Рейтинг
+50.84

Azərbaycan tarixi

56 üzv, 173 topik

Rusiya işğalının başlanması. General Sisianov

Çarlıq Rusiyası boyunduruğunun Transqafqaz xalqları üzərinə yüklənməsındə general-leytenant Pavel Dmitriyeviç Sisianov (1754-1806) böyük yer tutur. Onun soyağacı əski gürcü əsilzadə ailəsi ilə bağlıdır: babası knyaz Paata Çiçişvili hələ 1725-ci ildə Kartli çarı VI Vaxtanq ilə Rusiyaya köçmüşdü. Sonuncunun nəvəsi olan Pavel Sisianov 1787-91-ci illər Rusiya-Türkiyə savaşında ordu xidmətində yüksəlmiş, 1794-cü il Polşa üsyanının amansızcasına yatırılmasında seçildiyi üçün imperatriçadan Georgi ordeni, Minsk quberniyasında 1500 təhkimli kəndli ilə böyük bir mülk almışdı. «Qızılayaq yaranalın» (V.Zubovun) yürüşündə iştirak etmlş, 1796-1797-ci illərdə Bakı qalasının komendantı olmuşdur.


Ardı →

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması

1918-ci il mayın 26-da Cənubi Qafqaz Seyminin sonuncu iclası keçirildi. İclasda çıxış edən Sereteli Gürcüstanın federasiyadan çıxdığını bəyan etdi və Seym özünün buraxılması haqqında qərar qəbul etdi.
Mayın 26-da Gürcü milli şurası tərəfındən Gürcüstanın müstəqilliyi elan edildi və Ramişvili başda olmaqla hökumət kabinəsi yaradıldı. Yeni hökumətin ilk xarici siyasi addımı mayın 28-də Almaniya ilə saziş bağlamaq oldu.
Seymin Azərbaycan nümayəndəliyi mayın 27-də fövqəladə iclas keçirdi. Yaranmış vəziyyətin çətinliyini nəzərə alaraq yekdilliklə Azərbaycanın idarə olunmasını öz öhdəsinə götürməyi qərara aldı və özünü müvəqqəti Milli Şura elan etdi. M.Ə. Rəsulzadə qiyabi olaraq Milli Şuranın sədri təyin olundu. H.Ağayev, M. Seyidov onun müavinləri seçildilər. Sonra Milli Şuranın 9 nəfərdən ibarət İcraiyyə orqanı yaradıldı ki, onun da sədrliyinə F.X.Xoyski seçildi.
Davamı →

Azərbaycan Xalq Cümhuriyyətinin yaranması ərəfəsində

Ölkəmizdə bütün siyasi proseslərin gedişini müəyyənləşdirmiş Petroqraddakı 1917-ci il oktyabr çevrilişi nəticəsində bolşeviklərin hakimiyyətə gəlməsi Bakıda da içtimai-siyasi qüvvələr arasında gedən mübarizəni daha da kəsginləşdirdi.
Bakıda hakimiyyət məsələsi müxtəlif ictimai-siyasi qüvvələri çox kəskin şəkildə qarşı-qarşıya qoymuşdu. Əgər eser, menşevik və daşnaklar koalision demokratik bir hökumət, yəni Zaqafqaziyanın müxtəlif şəhərlərində olduğu kimi İctimai Təhlükəsizlik Komitəsi yaratmaq istəyirdilərsə, bolşeviklər hakimiyyətin Bakı Sovetinə verilməsi tələbi ilə çıxış edirdilər. Bu məsələ oktyabr ayında keçirilən Bakı Sovetinin iclaslarında gərgin mübahisə və diskussiyalara səbəb oldu. Eser, menşevik və daşnaklar nə qədər çalışdılarsa, öz istədiklərinə nail ola bilmədilər.


Ardı →

Azərbaycan Demokratik Respublikası

Azərbaycan Demokratik Respublikası (Azərbaycan Xalq Cümhuriyyəti) — Yaxın Şərqdə ilk demokratik dövlət. ADR 27 may 1918-ci ildə Tiflis şəhərində Azərbaycan Milli Şurası tərəfindən bəyan edilmişdir. İrəvan şəhəri və quberniya əraziləri güzəştə gedildikdən sonra 1918-ci il mayın 28-də özünün müstəqilliyini elan edən Azərbaycan Xalq Cümhuriyyətinin ərazisi 99908,86 km² təşkil edirdi. 13983,1 km² ərazi isə mübahisəli ərazi kimi qəbul olunaraq gələcək danışıqlar prosesində həll olunması nəzərdə tutulmuşdu.
Davamı →

Xanlıq dövrünün sonuna doğru

Yeni savaş qarşısında. Gülüstan müqaviləsindən sonra beynəlxalq durum Qərbi Avropada baş verən dəyişikliklə bağlı idi. Napoleonla savaşı qazanan Rusiya onun ordusunu təqib edərək Avropa yürüşünə başladı. 1813-cü il oktyabrın 4-7 (1619)-da Leypsiq altında «Xalqlar döyüşü» oldu. Müttəfıqlər bu döyüşdə qalib gəldilər. Paris üzərinə yol açıldı. 1814-cü il martın 31-də müttəfıq ordular Fransanın paytaxtına girdi. Napoleon hakimiyyətdən devrilib sürgün edildi. Oktyabrın 1-də Vyana konqresi açıldı. 1815-ci il iyunun 8-də «yekun aktı» imzalandı.


