Rasim Ocaqov vs Vaqif Mustafayev


1.
Ocaqov əjdahadır, Mustafayev div. 

2. Ocaqov rəssamdır. Mustafayev memar. 

3. Mustafayev gülüşü acıdır, Ocaqov gülüşü şirin.

4. Mustafayev ağlatmaq istəməyib, ağladır. Mustafayev güldürmək istəyib, güldürür. 

5. Ocaqov kinoda Manafovdur. Mustafayev Mamuka. 

6. Ocaqov çayxanada oturan bir insanla asanlıqla ünsiyyətə girə biləndi. Mustafayevin isə qəbul günləri var. 

7. Mustafayev «Milli bomba» kimi sirlidir. Ocaqov «Otel otağı» kimi tənha. 

8. Mustafayev kanal rəhbəridir. Ocaqov kino şirkəti. 

9. Ocaqovun qəhramanları sadə, zəhmətkeşdilər. Mustafayevin qəhrəmanları səfeh, tənbəl.

10. Ocaqovun siqaret çəkməsi özü bir filmdir. Mustafayevin bığaltı gülümsəməsi. 

11. Mustafayev (filmləri) dənizə tor atır, xeyli balıq tutduqdan sonra çıxıb gedir. Dəniz bəhanədir. Adam balıq tutmaq istəyir. Ocaqov (filmləri) tilov atır, balıq tutsa da buraxır. Balıq bəhanədir. Adam dənizlə baş-başadır. 

12. Mustafayev güldürür, sənət olur. Ocaqov ağladır, sənət olur.

13. Ocaqov klassikadır. Mustafayev şanson.

14. Ocaqov Van Qoqdur. Mustafayev Pikasso.

15. Mustafayev filmləri səssiz baxıla bilməz. Ocaqov filmləri səssiz də baxılar. 

P.S. Rasim Ocaqovun əziz xatirəsinə və Vaqif Mustafayevin böyük sənətinə dərin hörmətlə.

©  Film Fiction araşdırması
 

1 şərh

pascal
Çox sevdiyim iki böyük sənətkar. Burda yazılanlara qatılıram və düşünürəm ki, hələ çox əlavələr etmək olar. Mənimsə hələ ki, 2 əlavəm var. 
Mənə görə Ocaqov əfsanədir, Mustafayev — fenomen. Ocaqovda (filmlərində) millilik və şirinlik tamı var, Mustafayevdə (filmlərində) dünyəvilik və acı həqiqət.
Gözəl yazıdır. Əllərinə sağlıq, Bumeranq. :)