Рейтинг
+50.84

Azərbaycan tarixi

55 üzv, 101 topik

Səfəvilər dövləti haqqında

Səfəvi adı Səfəvi dövlətinin hökmdarı Şah İsmayılın babası Şeyx Səfiəddindən gəlir. Əslində sünni məzhəbindən olan Səfiyəddin Elxanlılar dövründə təriqətin mərkəzi olan Ərdəbildə böyük nüfuz qazanmış və Elxanlı dövlətinin başçılarının diqqətini cəlb etmişdir. Bu təriqətin bünövrəsini qoyan Şeyx Səfiyəddin İshaqın babası Firuz Şah X əsrdə Anadoludan Ərdəbilə köçmüş türkmən ailəsinə mənsubdur. Səfiyəddin 1334-cü ildə rəhmətə getdikdə oğlu Sədrəddin, ondan sonra da Xacə Əli şeyx oldu. Onların şöhrəti nəinki Azərbaycanda, o cümlədən İraq, Suriya, Anadolu, İran, hətta Bəlx və Buxaraya kimi yayılmışdı. 
Səfəvilər dövründə hakim təbəqəni təşkil edən türk tayfaları bunalrdır: şamlı, ustaclu, türkman, rumlu, zülqədərli, əfşar, qacar, təkəli, xumuslu, talas və s. 

Ardı →

Dağ yəhudilərinin tarixi

Qədim zamanlardan Qafqaz dağlarında dağ yəhudiləri yaşayıblar. Onlar iudaizm dininə mənsub, fars dilinin ləhcələrindən birində danışan və hazırda yəhudi-tatlar adlanan tayfalar olublar. İndi alimlər yəhudilərin Qafqazda yaşayan əcdadlarının mənşəyini, onların bu ərazilərə nə vaxt və necə gəlib çıxmalarını, uzun illər hansı dəyişikliklərə məruz qaldıqlarını araşdırırlar. Təəssüf ki, bu suallara cavab verən yazılı mənbələr hələ ki, aşkarlanmayıb. Горские евреи БакуMüasir dövrdə yəhudilərin tarixi barədə müxtəlif fikirlər mövcuddur. Bir qisim alimlər Qafqaz dağlarında yaşamış dağ yəhudilərinin VI əsrdə Dağıstan və Şamaxıya qədər olan şimali Azərbaycan torpaqlarına nəzarət etmiş xəzərlərin əcdadları olduğunu deyirlər. Məlum olduğu kimi, xəzərlərin hakim dini iudaizm, Xəzər xaqanlığının paytaxtı isə iri ticarət mərkəzi Səməndər olub. Səməndər şəhəri Dağıstanın indiki Tark aulu yaxınlığında yerləşirdi. Əsrlər boyu şimali Azərbaycanda və Dağıstan ərazisində məskunlaşmış xəzərlərin adı tarixdə tez-tez ərəb işğalçıları ilə mübarizədə hallanır.
Müasir alimlərin böyük hissəsi indiki dağ yəhudilərinin əcdadlarının eramızdan əvvəl VII-VI əsrlərdə Assuriya və Babil işğalçıları tərəfindən əsir götürülmüş yəhudilər olduğunu iddia edirlər. «Şahlıqlar kitabı»nda göstərilir ki, Samirə şəhərinin Assuriya şahı Sarqon tərəfindən işğalından sonra yəhudi əhalisi əsir götürülərək Assuriyanın Kalaxa ərazisində, Haburə, Qozan çayı sahillərində və Midiya dağlarında, yəni hazırki Cənubi Azərbaycan ərazisində yerləşdirilir. Şərqi Qafqaz ərazisində ilk yəhudi sakinlərinin gəlmə tarixi barəsində hər zaman qızğın mübahisələr gedir. 
Əksər taixçilərin fikrinə görə, dağ yəhudilərinin əcdadları burada 15 əsr bundan əvvəl peyda olublar. V əsrin sonları VI əsrin əvvəllərində İranda məzdəkilər hərəkatının yatırılmasından sonra onlara dəstək verən İran yəhudiləri imperiyadan kənarlaşdırılaraq Şimali Azərbaycan və Cənubi Dağıstan ərazisində yerləşdirilir. Yəhudilərin həmin əcdadları fars dilinin cənub-qərbi ləhcəsində danışırdılar ki, bu da dağ yəhudilərinin dili ilə demək olar ki, eynidir. Bu fikir ibri dilinin araşdırıcısı Mixail Aqarunov tərəfindən də təsdiqlənib. Əvvəllər ibri və aramey dillərində danışan İudey sakinləri eramızdan əvvəl VI əsrin sonlarında öz torpaqlarından qovularaq «İkiçayarası»nda (Mesopotamiya) yaşamağa başlayıblar. Müasir İran və İraq ərazisində məskunlaşdıqları dövr ərzində onlar fars dilini mənimsəməklə yanaşı, öz tarixi dillərinin bəzi fonetik və leksik qanunlarını da qoruyub saxlayıblar. Bu da öz növbəsində dağ yəhudələrinin dilinin mənbəyinin ibri və ya aramey dili olduğunu sübuta yetirir. Maraqlıdır ki, dağ yəhudiləri başqaları başa düşməsin deyə, öz aralarında hərdən «zuhun imromi» adlanan sirrli dildən də istifadə edirlər ki, həmin dil daha çox arameyə bənzəyir. Bütün bunlardan belə nəticəyə gəlmək olar ki, dağ yəhudilərinin əcdadları eramızdan əvvəl VI əsrdə İudey ərazisində yaşamış, sonradan Mesopotomiya ərazisində yerləşdirilmiş insanlar olublar. Eramızın VI əsrinin əvvəllərində isə onlar şimali Azərbaycan və Dağıstan ərazilərinə köçürülüblər. Düzdür belə bir sual yaranır: necə ola bilər ki, 1100 il İran torpaqlarında yaşamış yəhudilər doğma ibri dilini unudub fars dilində danışmağa başladıqları halda, Azərbaycanda yaşadıqları 1500 il ərzində öz dillərini necə qoruyub saxlaya biliblər? Məsələ burasındadır ki, şimal-şərqi Qafqaz ərazisində təkcə yəhudilər deyil, məzdəkilər hərəkatını dəstəkləyən xeyli sakin fars dilinə yaxın dialektlərdə danışırdı. Bu amil onların fars dilini mənimsəmələrində böyük rol oynayıb. Həqiqətən də, Xəzərin qərb sahillərində – Dərbənddən İranın cənub sərhədlərinə qədər olan ərazidə məskunlaşan əhalinin hamısı demək olar ki, farsdillidir. Dağ yəhuduləri adının yaşı isə o qədər də çox deyil.

