Рейтинг
+50.84

Azərbaycan tarixi

56 üzv, 173 topik

XX əsrin əvvəllərində Azərbaycanda ictimai-siyasi vəziyyət

XIX əsrin sonu — XX əsrin əvvəli dünya tarixində dərin dəyişikliklər dövrüdür. Sosial-iqtisadi həyatdakı dəyişikliklər, sənaye çevrilişinin başa çatması və dünya iqtisadiyyatının inkişafında sənaye mərhələsinə keçid buıjuaziya cəmiyyətinin formalaşması, siyasi partiyaların yaranması, proletariatın fəhlələrin adından çıxış edən ictimai qüvvə və qruplar tərəfındən siyasi partiya təşkilatların yaranması — bu dövrün başlıca xüsusiyyətlərini təşkil edir.
XX əsrin ilk illəri Rusiya tarixində xüsusi yer tutur. İslahatla bağlı inkişafın yaratdığı bütün ziddiyyətlər (siyasi, sosial, iqtisadi) ən yüksək səviyyəyə çatdı. 1900-1903-cü illər böhranı Rusiya iqtisadiyyatının dünya kapitalist təsərrüfatı ilə qırılmaz əlaqələrinin mövcudluğunu göstərdi.


Ardı →

Ağqoyunlu dövləti

Ağqoyunlular — 1284-1291-ci illər arasında, Xorasandan Anadoluya köçmüş oğuz türklərinin tayfa birliyi olub, Azərbaycan, Bayburt, Harput, Diyarbəkir, Bitlis bölgələrində məskunlaşmışlar. Səlcuqlar dövlətinin zəifləmıəsi, Anadoluda Elxanlilər sülaləsinin hökmranlığının sona çatması və bəyliklərin formalaşması dövründə Ağqoyunlu dövləti qurulmuşdur.
Ağqoyunlu dövlətinin yaranması
XIV əsrin sonunda Oğuz türkləri Ağqoyunlu tayfa ittifaqının başçısı Bayandur tayfasından Pəhləvan bəy idi(1370-1388). Qara Yuluq Osman Bəy isə (1394-1435) mərkəzi Diyarbəkr olan Ağqoyunlu bəyliyinin əsasını qoymuşdur və adına pul kəsdirmişdir. Ondan sonra bəyliyə onun övladları Cahangir Mirzə və 1453-cü ildə Həsən bəy (Uzun Həsən) Bayandur başçılıq etmişdir.
1467-ci ildə Muş döyüşündə Qaraqoyunlular*ın məğlub edilməsi ilə Bağdada qədər olan geniş ərazi Ağqoyunluların əlinə keçir. 1468-ci ildə Uzun Həsən Ağqoyunlu dövlətinin əsasını qoyur.
Davamı →

Qaraqoyunlu dövləti

Qaraqoyunlu dövləti — Şirvan istisna olmaqla bütün Azərbaycan, indiki Ermənistan ərazisi, Gürcüstanın bir hissəsi, Qərbi İran və İraqı əhatə edən dövlət. Qaraqoyunlular Oğuz türk-əsilli tayfa ittifaqıdır. Bayraqlarında təsvir olunan qoyunun rənginə görə Qaraqoyunlu (1410-1468) adlanırdı.


Qaraqoyunlu dövlətinin yaranması


24 may 1388 — Qara Məhəmmədin başçılıq etdiyi Qaraqoyunlu tayfasının qoşunları Teymurun müttəfiqi olan Cəlairi əmirlərinin müqavimətini qıraraq Təbrizə daxil olublar. Bu, Qaraqoyunlu qüvvələrinin Teymurun hökmranlığına qarşı ilk uğurlu döyüşü idi. 1408-ci ildə Teymurilər Azərbaycandan qovuldu, 1410-cu ildə isə Qaraqoyunlu dövlətinin yarandığı elan edildi.


Ardı →

Əhalinin tərkibində sosial dəyişikliklər

XIX yüzilliyn II yarısında Şimali Azərbaycanın ictimai-iqtisadi həyatında baş verən dəyişikliklər burada burjua cəmiyyəti təbəqələrinin formalaşmasına zəmin yaradırdı.
Şimali Azərbaycanı imperiyanın mərkəzi rayonlarının sənayesi üçün satış bazarı və xammal mənbəyi kimi qiymətləndirən çarizmin müstəmləkə siyasət ilə, ilkin kapital yığımı mənbələrinin məhdudluğuna, XIX əsrin II yarısında Azərbaycan kəndində feodal qalıqlarının qalmasına baxmayaraq, diyarda burjuaziyanın təşəkkülü prosesi gedirdi. Özlərinin bütün məhdudluğuna baxmayaraq, XIX yüzilliyin 70ci illərində keçirilmş burjua islahatları bu prosesə müsbət təsir göstərirdi.


Ardı →

Bakının dünya neft sənayesinin mərkəzi kimi təşəkkül tapması (XIX əsrin son rübü)

Qədim dövrlərdən bəri neft Azərbaycanın təbii sərvətləri arasında birinci yeri tutmuşdur. Hələ X əsrin axırlarında Bakı Yaxın Şərqin, demək olar ki, hər yerində tanınırdı — buradan Şərq ölkələrinə neft göndərilirdi. O dövrlərdə neftdən yaşayış yerlərini işıqlandırmaq, müalicə məqsədləri üçün, yanacaq kimi, həmçininn hərbi əməliyyatlarda güclü silah kimi istifadə olunurdu. Yalnız XIX əsrin son rübündən etibarən neft öz simasını dəyişməyə, daha çox sənaye əhəmiyyəti kəsb etməyə başladı, daş kömür tədricən sıxışdırılaraq dünya iqtisadiyyatında əsas energetika yanacağına çevrildi.


