Рейтинг
+50.84

Azərbaycan tarixi

56 üzv, 176 topik

Bakı fatehi

“Nuru Paşa həzrətləri şərəfinə böyük bir ziyafət”
(Böyük Üzeyir bəy Hacıbəylinin “Azərbaycan” qəzetində 12 noyabr 1918-ci ildə dərc edilmiş təəssüratı)
“10 təşrini-sani yekşənbə gününün axşamı Bakı şəhər əhalisi tərəfindən qəhrəman ordumuzun şanlı komandanı Nuru Paşa həzrətləri şərəfinə yay klubunun zalında böyük və mütəntən bir ziyafət verildi. Klubun içi və dəhlizləri gözəl və pürqiymət xalılar ilə döşənmiş, divarları dəxi ay-ulduzlu al bayraqlarla bəzənmiş idi. Yuxarıda böyük musiqi orkestri, aşağıda da həm Osmanlı və həm Azərbaycan türklərinə məxsus milli sazəndə və xanəndələr tərənnümsaz olmaqda idilər.

Davamı →

Xosrov Paşa bəy Sultanov

Azərbaycan Xalq Cümhuriyyətinin görkəmli dövlət və siyasi xadimi. Azərbaycan milli azadlıq hərəkatının fəal iştirakçısı.
Xosrov Paşa bəy Sultanov 1879-cu il, may ayının 10-da Zəngəzur mahalının Kürdhacı kəndində anadan olub. Gəncə gimnaziyasında oxumuş, Novorossiysk Universitetinin tibb fakültəsini bitirmişdir (1903). Zəngəzur və Qarabağda topladığı zəngin bitkilərdən hazırladığı dərmanlarla kəndlərə gedərək, xəstələri təmənnasız müalicə etmişdir. Vətən tarixini, ədəbiyyatını və mədəniyyətini sevən ziyalılardan olan Xosrov bəy Şuşadakı evlərindən birini Şərq kitabxanası adlandırmış, quberniya işçilərinə Şərq xalqlarının tarix və mədəniyyətindən mühazirələr oxumuşdur.

Davamı →

Ermənilərin Azərbaycana qarşı mədəni terroru

Ermənistan və dünya erməniliyi Azərbaycana qarşı bütün sahələrdə — o cümlədən, mədəniyyət sahəsində sərhədsiz müharibə aparır. Məqsədə çatmaq üçün bütün vasitələrdən istifadə edən ermənilər Qarabağın tarixi, maddi-mədəniyyət nümunələrini erməniləşdirir, regionun aborigen əhalisi olması barədə uydurmaya dünyanı inandırmaq üçün sübutlar axtarır.

Davamı →

İrəvan quberniyasında qırğınlar

Ermənilərin 1918-1920-ci illərdə azərbaycanlılara qarşı həyata keçirdikləri vəhşiliklər, azərbaycanlı yaşayış məntəqələrinin silah gücünə darmadağın edilməsi barədə o dövrün arxiv sənədlərində və dövri mətbuatında kifayət qədər materiallar öz əksini tapmışdır.
1917-ci ilin noyabrında Rusiyada dövlət çevrilişindən sonra Şərqi Anadoludan və Qafqaz cəbhəsindən geri çəkilən rus qoşunlarının silahlarını ələ keçirən ermənilər türklərə və azərbaycanlılara qarşı soyqırımlar həyata keçirdilər. İrəvan quberniyasında azərbaycanlılara qarşı erməni silahlı dəstələrinin törətdikləri kütləvi qırğınların ilk mərhələsi 1918-ci ilin əvvəlindən başlamışdır. 1918-ci ilin mart ayınadək erməni silahlı dəstələri İrəvan quberniyasının İrəvan qəzasında 32, Eçimədzin qəzasında 84, Novo-Bəyazid qəzasında 7 və Sürməli qəzasında 75 kəndi – üst-üstə 198 kəndi darmadağın etmiş, həmin qəzalarda təqribən 135 min nəfər soydaşımızı soyqırıma məruz qoymuşdu.

Davamı →

Cəbrayıl rayonu

Cəbrayıl rayonu Azərbaycan Respublikasının cənubunda Kiçik Qafqaz dağlarının qoynunda yerləşir. Cənub tərəfdən İran İslam Respublikası, cənub-qərbdən Zəngilan, qərbdən Qubadlı, şimaldan Xocavənd, şərqdən isə Füzuli rayonları ilə həmsərhəddir. Cəbrayıl rayonu ilə Bakı arasında olan məsafə 338 kilometrdir.
Cəbrayıl 08. 08. 1930-cu ildə inzibati rayon statusu almışdır. Ərazisi 1. 05 min km2, əhalisi 74,5 min (01. 04. 2013) nəfərdir.