Tarixən onlar özlərini cuhur adlandırıblar. Y.Murzaxanov qeyd edir ki, dağ yəhudiləri sözü ilk dəfə XIX əsrin birinci yarısında, Qafqaz ərazisi Rusiya imperiyası tərəfindən işğal edildikdən sonra işlənməyə başlayıb. Ruslar bununla dağ yəhudilərinin Avropadakı aşkenaz yəhudilərindən xeyli fərqləndiyini göstərməyə çalışırdılar. Rəsmi məlumatlara görə, XIX əsrin sonlarında, daha dəqiq desək 1886-cı ildə Rusiya imperiyası ərazisində 34 yəhudi icması var idi ki, burada da 4090 evdə 21 100 adam yaşayırdı. Quba yəhudi məhəlləsində 6300 insan (822 ev) yaşayırdı. Deməli, dağ yəhudilərinin 30%-i rusların nəzarəti altında idi. Say çoxluğuna görə ikinci yerdə Dərbənd (213 ev, 1670 nəfər), daha sonra isə Qroznı (199 ev, 1594 nəfər) və Vartaşan (213 ev, 1396 nəfər) gəlirdi.
Müasir Azərbaycanın dağ yəhudilərinin tarixi Yakov Aqarunovun «Kiçik xalqın böyük tarixi» adlı kitabında ətraflı şərh olunur. Qeyri-rəsmi məlumatlara görə, dünyada dağ yəhudilərinin sayı 200 min nəfərdən artıq deyil. Hazırda onlar İsrail, ABŞ və Almaniyada immiqrant həyatı sürürlər.
Keçmiş Sovet ölkələri arasında yalnız Azərbaycanda yəhudi icması normal həyat tərzi sürür. Bu, Azərbaycanın tolerant ölkə olması və burada bütün xalqların nümayəndələrinə eyni şəraitin yaradılmasından irəli gəlir. Təsadüfi deyil ki, Qubada «Krasnaya Slobada» adlanan ərazi Avropada dağ yəhudilərinin kompakt şəkildə yaşadıqları yeganə məkandır. Dini icma rəhbərlərinin məlumatlarına görə, hazırda Azərbaycanda 20 mindən artıq yəhudi yaşayır. Onların 14 min nəfərə yaxını dağ yəhudiləridir. 
Ильхам Алиев во время открытия образовательного центра для еврейских детей «Хабад-Ор-Авнер» в октябре 2010 Фото с сайта http://ru.president.az
1919-cu ildə Bakının Sabunçu qəsəbəsində və Korqanov küçəsində Şirvan dağ yəhudilərinin sinaqoqları tikilir. Paytaxtın Torqovıy küçəsində sahibi Xaim-Mişi və Danil Yov Meir qardaşları olan mağazalar açılır. Həmin vaxt Bakıya gələn dağ yəhudiləri ilə buradakı aşkenazlar bir-birinə qaynayıb-qarışır və nəticədə onların intellektual inkişafı başlayır. Çar hökuməti devrildikdən sonra Bakıda Yəhudi Xalq Universiteti təşkil olunur. Burada təhsil alanlar arasında Bakının dağ yəhudiləri cəmiyyətinin 2 mindən artıq üzvü var idi. Dağ yəhudiləri barəsində məruzələri ilk ibri-rus lüğətinin müəllifi Feliks Şapiro oxuyurdu. Dağ yəhudilərinin əsas mədəniyyət ocağı isə İlyayev adına klub olur. Burada onların ana dilində müxtəlif mədəni tədbirlər təşkil olunurdu. 1920-ci il aprelin 28-də Sovet hökumətinin qurulmasından sonra bu cür tədbirlərin sayı çoxalır. Sonralar yəhudi dilində məktəb açılır, Bakının və Rusiyanın Moskva, Rostov şəhərlərinin ali təhsil ocaqlarında yəhudi gəncləri üçün müsabiqədənkənar yerlər ayrılır. Dağ yəhudilərinin ziyalı təbəqəsinin ilk nəsli formalaşır. Bu prosesdə SSSRİ-də yaşayan dağ yəhudilərinin 1927 və 1929-cu illərdə iki dəfə Ümumittifaq ölkələrində olmaları böyük rol oynayır. Mədəni islahatlar məqsədilə həyata keçirilən həmin səyahətlər zamanı asan bir əlifba qəbul olunur, az təminatlı ailələr üçün dərslik və qəzetlər ayrılır, gənclərə maddi yardım göstərilir. Bu tədbirlərin həyata keçirilməsində Yakov Aqarunov, Natan Solomonov, Rafail Aqarunov və başqaları yaxından iştirak edir.

