Baxmaqdan doymadığımız filmlərdən sitatlar

«Bəyin oğurlanması»Azərbaycan filmləri
-Görəsən monqol turistləri monqol dublyonkalarını buradan niyə alırlar?
-Sənə əjdaha lazımdır? Yox, mənim nəyimə lazımdır? Heç mənə də lazım deyil.
-Əşi nə fərqi var səs hardan gəlir, burdan eşit, burdan da oyna da.
-Bu kino ki var, çox qəliz məsələdir, həm qəlizdir həm də ki, vacib.

-Ay yoldaş, bir az sakit olar? 
-Olar, niyə olmur? 

-Nananay nay nay nananay nay -evdə uşaqlar da deyir ki, atamız işə gedib

  — Ay kişi istəmirsən səni- ucqar bir kənd sakinini uzaq Liviya səhrasında görsünlər?
— Yox
— Düz deyirsən, səni elə görməsələr yaxşıdır. 
-Səkkiz min pul alıblar, oynamaqlarına bax. 

«Bizim Cəbiş müəllim»

-İkinizi də Allah öldürsün, səni də, Hitleri də.

-Birdən razı olmadı.
-Olar, olar. Onun elə arvadı var ki, yumşaldar onu.

-«Gəlin mənim şoppulu balalarım, atanız sabun bişirib»   

-Pulun var sənün?
-Sənin yox sizin.
-Pulun var sizün?

«Bəxt üzüyü»
-Ayə bu gün elə hamı məni öpür. Əcəl zadmı bir girləyir.
-Qələm demə, denən çörək ağacımız itmişdi.
-Namus, qeyrət.
-Ehh, belə gözəl dünyanı dəlixanaya döndərən qadınlardı dana, qadınlar.

-Neyniyiresen meni?
-Sirkeye qoyaceyam seni ay durak 
-Öz halal ərini niyə sirkəyə qoymiyersan?

 Söylü: «Ayəə ekologiya deyilən budur? Maykeyi ağ salırsan qara çıxır»    

«Uşaqlığın son gecəsi»
-Fantomass
-Nə? nə???
-Fantomas
-Kül sənin kişi başuvaa

-Söhbət sosiskadan getmir e, adam gərək vnimatelni olsun.

«Bəxtiyar»
-Vallah heç başa düşə bilmirəm ki, niyə bizim klubumuz camaatın xoşuna gəlmir. Biz nə eləyə bilərik, Ağabala?!
-Onlar gələcəklər. Onlar qiyamət oynayırlar. Pullarını da qabaqcadan vermişəm.
-Səsinizi kəsin. Təcili tədbir görməliyik ki, sabah klubda özfəaliyyət dərnəkləri olsun. Fikirləşin, hamınız fikirləşin.......

— İşləri-gücəri qurtarıb, niyə baxacaqar?
— Niyə baxacaqlar yox, nəyə baxacaqlar? 

-Atova nəhlət kirpi.

«Alma almaya bənzər»
-İstəyirsən texnikuma girim sənin üçün, istəyirsən bazarı bağlatdırım sənin üçün.
-Görüm o Berbankı albuxara üzünə həsrət qalsın

«Qaynana»
Əlün qurusuuun elə, əlüüün!
Bye bye -atondu, anondu.

«Yol əhvalatı»
 Yalansa fransuzki ilan vursun dilünnən.
Sizi bura yığmaqda məqsədim odur ki, sizinlə işləmək çox çətindi. Sizdən adam olmuyub olmuyacaq. 

kino

15 şərh

asel
Bəyin oğurlanması:
Ay mənim həyatım
Ay mənim ürəyim
Bir dənə də həyatım dedi, qəşşşşş eliyib urəyi getdi oxəyyyyyyy. 
mehbeliyeva

Çox gözəl və mənalı sözlərimiz var kinolarımızda.Təşəkkürlər ki,bu sözləri dəyərləndirməyi unutmursunuz.İcazənizlə 2-sini də mən deyərdim.

''Əhməd haradadır''-Bağışlayın, süzün Əlibaba adında ərüz olmayıb?

