Ahəng qanunu

Ümumiyyətlə, iltisaqi   dillərdə,xüsusən  türk  dillərində və o cümlədən  Azərbaycan dilində  ahəng,  həmahəngləşir. Elə  buna  görə  də son  zamanlara  qədərki  dilçilik  ədəbiyyatında sinharmonizm  istilahı  ilə  bu  hadisə  ancaq “saitlər  ahəngi”(rus  dilində  yazılmış  ədəbiyyatda  qarmoniya  qlasnıx)  kimi  izah  edilmiş  və  beləliklə  də,”ahəng  qanunu”  təkcə  sait  səslərin  həmcinsləşməsi  kimi  birtərəfli  anlaşılmışdır.
Əslində  isə  türk  dillərində  başlanğıcdan,hətta ,söz  köklərində  səslərin  uyuşması  -həmcinsləşməsi  hadisəsi  təkcə  saitlərdə,deyil  s amitlərində  bir  çoxunda ,eləcədə  sait  və  samitlərin münasibətində    müəyyən  şəkildə    təzahür etmişdir  və  bunların  izi  indi  də  türk  dillərində,o  cümlədən  Azərbaycanda  qalmaqdadır.
Bütün  bunların  nümunələrini  Orxon  -Yenisey  kitabələrində,  uyğur  dilində   yazılmış  ilk  mənbələrdə   müşahidə  etmək  mümkün  olduğu  kimi, indiki türk  dillərinin  bir  çoxunun   orfoqrafiya  qaydalarında  da görmək  mümkündür. Belə  bir  cəhəti  də  qeyd  etməliyik  ki ,XI əsrin  böyük   türkoloq-dilçisi  Mahmud  Kaşqari  bu  hadisəni  müşahidə  etmiş  və  ahəng  qanununun  həm  samitlərə,həm  də  saitlərlə  samitlər  əlaqəsinə  aid  olduğunu  təsbit  edən  misallarla  yanaşı  bu  qanun  haqqında  ağla batan izahat da  vermişdir.Hətta  M. Kaşqari  bu  qanunla  əlaqədar  olaraq  kəlmələri,  şəkilçiləri  qaflı  və  kaflı  (yəni  tərkibində   q  olanlar  və  tərkibində k  olanlar)  deyə  iki  qurupa  bölmüş,məsdər   şəkilçisinin  qaflı  kəlmələrdə -maq,  kaflı  kəlmələrdə  isə  -mək,  olduğunu  xüsusi  qeyd  etmişdir .

Bütün  bunları  nəzərə  aldıqda  ahəng  qanununu  dar  mənada ,yəni  təkcə  saitlər ahəngi   mənasında deyil  ,ki ,həmdə  saitlərlə  samitlər  ahəngi  kimi  başlıca  üç  növdə  geniş  dairəli  bir  qanun  kimi  başa  düşmək  lazımdır .
Burada  belə  bir  cəhəti  də  yada  salar  ki ,Azərbaycan  dilinin  müxtəlif  şivələrində  bu  və  ya  digər  dildə  bu  qanun  müəyyən  dərəcədə  yaşayır  və  öz   hökmünü  saxlayır.Azərbaycan  ədəbi  dilində  ahəng  qanunu   yalnız  söz  köklərində  deyil, daha  çox  sözlərə  bitişən  şəkilçilərdə  özünü  göstərir .Ahəng  qanunu  ,hər  zaman  sonra  gələn  hecadakı  səsin, ondan  əvvəl  gələn  hecadakı  səslə  ,cinsinə  görə  uyğunlaşması şəklində  təzahür  edir. Burada  dilarxası  səslərindın  sonra    dilarxası  səslərin  ,dilönü  səslərindən  sonra  dilönü  səslərinin, eləcə  də  karlardan  sonra  kar, cingiltilərdən sonra  cingiltili  səslərin  sıralanması bu  qanunun  əsasını  təşkil  edir.Buna  görə  də  ahəng  qanunu əsasən  irəli  uyuşmanın  qanuniləşmiş  bir   növüdür.
Beləliklə, demək  oiar  ki, ahəng  qanunu  sözdəki  səslərin  həmcinsləşmə,həmahəngləşmə  yolu  ilə  uyuşmasıdır .
 
Müasir  Azərbaycan  ədəbi  dilində  ahəng  qanununun  başlıca  üç  növü  vardır.
  1. Saitlərahəngi  (uyuşması).
  2. Saitlərlə  samitlərin  ahəngi  (uyuşmas).
  3. Samitlər  ahəngi  ( uyuşmas).
 
Saitlər  ahəngi  (uyuşması).
Saitlərin  təsnifi  bəhsindən  bizə məlumdur ki,fəal  üzvlərin  iştirakına görə saitlər,əsasən  dilarxası ,dilönü  qruplarına  bölünür  və  bunların  hər  biri  də dodaqlanmayan,dodaqlanan  olmaq üzrə  daha iki növə  ayrılır. Həmin təsnifə müvafiq  halda saitlər ahəngi də dilə və dodağa  görə  iki növ olur:
  1. Dil  ahəngi -dilə  görə  fərqlənən  saitlərin  uyuşması  .
  2. Dodaq  ahəngi -dodağa  görə  fərqlənən  saitlərin uyuşması  .
 Dilə  görə  fərqlənən   saitlərin  ahəngi  də  iki  cür  olur  .
  1. Arxa  sıra  ahəngi (qalın saitlər  ahəngi).
  2. Ön  sıra  ahəngi  (incə  saitlər  ahəngi).
 

0 şərh