, müasir kulinariyanın tələbləri geniş sürətdə nəzərə alınır. Milli xörəklərimizin əksəriyyəti mal, qoyun və quş ətindən hazırlanır. Döyülmüş ət ilə hazırlanan xörəklər daha çox yayılıb.
Ardı →

Nar qovurması

Ərzaqlar (4 pay üçün):
  • 1 kilo sümüklü və ya sümüksüz qoyun əti – orta tikələrə doğranmış
  • təxminən 6 x. q. yağ
  • 1 ədəd iri baş soğan – uzunlamasına yarı bölün sonra nazik-nazik doğrayın (aşın qarasında olduğu kimi)
  • 4 stəkan təmizlənmiş şabalıd
  • duz
  • istiot
  • bir çimdik zəfəran tozu
  • 2 x. qaşığı qaynar su
  • 2 stəkan turşməzə nar dənəsi (Gülöyşə narı yaxşı olardı). 

Hazırlanması:
Əti bir qazana qoyub, qazanı suyla doldurun. Əti qaynadın və içinin qırmızısı gedənədək suda bişirin. Bu müddət ərzində kəfini yığın. Ətin suyunu süzüb bir kanara qoyun. Əti ayrı qaba qoyun.
Davamı →

Soğan bozbaşı

Dünyanın zəngin və dadlı mətbəxlərindən biri olan Azərbaycan mətbəxinin qədim yeməklərindən hesab edilən “Soğan bozbaşı” zəngin tərkibi və fərqli ləzzəti ilə illərdir evlərimizin qış süfrələrini bəzəyir.

Bu xörəyin qış mövsümünə xas olan meyvə və tərəvəzlərlə hazırlanması bir çox xanımların tərkibi vitaminlərlə zəngin və bəzən də uşaqlar tərəfindən sevilməyən qida məhsullarını bişirmək üçün bir bəhanədir. İstəyə görə su və yaxud ət bulyonu ilə hazırlanan yemeyimiz üçün aşağıdakı məhsullar lazımdır.
Davamı →

Milli qayğanaq reseptləri

Milli qayğanaq növləri: nümrü, çalxama, şirin, ballı…
* Nümrü qayğanaqda – yumurtanı heç çalmaq da lazım deyil, elə tavanın kənarına vurub, qaynayan yağa salınır, cızhacız bişir. Gərək sarısını tam bişməyə qoymayasan ki, yaxşı həzm olsun.
* Çalxama – yumurtanın içinə bir az təzə süd əlavə edib çalxalayırsınız. Bir növ, omlet kimi.
* Ağsaq oxlax xörəyi – qaynar qayğanağın üzərinə sarımsaqlı camış qatığı töküb yeyirlər.
* Şirin qayğanaq – yumurtanın üzərinə şəkər səpirlər. Quba bölgəsində üzərinə bəkməz də əlavə edirlər. Onda qayğanaq qəhvəyi rəngdə olacaq.
Davamı →

Şalampur

Ərzaqlar:
  • Ət – 2 kq.
  • Soğan — 1 kq.
  • Yağ – 1,5 kq.
  • Kərəviz – 1 dəstə
  • Şirin bibər – 3 kq.
  • Acı bibər – 1 ədəd
  • Pomidor – 2 kq.
  • Alça turşusu – 1 kq.
  • Şabalıd — 2 kq.
  • Duz, istiot.

Hazırlanması:
Ətin üstünə üzərinə çıxanadək su tökülür. Qaynadılır, kəfi yığılır. İçərisinə soyulmuş soğan və duz əlavə olunur. Ət yumşalandan sonra suyu süzülür. Qazanda yağ dağ edilir, üzərinə bir lay ət düzülür.
Davamı →

Şeşrəngi

Ərzaqlar:
  • Qoyun və ya dana əti – 2 kq.
  • Soğan – 1 kq.
  • Kişmiş – 1 kq.
  • Zoğal axtası (quru zoğal) – 250 qr.
  • Şirin alça turşu – 100 qr.
  • Ərik qurusu – 200 qr.
  • Xurma – 250 qr.
  • Şəkər tozu – 100 qr.
  • Alma qaxı (qurusu) – 100 qr.
  • Kərə yağı – 350 qr.
  • Yumurta — 6 ədəd.

Hazırlanması:
Laçında böyük mərasimlərin arzulanan yeməyi ŞEŞRƏNGİ həm aş qarası kimi, həm də ayrıca xörək kimi verilir. Reseptdə qeyd olunan kişmiş, zoğal, alça, ərik, alma qaxı təmiz yuyulur, elə nəm halda üzərinə şəkər tozu əlavə edilib bir kənara qoyulur.
Davamı →

Abqora şərbəti

Abqora şərbəti qədimdə həm toy süfrələrində, həm də bir çox ailələrdə hər gün masada olan spirtsiz içki növü idi.

Bildiyiniz kimi, Abqora – turş və kal üzüm dənələrindən sıxılmış şirədir. Ondan yeməklərdə: balıq, ət, turşu qovurma, kabab, düşbərədə zövqə görə istifadə olunur.Abqora çox turş olduğundan əti, yağlı yeməkləri yedikdən sonra təzyiqin qalxmasına mane olur və həzmi tezləşdirir. Beləliklə, orta yaşlı insan üçün abqora əsl tapıntıdır. 

Ötən əsrdə statistik orta Azərbaycanlı və xüsusən Bakı ailəsində həmişə bir şüşədə, ağzı bağlanmış abqora mütləq olurdu. İndi isə təəssüf ki, bu unikal vasitə süfrələmizdən, mətbəximizdən itir. Amma biz bu yaxında tədbirlərin birində, milli restoranımızın təqdimatında süfrədə Abqora şərbəti gördük.

Sərin, turşməzə, ətirli Abqora şərbəti dolma, plov, kabab, qutab kimi ağır kalorili yeməklərin yanında əla vəhdət yaradırdı. Yaz və yay aylarında siz də bu faydalı içkini hazırlayıb, soyuducuda saxlaya və süfrənizə verə bilərsiz.
Davamı →