''Bəxt üzüyü''-„Kimlər itirmir axı ey? Kim itirmir ki bu dünyada? İtirə-itirə gəlirik, biri qeyrətini-namusunu itirir, biri ağlını, biri də bəxtini.......-Digər insanların necə düşündüyünü bilmirəm amma bu film həyat fəlsəfəsidir.....Hər cümləsi ilə insanı özünü, bu gününü dərk etməyə vadar edən bir film.......

pascal

mehbeliyeva, səninlə tam razıyam. Bəlkə də çoxu bu filmə ancaq komik film kimi baxır. Amma, həm güldürən, həm düşündürən filmlərimizdən biri də «Bəxt üzüyü»dür.

asel, Nəsibə xanım orda həyatım yoxe, «sögülüm» deyir. :))

Mən köhnə kinolarımıza sevərək, doymadan baxıram. Çoox sitatlar gətirmək olar, ancaq mən, bəlkə də çoxunun fikir vermədiyi bir sitatı «Qaynana» filmindən demək istəyirəm. «Cənnət: — O pasılkələrə verilən pullar kimindir? Afət: — Mənim sevimli Ayazuşkamın. Cənnət: — Səni Allah vurmuşdu elə. Onu aton doğub, anon əkib?» Burda cümlələrin yeri səhv düşsə də, inanmıram ki, böyük sənətkar sözü səhv salıb. Yəqin ki, özünün improvizasiyasıdır.

asel
hə, düz deyirsiz. sonra düzəldə bilmədim
Ramil
Kinolarda o qədər səhvlər olub ki, amma ölməz sənətkarlarımız bu səhvlərdən elə məharətlə istifadə ediblər ki, süjetdən çıxarmayıblar. Məs: Bəxt üzüyü filmində «Moşu, eqalogiya budu?». Çoxlarını demək olar.
asel
Əhmədsiz bir söz deyə bilmərəm.
_BUMERANQ_
Əlavələrə görə hər bir istifadəçiyə təşəkkür edirəm.

Azərbaycan filmləri maraqlı sitatlarla o qədər zəngindir ki, topik nə qədər geniş olur, olsun mütləq əksiklik olacaq. 
Shabnam_Ilham
Çox xoşuma gəldi :) Əhməd haradadır?-- Nərgiz xala: Qızı biabır elədik, qızı! 
Əhmədin anası ölmüyüb ee ona əl qaldırasan haaa…
Zülümov: Rəis məşğuldur, mən də məşğulam, Zülümov dedi qurtardı..
Nərgiz xala: Xeyr qurtarmadı! Sən hələ Nərgiz xalanı yaxşı tanımırsan!
Zülümov: Deputatdı? Yoooox… Qəmissiyədi?? Yooooxx… Yuxarıdan gəlib?? yooxx kolxozdan gəlib, oğlunu axtarır… Nəə?? pah atonnan kalxozçu da deputat kimi danışır!!! :D

Yeddi oğul istərəm.
Qadan alım Qəzənfər dayı o nağılı ver mən də atım!!
Nişan al!  .......Ayy sağ ol Qəqənisən ki Qəqəni :D 
Bunun boyuna bax! Sürüş əəə çəpişin biri çəpiş! :)
Çal aşıq Çal!!! Komsomolun canı it canıymış!!
Hamam hamam içində xəlbir saman içində dəvə dəlləklik eylər köhnə hamam içindəə...

Axırıncı aşırım..
Səməəədd ayy Səmədddd!!
Nə nişangaha gəlirlər??
İgid igidi arxadan vurmaz bəy!!
Ən sevdiyim sitat: Bunların nazıynan çox oynurux aaaa Kərbalayııı!!

Əslində çox idi amma lap doldurmaq da istəmədim..Həddindən artıq çox sevirəm Azərbaycan filmlərini. Çox sağ ol bir daha !! 
istorik_c
Ay keçi bu kişmiş ehsanlıq deyil-Məşədi İbad
istorik_c
Möhsün yaralanmışdı ürəyi qandır
Doktor dedi ki Nazik ona dərmandır 
DrELM
Söylü: «Ayəə ekologiya deyilən budur? Maykeyi ağ salırsan qara çıxır»    
Bu ssenariyada olmayan sehne idi, tesadüfen olmuşdu, amma aktrisa özünü itirmedi.
gulwan

İkinizi də Allah öldürsün, səni də, Hitleri də. cox xoşum gəlir bu sözdən ))))))

 

kurdamir
 
«Bəyin oğurlanması»-
Həə bizimkilər belədidəə öz kinomuza bircə dəfə baxmıraq,.Onun-bunun kinosuna 47 dəfə baxırıq
-Ayy sağol,sizdə elə kino çəkin ki,...camaat baxsın. (P.S səhv eləmirəmsə belə idi)