Рейтинг
+50.84

Azərbaycan tarixi

56 üzv, 173 topik

31 mart - Azərbaycanlıların Soyqırımı günü

1918-ci il martın 30-u gecə saatlarında Bakıda başlanan kütləvi qırğınlar 20 minə yaxın günahsız insanın, o cümlədən çoxlu sayda qoca, qadın və uşaqların öldürülməsi ilə nəticələnib.Martın 30-dan aprelin 2-dək davam edən kütləvi qırğınlarda Stepan Şaumyanın rəhbərlik etdiyi erməni bolşevik dəstələri Bakıda minlərlə insanı qətlə yetirib, müsəlman ziyarətgahlarını yandırıb, Bakı əhalisinin 400 milyon manatlıq əmlakını müsadirə ediblər. Kütləvi qırğınlar zamanı şəhərin ən möhtəşəm məscidi sayılan Təzəpir məscidi aramsız top atəşinə tutulub, ermənilər Bakının ən möhtəşəm memarlıq incilərindən olan “İsmailiyyə” binasını yandırıblar.


Ardı →

Ordu ADR dövründə

Azərbaycanın taleyi ordunun döyüş qabiliyyətinin yüksəldilməsindən əhəmiyyətli şəkildə asılı idi
Azərbaycan hərbi nazirliyi ordunun ehtiyaclarının ödənilməsi məqsədi ilə ən cüzi imkanlardan belə istifadə etməyə çalışırdı. 1919-cu il iyun ayının 4-də Nazirlər Şurasının sədrinə Mehmandarov hesabat təqdim etmişdi. Hesabatda deyilirdi: “Yaxın günlərdə ingilislər Zaqafqaziyanı tərk edəcəklər. Bunu nəzərə alaraq xahiş edirəm: Əgər imkan tapsanız ingilislərdən silah, hərbi texnika, hərbi sursat, atlar, katerlər, hərbi geyim və ümumiyyətlə, bizim ordumuzun ehtiyacı üçün lazım olan bütün əşyaların alınması məqsədilə onlarla danışıqlar aparacaq xüsusi nümayəndə təyin edəsiniz”.
Ardı →

Qədim Manna

E.ə. I minilliyin əvvəllərində Urmiya gölündən-cənub şərqdə hövzəsində mərkəzləşdirilmişmiş Manna dövləti yaranmişdı. Manna dağlıq ölkə idi.
Manna adına ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın mixi yazılı kitabəsində rast gəlinir. Mannada sənətkarlıq mühüm yer tutmuşdur. Mannanın ərazisində zəngin dəmir filizi, o cümlədən qiymətli daş yataqları var idi.
Mannada peşəkar sənətkarlar qızıl, gümüş, tunc və misdən bəzək şeyləri, qab-qacaq və s. hazırlayırdılar. İndiki Cənubi Azərbaycan ərazisində, qədim Həsənli məskənində qazıntılar zamanı müxtəlif daş qəliblər tapılmışdır. Əridilmiş metalı həmin qəliblərə tökərək oraq, toxa, balta, xəncər, ox ucları, dəbilqə, bəzək əşyaları və s. hazırlayırdılar.
Davamı →

Kür-Araz mədəniyyəti

Kür-Araz mədəniyyəti abidələrinin tədqiqi, onların bilavasitə, Azərbaycanın Eneolit mədəniyyəti ilə bağlı olduğunu göstərir. Bu bağlılıq hər şeydən əvvəl, yaşayış binalarının arxitekturasında özünü göstərir. Kür-Araz mədəniyyətinin erkən mərhələsində iki tip yaşayış evləri aşkar olunmuşdur. Birinci tipə dairəvi formalı binalar daxildir. Bu binalar tikinti texnikası və konstruksiyasına görə, Eneolit dövrünün eyni tipli evlərini xatırladır. Bu tip evlər Azərbaycanda I Kültəpə, Şomutəpə, Töyrətəpə, Qarğalartəpəsi və digər yaşayış yerlərindən aşkar edilmişdir.


