Azərbaycanda qoruq və yasaqlıqlar
Ardı →
İnkişaf etmək istəyənlər üçün maraqlı məlumatlar olan kollektiv bloq servisi
Azərbaycanın qərbini əhatə edən bu vilayət respublika tabeli Gəncə, Şuşa, Xankəndi və Naftalan şəhərlərindən, 20 kənd rayonundan və Gəncə-Qazax, Yuxarı Qarabağ, Kəlbəcər-Laçın iqtisadi rayonlarından ibarətdir.
Gəncə-Qazax iqtisadi rayonu
Tərkibinə Qazax, Ağstafa, Tovuz, Göygöl (Xanlar), Daşkəsən, Goranboy, Şəmkir, Samux, Gədəbəy kənd rayonları, respublika tabeli Gəncə və Naftalan şəhərləri daxildir.
Gəncə-Qazax iqtisadi rayonu Azərbaycanın şimal-qərbini əhatə edir və sənayenin inkişafına görə Abşeron iqtisadi rayonundan sonra Azərbaycanın 2-ci sənaye rayonu sayılır.
Azərbaycanda faydalı qazıntıların zənginliyi geoloji quruluşun mürəkkəbliyi ilə əlaqədardır. Azərbaycan mineral və aqroiqlim ehtiyatları ilə yaxşı şirin su, torpaq və meşə ehtiyatları ilə isə zəif təmin olunmuşdur. Azərbaycanın iqtisadi cəhətdən ən əhəmiyyətli təbii ehtiyatları — neft, qaz, metal filizləri, aqroiqlim və torpaqdır. Azərbaycan -neft, dəmir filizi, alunit ehtiyatına görə Zaqafqaziyada 1-ci yeri tutur.
Bu vilayətin tərkibinə Respublika tabeli Bakı, Şəki, Sumqayıt şəhərləri, 17 kənd rayonu və 4 (Abşeron, Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq-Şirvan) iqtisadi rayonları daxildir.
Abşeron iqtisadi rayonu
Tərkibinə Abşeron və Xızı kənd rayonları, respublika tabeli Sumqayıt və Bakı şəhərləri daxildir.
Faydalı qazıntıları. Rayon neft-qaz, tikinti materialları, palçıq vulkanları, Şıx və Suraxanı mineral bulaqları ilə zəngindir. Rekreasiya ehtiyatları ilə zəngin olan bu rayonun Xəzər sahili qumlu çimərliklərində balneoloji kurort kompleksi yaradılıb. Bu rayon Azərbaycanda yeganə iqtisadi rayondur ki, yerli içməli suyu yoxdur. Bu səbəbdən rayonda S.E.S. tikmək qeyri mümkündür. Içməli suya olan tələbatı ödəmək üçün Samur-Abşeron kanalı, Ceyranbatan su anbarı, Şollar və Kür su kəmərlərindən geniş istifadə olunur.
Bu vilayət Kür və Araz çayları arasında suayrıcı olub, şərqdən qərbə doğru yüksəlir. Ən uca zirvəsi Murovdağ silsiləsindəki -Gamışdağdır. Hündürlüyü 3724 m-dir.
Geomorfoloji vahidləri — Murovdağ, Şahdağ, Şərqi Göyçə, Qarabağ silsilələri, Qarabağ vulkanik yaylası.
Zirvələri — Gamışdağ, Hinaldağ, Böyük Işıqlı.
Relyefi — Böyük Qafqazdan fərqli olaraq vilayətdə Mezozoy erasının effuziv süxurları üstünlük təşkil edir.
Azərbaycanda fiziki-coğrafi rayonlaşma ölkə → vilayət → yarımvilayət →rayon təsnifatına əsaslanır. Azərbaycanda 5 təbii vilayət var: I. Böyük Qafqaz; 2. Kiçik Qafqaz; 3. Kür çökəkliyi; 4. Lənkəran; 5. Orta Araz (və ya Naxçıvan).
Böyük Qafqaz vilayəti
Azərbaycanın şimal-şərqini əhatə edib, Abşeron yarımadasından Gürcüstan sərhədinə qədər uzanır. Relyef amplitudu -27 m Xəzər sahilindən başlayıb 4466 m Bazardüzü zirvəsinə qədər yüksəlir.