Рейтинг
+26.38

Azərbaycan mətbəxi

23 üzv, 45 topik

Milli mətbəximiz

Azərbaycan milli mətbəxi  dedikdə ilk öncə ağlımıza dünyanın qədim, zəngin və dadlı yeməkləri ilə bol olan bir mətbəx gəlir. Azərbaycan mətbəxində 2000-ə yaxın xörək məlumdur. Əlbətdəki bu mətbəxi dəqiq araşdırmaq elədə asan deyil. Azərbaycan milli mətbəxi təkcə xörəklər, onların hazırlanma texnologiyasının üsulları deyil, həm də maddi mədəniyyətin əsas hissələrindən biridir. Azərbaycan milli mətbəxinin tarixi də elə xalqın tarixi qədər qədimdir. Azərbaycan kulinariyası öz tarixi kökləri və özünəməxsusluğu ilə o birilərindən xeyli fərqlənir. Azərbaycan xörəkləri yüksək dad-tam keyfiyyətləri ilə dünyada məşhurdur. Onları başqaları ilə qarışıq salmaq olmaz. Azərbaycan xörəkləri dadı və hazırlanması, həmçinin tünd ədviyyə və tamlı əlavələr qatılmasına görə daha çox Şərq mətbəxinə yaxındır. Hazırda Azərbaycan kulinariyasında xörəkləri hazırlanmasının qədim üsullarının spesifik xüsusiyyətləri saxlanılmaqla yanaşı, müasir kulinariyanın tələbləri geniş sürətdə nəzərə alınır. Milli xörəklərimizin əksəriyyəti mal, qoyun və quş ətindən hazırlanır. Döyülmüş ət ilə hazırlanan xörəklər daha çox yayılıb.
Ardı →

Düşbərə və Xaş

Düşnərə — (500 gr ət qiyməsi (mal əti ilə qoyun ətin qarışması daha ləzətlidir), 200 gr çəkilmiş soğan, Duz, istiot, 500 gr un, 1 yumurta, 1 stəkan su, 1 dəstə keşniş, 1 orta pomidor). Əti soğanla yaxşı qarışdırırlar, duz və istiot əlavə edilir, sonra xırda kəsilmiş goyərti və qarışdırılır. Bərk olmayan xəmir yoğrulur, elastik, amma ələ yapıshmayan.Mən Azərbaycan şorbalarındn birinin reseptiylə bölüşəcəyəm. Bu şorba əsasən Bakı zonasında geniş yayılmışdır. Ümumiyyətlə, azərbaycan mətbəxinin xəmir xörəkləri əsasən Bakı və onun kəndlərində geniş hazırlanır. Bugünkü şorba Düşbərə adlanır.
Ardı →

Piti, Sulu xingal və Şorba

Piti — (Qoyun əti (sümüklü və yağlı) bir porsiya üçün 1 parça, kartof 1 böyük 1 porsiya üçün, noxud, 1 baş soğan, tomat pastası, alça, sarıkök, duz, istiot ). Bu milli Azərbaycan şorbasıdır. Adətən onun xüsusi gil qablarda və xüsusi sobalarda bişirirlər. Əksəriyyətin belə sobalarda və küpədə bişirmək imkanı olmadığından, idni biz pitini adi qazanda, qaz və ya elektrik plitəsində bişiririk. Şəkidə olarkən mənə əsl pitini dadmaq nəsib oldu.
Ardı →

Küftə-bozbaş və Təbriz küftəsi

Küftə-bozbaş - (500 gr çəkilmiş ət, 250 gr baş soğan, 30  gr düyü, 4 kartof, Turşu (min 4 dənə), Biraz tomat pastası, Yarim dənə təzə pomidor, Noxud, Sarıkök).
Küftə-bozbaş Azərbaycan şorbalarından biridir. Gecədən isladılmlış noxudu yarıbişmiş haladək bişirin. Qiyməni, xırdalanmış soğanı, düyünü (duz və istiot yaddan çıxmasın) yaxşı-yaxşı qarışdırın. Kartofu soyun. Pomidorun qabığını soyun və xırdalayın. Turşunu yuyun.Qazana 1 litr su töküb plitənin üstünə qoyun.
Ardı →

Dovğa və Xəmraşı

Sizlərə Azərbaycan mətbəxinin ən dadlı yeməklərindan olan Dovğa və Xəmraşı barədə, və onların necə hazırlanması qaydalarından danışacayıq. Ümüd edirik ki, yeməklərinizi hazırlamaqda sizə köməyi olacaq.
Dovğa-(1 litr qatıq, 1 litr su (0.5 litr toyuq bulyonu+0,5 litr su daha ləzzətli olur), 100 gr çiy düyü, 1 yumurta, Təzə göyərti (100 qram) — keşniş, şuyud, kəvər, təzə (yaşıl) sarımsaq, Bir ovuc noxud).
Ardı →