Ardı →

Azıx mağarası haqqında

1960-cı ildən başlayaraq 1987-ci ilədək çoxtəbəqəli Azıx paleolit düşərgəsinin cənub giriş yolunda və birinci salonunda aparılan arxeoloji qazıntılar zamanı Azıx mağarasının çöküntülərində zəngin stratiqrafiyanın olması müəyyən edilmişdir. Azıx mağarası Qarabağın Quruçay dərəsində, çaydan 3 kmaralıda olub, Quruçayın müasir yatağından 200-250 myüksəklikdə yerləşir. Mağara Azıx və Salakətin kəndləri arasında olub, dəniz səviyyəsindən 950 myüksəklikdə yerləşir. Azıx mağarası özünün böyüklüyünə görə Qafqazda ən möhtəşəm karst mağarasıdır. Mağara 5 salondan ibarət olub, uzunluğu 230 m, kiçik çıxış yolları və karst quyusu ilə birlikdə uzunluğu 600 m-ə bərabərdir.
Davamı →

Xocali soyqırımı günü-26 fevral

1992-ci ili fevral ayının  26-da Azerbaycan vətəndaşları öz yeni tarixində ən faciəli, dəhşətli günlərinden birini — Xocalı faciəsini qeyd edirlər. 1992-ci il fevralın 25-den 26-na keçən gecə ermeni separatistləri rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştiraki ile Qarabağın Azerbaycanlılar yaşayan Xocalı yaşayış məntəqəsini zəbt etdiler. Xocalının zəbti misli görünməmiş qəddarlıqla müşayiət olundu.
Ardı →

Qarabağ müharibəsi

Artıq Qarabağ müharibəsindən 20 ildən artıq bir vaxt keçir və bu müddət kifayət qədər böyükdür ki, hadisələrə kənardan baxıb, səhvləri analiz edə bilək və bunların bir daha təkrarlanmaması üçün onlardan  nəticələr çıxaraq. Vaxtı ilə bu müharibənin birbaşa iştirakçısı olmuş, hazırda da hərbi psixologiya sahəsində ixtisaslaşmış bir şəxs kimi, elə bilirik ki, biz bu barədə, hansısa fərqli fikirlər söyləyə bilərik, və bu məqalədə də buna cəhd edirik.

Aşağıda biz bu müharibədə və ondan sonrakı mərhələdə Azərbaycan tərəfinin buraxdığı mümkün səhvləri ümumiləşdirməyə cəhd edirik və problemin həlli ilə əlaqədar mümkün olan yollar barədə öz mülahizələrimizi söyləyirik.

Ardı →

Müharibə

Müharibə həyatın zəruri hadisəsidir.

A. F. Hegel


Bəşəriyyət yaranandan ta bu günə kimi (alimlərin hesablamalarına görə) Yer üzünə 400 milyarda qədər insan gəlib-gedib. Acı da olsa deməliyik — bu bir faktdır ki, həyat insana verildiyi kimi yaşamaq istəmir. İnsan həyatdan çox şey umur, çox şeyə nail olmaq istəyir. Bu isə axırda gətirib savaşa — müharibələrə gətirib çıxarır. Müharibələr… müharibələr… İnsan qanından doymayan müharibələr…
Ardı →

Güney Azərbaycanda milli-azadlıq hərəkatı

Dünyada və Cənubi Qafqazda cərəyan edən proseslər yüz ildən artıq İran əsarətində olan Cənubi Azərbaycanda da öz əks-sədasını verdi. Rusiya İmperiyasının dağılması Cənub Azərbaycana da böyük ümidlər gətirdi. Burada da Şah irticasına və rus işğalına qarşı kütlələrin çıxışları başlandı. Bu çıxışlara hələ 1905 — 1911-ci illər demokratik və milli azadlıq hərəkatının fəal iştirakçılarından biri olan Şeyx Məhəmməd Xiyabani başçılıq edirdi.


Ardı →

Azərbaycan tarixi sənədlərdə - Kürəkçay Müqaviləsi

Son illərdə erməni millətçilərinin uydurma «Qarabağ ermənilərinin öz müqəddəratını təyin etməsi» problemini irəli sürmələri, onların öz dədə-baba yurdları — Qarabağda yaşayan dinc azərbaycanlı əhaliyə qarşı silahlı təcavüzə keçmələri ilə əlaqədar, erməni geosiyasətçilərinin və onların muzdlu vəkillərinin Qarabağın əzəli erməni torpaqları olması haqqında səhv fikri geniş yayılmışdır. Lakin təkzibolunmaz tarixi faktlar bunun tam əksini sübut edir.
Ardı →