Qısa müddət ərzində tamamilə savadsız bir xalq ölkənin qabaqcıl xalqları sırasına qoşulur. Öz yazılarını formalaşdıran dağ yəhudiləri doğma dillərində dərsliklər, bədii ədəbiyyat və dövrü nəşrlər çap etdirməyə başlayırlar. Onlar arasından savadlı həkimlər, yazıçılar, alim və iş adamları çıxır. Riva Xanukayeva, Sasun Qurşumov kimi həkimlər, İlxanon Şaulov, Leonid Lazarev kimi alimlər, Qilil Qurşumov, Muxoil Yakubov kimi maliyyəçilər, Zovolun Yakubov kimi hərbçiləri nümunə göstərmək olar. Bir sözlə, dağ yəhudiləri Azərbaycan elminə, mədəniyyət və incəsənətinə öz töhfələrini verirlər. Mədəniyyət işçisi Yakov Aqarunov, Simandu Aşirov, Boris Zarbailov, Yakov İlyaquyev, jurnalist, şair və yazıçılardan Raxamim Ruvinov, Lazar Lazarev, Avadya Avadyayev, İsxok Xanukov, elm xadimlərindən İlxanon Şaulov, Mardaxay Abramov, Şabatay Şabatayev, Şirin Ruvinovun adlarını çəkə bilərik. Həmin vaxtlar dağ yəhudiləri Bakının neft və qaz sənayesində də fəal iştirak etməyə başlamışdılar. Bu işdə başlıca rolu 1939-cu ildə neft mədənlərindən birinin rəhbəri Yakov Aqarunov oynayırdı. Bundan əvvəl Y.Aqarunov xalqının maarifləndirilməsi istiqamətində bir sıra işlər görmüşdü. O, dağ yəhudilərinin dilində çıxan Respublika «Kommunist» qəzetinin baş redaktoru, eyni zamanda Azərbaycan dövlət Nəşriyyatının dağ yəhudilərinin dilində çıxan ədəbi nəşrlərinin direktor müavini təyin edilmişdi. O, özünün «Balaca xalqın böyük tarixi» (1995-ci il) adlı kitabında dağ yəhudilərinin mədəni həyatında baş verən prosesləri ətraflı işıqlandırıb. Respublika rəhbərliyi bu şəxsin idarəçilik qabiliyyətini görüb onun neft sənayesi üzrə Bakı partiya təşkilatının katibi vəzifəsinə namizədliyini irəli sürür. Müharibə illərində neftlə bağlı gedən proseslər Yakov Aqarunovun «Neft və qələbə» (1992-ci il) kitabında işıqlandırılıb. Müharibədən sonrakı illərdə Bakıdakı dağ yəhudiləri cəmiyyətinin üzvlərinin sayı 20 mindən artıq idi. Onlar ölkənin siyasi, iqtisadi, mədəni həyatında yaxından iştirak edirdilər. Hazırda yəhudilərin kütləvi şəkildə öz vətənlərinə qayıtmaları ilə əlaqədar Bakıda 6 mindən artıq dağ yəhudisi qalıb. Onlar öz adət-ənənələrini, mədəni dəyərlərini qoruyub saxlamaqla yanaşı, Azərbaycanın həyatında fəal iştirak edirlər. 