Ardı →

Azərbaycan XIX əsrin əvvəllərində

Beynəlxalq münasibətlərin durumu. XVIII yüzilin sonu — XIX yüzilin başlangıcında beynəlxalq münasibətlərə Fransa inqilabı (1789-1794) həlledici təsir göstərdi. Bu inqi- labın məramı ilə bağlı Avropada fransızlara qarşı birlik meydana gəldi. 1794-cü il 9 termidor çevrilişindən sonra Fransa burjuaziyasının Avropada və Aralıq dənizi hövzəsində geniş işğalçılıq xəttinə keçməsi Mərkəzi və Şərqi Avropa dövlətlərinin Fransaya qarşı yönələn siyasətini gücləndirdi.


Ardı →

Azərbaycan XVIII əsrin sonu - XIX əsrin başlanğıcında

Qacarın öldürülməsindən sonra olanlar.
Məhəmməd şah Qacarın qətlindən sonra sıyası durum dəyışdı. Qnun ilk nəticələri özünu Qarabağın mərkəzi Şuşada göstərdi. Bakı və Gəncə xanları həbsxanadan çıxaraq öz xanlıqlarına qayıtdılar. Qarabağda isə İbrahim xanın qardaşı oğlu «batmanqılınc» Məhəmməd bəy hakimiyyəti ələ keçirdi. Mirzə Camal yazır: "(Xan) bir para maneələrə görə Qarabağa gedə bilməyib, üç ay Balakəndə qaldı, hamı, xüsusilə Gürcüstan valisi, Gəncə hakimi Cavad xan və Şirvanlı Mustafa xan töhfələr, hədiyyələr göndərib, onunla müttəfıqlik arzusunda olduqlarını bildirdilər… Məhəmməd bəy isə mərhum İbrahim xan gələnə qədər Qarabağ vilayətində hökumət işlərilə məşğul idi.


Ardı →

Azərbaycan neftinin tarixi

Azərbaycanda Sovet hakimiyyəti qurulduqdan sonra respublikanın iqtisadi siyasəti də yeni rejimin qanunlarına uyğun aparılmağa başladı. Azərbaycanın zəngin neft yataqları milliləşdirildi. Neft və qaz emalı sənayemizin ikinci mərhələsi hesab edilən 1922-1946-cı illərdə bu sahədə bir sıra həlli vacib məsələlər var idi. Yeni sahələr yaranır, texnika inkişaf edir, çeşidli neft məhsullarına tələbat artırdı. Avtomobil nəqliyyatının, aviasiyanın inkişafı emalda benzin istehsalını və keyfiyyətini yüksəltməyi tələb edirdi. Bunun üçün 1924-26-cı illərdə Bakıda S.Kvitkonun sistemi üzrə ilk sınaq qurğusu tikilib istifadəyə verildi. 
Davamı →

Şah İsmayıl Xətai

Azərbaycanlıların tarixi yaddaşında ən görkəmli və parlaq şəxsiyyət kimi Şah İsmayıl qalıb desək, yanılmarıq. Lakin, bu böyük sərkərdə və hökmdarın şəxsiyyəti barədə söylənilən ziddiyətli fikirlər bəzən onun Vətənimiz qarşısında etdiyi xidmətlərə kölgə salır. Bu dahi sərkərdəyə qarşı sürülən ittihamlar arasında məzhəb təəssübkeşliyi xüsusi olaraq vurğulanır. Şah İsmayıl kimdir və onun tarixi xidmətləri nədən ibarət olub?


Ardı →

Azərbaycanda neft sənayesinin tarixi

Neftin distilləsi üçün qədim zamanlarda sadə üsullardan istifadə olunurdu.  I əsrdə romalı həkim Kassiy Feliks qara nefti qaynatmaqla ondan ağ neft alındığını qeyd edirdi. XIII əsrdə Abşeronda olan ərəb tarixçisi Məhəmməd ibn Nəcib Bekran əl-Həmdani yazırdı ki, burada neft emalı XII əsrin əvvəllərindən mövcuddur. Digər ərəb və fars mənbələrində, eləcə də Həmdulla M.Qəzvininin «Nüzhət əl-qulub» əsərində XIII əsrdə Abşeronda neftin distilləsi üzrə təcrübələr aparıldığı bildirilib.
1733-cü ildə Bakı neft rayonunda olan rus səfirliyinin İrandakı nümayəndəsi doktor İ.Lerxe yazırdı:«Neft tez yanmır, o, tünd-boz rəngdədir, distillə edəndə açıq sarı rəngə çalır. Ağ neft bir az tutqundur, amma tətbiqdən sonra spirt kimi şəffaf olur və tez yanır».
1771-ci ildə Bakıda olan akademik Samuil Qmelin Suraxanıda ağ nefti (kerosini) əldə etmək məqsədilə neftin distilləsi (emalı) faktını təsdiqləyir.
1823-cü ildə Mozdokda Vasili, Gerasim və Makar Dubinin qardaşları ağır Voznesenski neftini emal etmək üçün ilk sənaye kubunu (ənbiqəni) düzəldib istehsala buraxdıqdan sonra Azərbaycanda neft emalı sənayesi də inkişaf etməyə başladı. Neft emalı sənayemizin bu günə qədərki inkişaf yolları müxtəlif dövrlərdən keçdi. Onu mərhələlərə ayırarkən 1834-1922-ci illəri ilk mərhələ hesab edirlər.
Davamı →