Ardı →

Kəndli islahatının hazırlanması və keçirilməsi

Rusiyada kəndli islahatının keçirilməsindən xeyli keçməsinə baxmayaraq çarizm Cənubi Qafqazda islahat keçirməyə tələsmirdi. Yerli feodallarla sıx ittifaqa girmiş çar hökuməti onları özündən narazı salmaq istəmirdi. Lakin Rusiyada kapitalizmin sürətli inkişafı ucqarlarda ciddi dəyişikliklərin edilməsini tələb edirdi.
Əvvəlcədən onu da qeyd edək ki, Azərbaycanda kəndli islahatını keçirmək tələbini irəli sürən ictimai təbəqələr zəif idi. İslahat ərəfəsində Rusiyadan fərqli olaraq biz Azərbaycanda elə bir ciddi kəndli üsyanı və ya narazılıqların şahidi olmuruq. Halbuki, kəndli islahatı ərəfəsində — 1859-1861-ci illərdə, Rusiyanı başdan-başa kəndli hərəkatı bürümuşdu və Rusiyada ilk inqilabi şərait yaranmışdı.


Ardı →

Azərbaycan dövlətləri

Ən qədim Azərbaycan tarixi


  • Aratta
    Aratta — Azərbaycan ərazisində (Güney Azərbaycanda) e.ə. III minilliyin I yarısında meydana gəlmiş ilk dövlət qurumu. Arratanın ərazisi Urmiya gölünün cənub və cənub-şərq ərazilərini əhatə edirdi. Diyala çayının yuxarı axarı və müasir Zəncan-Qəzvin ərazisi Arattanın aşağı sərhəddini təşkil edirdi. Aratta dövləti İkiçayarası (Mesopotamiya) şəhər dövlətləri ilə iqtisadi, siyasi və mədəni əlaqələrə girmişdi.
  • Lulubi
    Lulubi — Azərbaycan ərazisində mövcud olmuş tarixi dövlət. E.ə. III minilliyin ikinci yarısında İkiçayarası şəhər dövlətləri süquta uğradı. İkiçayarası Akkad dövlətinin hakimiyyəti (e.ə.XXIV-XXII əsrlər) altında birləşdi. Azərbaycan ərazisində isə artıq Aratta dövləti süquta uğramışdı.

Davamı →

XIX əsrin 50-60-cı illərində Şimali Azərbaycanda iqtisadi irəliləyiş

XIX əsrin 50-60-cı illəri Şimali Azərbaycanda iqtisadi irəliləyiş, kapitalist münasibətlərinin təşəkkülü, fabrik və zavod tipli müəssisələrin meydana gəlməsi dövrüdür. 50-60-cı illərdə Azərbaycanda buxar qurğusu və muzdlu əməyin tətbiqinə əsaslanan iri fabrik istehsalı meydana çıxır. Bu dövrdə ölkəmizdə kapitalistcəsinə inkişaf edən əsas sənaye sahələri neft emalı, mis istehsalı, ipəksarıma sənaye sahələri olmuşdur. Azərbaycan iqtisadiyyatının aparıcı sahəsi əlbəttə kənd təsərrüfatı idi. Lakin kənd təsərrüfatında kapitalist münasibətləri sənayeyə nisbətən gec inkişaf edirdi.


Ardı →

1847-ci il Kəndli Əsasnamələri

Xanlıqlar dövründə (XVIII əsrin ortaları — 1828-ci illər) Azərbaycanda bəylər ilə asılı kəndlilər arasında qarşılıqlı münasibətlər bütün ölkə miqyasında qanunla rəsmiləşdirilməmiş və nizamlanmamışdı. İşğaldan sonra bu problem dərhal həll olunmadı, çünki Rusiya Azərbaycan ali təbəqəsinin — xan, sultan, məlik, bəy və ağalarının torpaq üzərində mülkiyyət hüququnu uzun müddət tanımadı, hətta 10 aprel 1840-cı il inzibati-məhkəmə islahatından sonra hökumət 1841-ci il 23 may tarixli fərmanı ilə ağalardan malik olduqları kəndləri geri almışdı. Belə bir fərman Kaspi vilayətinin tiyuldar bəylərinə də verilmişdi.


Ardı →

1840-cı il inzibati-məhkəmə islahatı

Rusiyanın Azərbaycan torpaqlarının işğalı prosesində həyata keçirdiyi siyasi xəttinin əsas cəhəti xanlıqların ləğvi ilə bərabər xanlıq üsul-idarəsinin aradan götürülməsi idi. Xanlıq idarəçiliyi kommendant idarə sistemi ilə əvəz edilmiş, xanlıqların yerində yeni inzibati bölgü — əyalətlər yaranmışdı. Ləğv edilən hər bir xanlıq əvəzinə yalnız bir əyalət yaradılırdı. Azərbaycan ərazisində yaradılan əyalətlərin idarəsi üçün əyalət rəisi vəzifəsi təsis edilmişdi. Bir qayda olaraq bu vəzifə əyalətdəki rus qarnizonunun komandiri — komendanta həvalə edilirdi. Komentdant yalnız xristian məzhəbindən olan mayor, podpolkovnik və ya polkovnik rütbəli zabitlərdən təyin edilirdi. Belə inzibati idarə sistemi komendant idarə sistemi adlanırdı. Rus rəsmi sənədlərində bu inzibati sistem «hərbi-xalq rejimi» adlansa da, bu əslində hərbi işğal rejimi idi.


Ardı →