Müəllif
Professor Mixail Aqarunov
Dağ yəhudiləri Ümumdünya Konqresi Prezidiumunun üzvü, «Azərbaycan-İsrail» Beynəlxalq Assosiasiya İdarəetməsinin üzvü
Mənbə Bona Mente jurnalındakı məqalədən ixtisarla
Davamı →

Su altında qalmış həyat

Qədim Bakının bir hissəsini Xəzər dənizi udub.Xəzər dənizi
1192-ci il Şamaxı zəlzələsindən sonra Şirvanşahlar Bakını yeni paytaxt seçir və 1420-ci ildən başlayaraq orada yeni iqamətgah — indiki Şirvanşahlar sarayını inşa edirlər. Bu zaman ortaya belə bir sual çıxır: bəs arada qalan 200 illik bir zamanda Şirvanşahların iqamətgahı hara olub? Sualın cavabı Bakı buxtasında Xəzər dənizinin suları altındadır.

Ümumiyətlə, Xəzərin sualtı abidələrinin öyrənilmə tarixi 1968-ci ilə aiddir. Bu abidələrin tədqiqat və öyrənilməsi işlərinə rəhbərlik edən Viktor Kvaçidze bir çox abidələri elmə daxil edib. Bakı buxtasında sualtı abidələr qrupuna aid olan Bayıl qəsrində aparılan tədqiqat qəsrin divarlarının, xüsusən cənub bürclərinin təbii təsirlərə baxmayaraq salamat olduğunu göstərdi. Hazırda cənub bürclər suyun səthindən 5-10 sm hündür olduğundan müşahidə edilir.


Ardı →

21 il ötdü

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bu faciə Dağlıq Qarabağ münaqişəsi zamanı baş vermiş ən dəhşətli hadisələrdən biridir.Bu soyqırım zamanı Azərbaycan xalqı yüzlərlə şəhid vermişdir.