Davamı →

Mühacirlər mart qırğını haqqında

Xalqımızın tarixində və taleyində misli görünməmiş Mart faciəsinin əsl mənzərəsi, mahiyyəti on illərlə gizlədilmiş, saxtalaşdırılmışdır.
Tarix elmləri doktoru Ataxan Paşayev bu barədə “Açılmamış səhifələrin izi ilə” kitabında haqlı olaraq yazır: “Bakıdakı qanlı Mart hadisələri sovet dövrü tarixçiləri tərəfindən tarixi faktların və sənədlərin əksinə olaraq, bu qırğını bir millətin başqa millətə qarşı ədavəti nəticəsində həyata keçirdiyi soyqırımı siyasəti deyil, ümumrusiya vətəndaş müharibəsinin tərkib hissəsi, sovet hakimiyyəti uğrunda bolşeviklərin mübarizəsi və onların əksinqilab üzərində böyük qələbəsi kimi təqdim edilmişdir”. Bununla belə, elavə etmək yerinə düşərdi ki, “sovet dövrü tarixçiləri” xorunda erməni ah-zarı, naləsi ilə pərdələnmiş özünəməxsus bir saxtakarlıq da diqqəti cəlb edir. Yalnız üzdəniraq “partiya və dövlət xadimi, alim və pedaqoq, kommunist və vətəndaş” (Henri Azatyan) Con Kirakosyanm “Gənc türklər tarixin məhkəməsi qarşısında” (Yerevan, “Ayastan” nəşriyyatı, 1986-cı il) kitabını  vərəqləmək kifayətdir ki, tarixin nə qədər təhrif edildiyinin, qərəzlə qələmə alındığının şahidi olasan.

Davamı →

Naxçıvanda törədilən qırğınlar

Rusiyada çarizmin devrilməsi ermənilərin Azərbaycanda həyata keçirdikləri türk-müsəlman soyqırımlarının yeni dalğasının başlanmasına təkan verdi.
1917-ci ilin əvvəllərindən 1918-ci ilin martınadək təkcə İrəvan quberniyasında 197 azərbaycanlı kəndi dağıdıldı və boşaldıldı. Onların da müəyyən hissəsi həmin quberniyaya daxil olan Naxçıvan qəzasına və digər qonşu qəzalara aid idi. Zaqafqaziya seyminin Azərbaycandan olan təmsilçiləri bütün bu vəhşilik və zorakılıq hərəkətlərinə ciddi etiraz etmişdilər .

Davamı →

Qədim soylu Mehmandarovlar

Nəslin ulu babası mehmandar Mirzə Əli bəy
Mehmandarov soyadının yaranması barədə müxtəlif fərziyyələr mövcuddur. Onlardan biri ondan ibarətdir ki, Qarabağ xanlığının idarəetmə aparatında olan bir çox hərbi və mülkü vəzifələrdən biri də mehmandar vəzifəsi idi. Onun vəzifəsi xanlığa gələn fəxri qonaqları qarşılayaraq yerinə gətirmək idi. Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1762-1806) ağalığı dövründə mehmandar vəzifəsini daşıyan Mirzə Əli bəyin törəmələri sonralar Mehmandarov soyadını qəbul etmişlər.

Davamı →

Bakının birinci xanı

O, tarixin keşməkeşli dövründə bir səltənət qurdu. I Mirzə Məhəmməd xanın banisi olduğu Bakı xanlığı ilə Bakıxanovların hakimiyyəti başladı.
I Mirzə Məhəmməd xandan öncəki Bakı
Abşeron yarımadasında yaranan Bakı xanlığının tarixi XVIII əsrin 40-cı illərindən başlayır. Həmin tarixdən öncə, Səfəvilərin hakimiyyətinin son dövrlərində Bakı və onun ətrafını sultan titullu hakimlər idarə edirdilər. Bu idarəçilik nəsildən-nəsilə ötürülürdü. XVIII əsrin 20-ci illərinin əvvəllərində həmin titulu Məhəmmədhüseyn bəy daşıyırdı.

Davamı →

Bitməyən bir sevda | Şuşa

Bu gün sənin günündür, Şuşa!.. Bədbəxt olan günündür!.. Amma ağlamayacağam səni… Qarabağ havalarını da dinləməyəcəyəm… «Xanın səsi də havalanıb» sənə "şikəstə" deməyəcək bu gün!.. Sənə həsr olunmuş bircə şeiri də xatırlamayacağam bu gün!.. «Qəlbimdə buza qoydum»… hər nəyin varsa!...
Bu gün özümlə savaşacağam… özümlə müharibə edəcəyəm… döyüşəcəyəm!.. Sənə qovuşmaq üçün aparılacaq savaş səngimişsə, uğrunda ölə biləcək insanların sırası seyrəlmişsə… və ya yoxsa əgər bunlar, mən də meydanda tək qalan döyüşçü kimi vurnuxacağam bu gün!...

Davamı →