Lənkəran və Naxçıvan vilayətləri

Lənkəran vilayəti

Iranla həmsərhəd olan bu vilayət Azərbaycanın cənub-şərq qurtaracağındadır. Relyefinə görə vilayət iki hissədən ibarətdir: Lənkəran ovalığı və Talış dağları. Lənkəran ovalığı Kaynozoyun IV dövrünün çay və dəniz çöküntülərindən, Talış dağları isə III dövrün çökmə və vulkanik süxurlarından ibarətdir.

Geomorfoloji vahidləri - Burovar, Peştəsər və Talış silsilələri, Lənkəran ovalığı.
Zirvələri - Gömürgöy (2977 m), Qızyurdu (2433 m).
Faydalı qazıntıları - Tikinti materialları və mineral bulaqlar - Qotursu, Donuzütən, Astara, Ərkivan, Aşağı Ağkörpü, Zərinqala və s. Vilayətdə filiz və yanar faydalı qazıntılar yoxdur.
Iqlimi - yayı quraq keçən mülayim-istidir. Hündür dağlarda çöl iqlimi hakimdir. Vilayət rütubətli subtropik qurşaqda yerləşdiyindən çay şəbəkəsi sıxdır. Azərbaycanın ən rütubətli ərazisidir. Böyük və Kiçik Qafqazdan fərqli olaraq Talış dağlarında hündürlük artdıqca yağıntı azaldığından burada şaquli zonallıq pozulur. Yəni dağ meşələrindən sonra dağ çəmənlərinin yerinə dağ kserofit bitkilərindən ibarət çöl zonası yaranır.
Çayları yağış və yeraltı sularla qidalanıb birbaşa Xəzərə tökülür. Astaraçay, Lənkərançay, Viləşçay, Bolqarçay.
Torpaqları sarı və münbitdir. Rütubətli subtropik (sitrus) əkinçilik inkişaf edib. Lakin vilayətdə yağıntı ilin soyuq dövründə düşdüyündən suvarma tətbiq olunur. Vilayətdə Xanbulan su anbarı var.
Landşaft - meşələr, kserofit bitkilərdən ibarət dağ çölləri, antropogen landşaft. Vilayət endemik və relikt bitkilərlə zəngindir. Vilayətdə yarımsəhra və nival-buzlaq landşaftı yoxdur.
Qoruqları - Hirkan (endemik və relikt bitkilər qorunur).
Vilayətin 2 fiziki-coğrafi rayonu var - Lənkəran ovalığı rayonu və Talış dağları rayonu.


Orta Araz vilayəti

Hər tərəfdən xarici ölkələrlə əhatələnmiş bu vilayət Araz çayı ilə Dərələyəz və Zəngəzur silsilələri arasındadır. Ərazi 600-3900 m arasında yerləşir.
Geomorfoloji vahidləri. Dərələyəz və Zəngəzur silsilələri, Arazboyu (Şərur, Sədərək, Böyük düz, Ordubad, Yaycı) düzənliklər. Dağlar vulkanik, düzənliklər çökmə süxurlardan ibarətdir. Sədərək qalxması və Dərələyəzdə ən qədim süxurlar üzə çıxır. Qapıcıq dağı ətrafında 9 ballıq zəlzələlər olur.
Zirvələri. Qapıcıq (3906 m), Küküdağ, Ilandağ, Biçənək aşırımı
Faydalı qazıntıları. Gümüşlü polimetal yatağı, Parağacayda molibden, daş-duz (Nehrəmdə), sürmə, civə, mərgümüş, volfram, mərmər, kobalt, titan, gips, tuf.
Mineral bulaqları.- çox olduğundan Naxçıvanı mineral bulaqlar muzeyi adlandırırlar. (Badamlı, Vayxır, Sirab).
Iqlimi. Kəskin kontinentaldır. Düzənlikdə soyuq, qış və quraq yayı olan yarımsəhra; dağlarda qışı soyuq, yayı quraq keçən soyuq iqlim hakimdir. Vilayət quraq olduğundan burada suvarma əkinçiliyi inkişaf edib. Günəşli saatların miqdarı çoxdur. Ən aşağı temperatur -33° C və ən yüksək temperatur isə +44°C-dir.
Çayları seyrək və palçıqlı sellidir. Araz, Arpa, Naxçıvançay, Gilan, Ordubadçay, Əincəçay və s.
Gölləri 20-yə yaxındır: Batabat, Qanlı, Göygöl və s.
Su anbarları: Araz su qovşağı, Arpaçay.
Buzlaq Qapıcıq zirvəsində yayılıb.
Torpaqları boz-çəmən, şabalıdı, qəhvəyi, şoran.
Landşaft. Vilayət quraq olduğundan meşələr tala şəklindədir və vilayətin canlılar aləmi kasıbdır. Dağ meşələrinin əvəzinə vilayətdə kserofit bitkilərdən ibarət dağ çölləri geniş yer tutur. Düzənlikdə yarımsəhra, 3000-dan artıq hündürlükdə isə dağ çəmənləri yayılıb.
Vilayətdə 2 fiziki-coğrafi rayondan ibarətdir.
1. Şərur - Ordubad rayonu;
2. Naxçıvan dağlıq rayonu (və ya Cünnüt-Qapıcıq).

0 şərh