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri SSRİ dövründən Xankəndi (Stepanakert) şəhərində yerləşən 366-cı motoatıcı alayın zirehli texnikası və hərbi heyətinin köməkliyi ilə Xocalı şəhərini işğal etdi. Hücumdan əvvəl, fevralın 25-i axşam şəhər toplardan və ağır artileriyadan şiddətli atəşə tutuldu. Nəticədə, fevralın 26-ı səhər saat 5 radələrində Xocalı tam alova büründü. Mühasirəyə alınan şəhərdə qalmış təqribən 2500 nəfər xocalılı Ağdam rayonunun mərkəzinə çatmaq ümidi ilə şəhəri tərk etdi. Amma bir günün içində yer üzündən silinən şəhəri tərk edən 2500 Xocalı sakinindən 613-ü düşmən gülləsinə tuş gəlib qətliamın qurbanı oldu. Bu soyqırım nəticəsində 63-ü uşaq, 106-ı qadın, 70-i qoca və qarı olmaqla – 613 nəfər Xocalı sakini qətlə yetirildi, 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirdi. Düşmən gülləsinə tuş gəlib yaralanan 487 nəfərdən 76-sı uşaq idi. 1275 xocalılı əsir, 150 xocalılı itkin düşdü. Dövlətin və əhalinin əmlakına 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə 5 mlrd. rubl dəyərində ziyan vurulmuşdur.

Xocalı strateji hədəf kimi

7000 əhalisi olan Xocalı, Xankəndindən 10 km cənub-şərqdə, Qarabağ dağının sisiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da Xocalının bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.

Xocalı əhalinin tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri – daş qutular, kurqanlar və nekropollar tapılmışdır. Həmçinin burada arxitektur abidələr – dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-788-ci illər) adı yazılmışdır.


Ardı →

Azərbaycanlıların etnik tarixi

Azərbaycan Respublikasının (Şimali Azərbaycan) və Cənubi Azərbaycanın (İran İslam Respublikasının şimal-qərb əyalətləri) əsas əhalisi, türk qrupunun oğuz qoluna mənsub olan xalq – özlərini azərbaycanlı adlandırırlar. Azərbaycan türkləri azəri türkləri kimi də tanınırlar və müxtəlif dövrlərdə türklər, qafqaz türkləri, tatarlar, Qafqaz tatarları, adlandırılmışdır. Onlar ağ (Avropa) İrqin  xəzər (kaspi) tipinə Aid edilirlər. Müsəlmandırlar. Bir həssəsi sünnü, qalaqları isə şiədirlər. Soyköklərində başlıca olaraq iskit (skit, skif) sak, hun, bulqar, xəzər, barsil, peçeneq, suvar habelə başqa türk etnosları iştirak etmiş və oğuz türkləri (qaraqoyunlular, ağqoyunlular, səlcuqlar və b.) həlledici rol oynamışlar. Sayları təqribən 50 milyondur. O cümlədən Azərbaycan respublikasında –9 milyondan yuxarıdır, Cənubi Azərbaycanda və digər bölgələrində təqribən 30 milyondur.


Ardı →

Azərbaycanın 2003-2008-cı illərdə

Azərbaycanın daxili sabitliyinə, yüksək iqtisadi, siyasi, elmi, mədəni inkişafına və düzgün xarici siyasət strategiyasına nail olan Heydər Əliyev kimi böyük tarixi şəxsiyyətdən sonra ölkəni idarə etmək asan məsələ deyildi. Bu missiyanı yalnız Azərbaycan reallıqlarını düzgün qiymətləndirə bilən və Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirməyə qadir olan şəxs yerinə yetirə bilərdi.
Belə bir vəziyyətdə 2003-cü il oktyabr ayının 15-də Azərbaycan Respublikasının Prezidenliyinə alternativ əsasda keçirilən seçkilərdə Yeni Azərbaycan Partiyası sədrinin birinici müavini İlham Əliyev böyük səs çoxluğu ilə qələbə qazandı.


Ardı →

Dünyanın tükənən ədaləti

Bütün ölkənin proletariatı birləşin! Rəsmi kommunist ehkamının bəyan etdiyi bu tezis sinfi mübarizədə yeganə vasitə kimi istifadə edilirdi. Təxminən 186 xalqı özündə birləşdirən keçmiş Sovet imperiyası bu halqanın dağılmaması üçün «bütün ölkənin proletariatını birləşdirmək» şüarından məharətlə istifadə edirdi. So­vet ha­ki­miy­yə­ti il­lə­rin­də SSRİ-də iki is­ti­qa­mət­də güc­lü iş apa­rı­lır­dı. İlk ba­xış­da bu is­ti­qa­mət­lər bir-bi­ri­nə əks möv­qe tə­si­ri ba­ğış­la­ma­sa da, əs­lin­də məz­mun eti­ba­ri­lə bir-bi­ri­nə da­ban-da­ba­na zidd mə­na kəsb edir­di. Bu siyasətin qarşısında tab gətirə biləcək liderlərimiz isə çox az idi.
Ardı →

Erməni fitvası

1942-ci ildekabrın 31-i idi. Hamı həmin gün 37 yaşı tamam olmuş gənc alim Yusif Məmmədəliyevi təbrik edirdi. Təkcə ad günü münasibətilə yox, həm də yeni kəşfinə görə. O, benzolu propilenlə alkilləşdirmək yolu ilə izopropilbenzolun sintezi üsulunu işləyib hazırlamış, aviasiyanın yüksək oktanlı yanacaqla təmin edilməsinə nail olmuşdu. Məhz bunun sayəsində 1943-cü ilin qışından müharibənin axırınadək İL-2 və La-5 sovet qırıcı təyyarələri havada hakimlik etməyə başladı. Bununla əlaqədar olaraq " Vişka " qəzeti yazırdı:
Ardı →

Midiya dövləti

Midiyanın adı ilk dəfə Assuriya hökmdarı III Salmanasarın kitabəsində çəkilir. Heredot “Tarix” əsərində Midiyada yaşayan altı tayfa haqqında geniş məlumat vermişdir. Midiya tayfaları e.ə. IX — e.ə. VIII əsrlərdə Assuriya dövlətinə tabe idilər.
E. ə. VIII əsrdə Deyok Midiya tayfalarını birləşdirərək vahid dövlət yaratdı. Dövlətin paytaxtı Ekbatan şəhəri idi.
Midiya hökmdarı Kaştariti (e.ə. 672-e.ə. 653) Assuriyanın tabeçiliyindən çıxmağa nail oldu. O, e.ə. 653-cü ildə Assuriyaya yürüş etsə də birləşmiş Assur-Skif ordusu tərəfindən məğlub edildi. Bu məğlubiyyətdən sonra Midiya skiflərin hakimiyyəti altına düşdü (e. ə. 653 — e. ə. 625-ci illərdə).
Davamı →

Manna dövləti

Manna dövləti e.ə. IX əsrdə Urmiya gölü ətrafında meydana gəlmişdir. Mannanın adı ilk dəfə e.ə. 843-cü ildə Assuriya hökmdarı III Salmanasarın kitabəsində çəkilir. Mannanın ən qüdrətli hökmdarı Iranzu olmuşdur. Iranzu:
  • Mərkəzləşmə siyasəti aparırdı;
  • Urartunun işğal etdiyi Manna torpaqlarını geri qaytardı;
  • Manna vilayətlərini mərkəzi hakimiyyətə tabe etdi;
  • Ölkədə canişinlik sistemi yaratdı;
  • Assuriya ilə müttəfiqlik əlaqələri qurdu;
  • Şuandahul və Durdukka şəhərlərinin əhalisinin üsyanını Assuriyanın köməyi ilə yatırdı (e.ə. 719-cu il);
  • Mannanın şimal sərhədlərini Araz çayına qədər genişlən-dirdi;
  • Mana dövlətini Urmiya gölü hövzəsində qüdrətli dövlətə çevirdi;
  • İzirtu şəhəri Mannanın paytaxtına çevirdi;

Davamı →