Felin təsriflənən və təsriflənməyən formaları

Fellər şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilib-bilməməsi baxımından iki böyük qrupa ayrılır: təsriflənən təsriflənməyən formalar.

1. TƏSRİFLƏNƏN FORMALAR

Şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilir. Bunlara felin şəkilləri deyilir.

Felin şəkilləri danışan, yazan şəxsin görülən işə münasibətini bildirir. Danışan şəxsin münasibətinə görə işin icrası tələb oluna bilər, arzu oluna bilər, vacib sayıla bilər, müəyyən şərtlə bağlı olar, müəyyən bir vaxtda müəyyən şəxs tərəfindən yerinə yetirilə bilər.

Dilimizdə felin aşağıdakı şəkilləri vardır: əmr, xəbər, arzu, lazım, vacib, şərt.

1) ƏMR ŞƏKLİ

Əmr, xahiş, məsləhət, təklif, nəsihət və s. bildirir.

Xüsusi şəkilçisi yoxdur. Felin kökünə və ya başlanğıc formasına şəxs şəkilçiləri artırmaqla düzəlir: bax+ım, bax+sın.

Zaman şəkilçiləri qəbul edə bilmir, amma məzmununda gələcək zaman anlayışı olur.

2) XƏBƏR ŞƏKLİ

Xüsusi şəkilçisi yoxdur. Zaman şəkilçiləri və şəxs sonluqları qəbul edir. Zaman şəkilçiləri xəbər şəklini nişan verir:

Bax+ır+am, bax+ır+san, bax+ır

3) ARZU ŞƏKLİ

İşin gələcək icrasının arzu edildiyini bildirir.

Şəkilçisi: -a2: kaş bax+a, gərək gəl+ə Şəxs sonluqları qəbul edir.

Zaman şəkilçiləri qəbul edə bilmir, amma məzmununda gələcək zaman anlayışı olur.

-Kaş, gərək sözləri arzu şəklinin formalaşmasında iştirak edir və feldən əvvəl işlədilir.

4) VACİB ŞƏKLİ

İcra ediləcək işin zəruri olduğunu bildirir.

Şəkilçisi: — malı2: bax+malı+yam, gör+məli+yəm Şəxs sonluqları qəbul edir.

Zaman şəkilçiləri qəbul edə bilmir, amma məzmununda gələcək zaman anlayışı olur.

5) LAZIM ŞƏKLİ

İcra ediləcək işin lazım olduğunu bildirir.

Şəkilçisi: -ası (yası)2: bax+ası+yam, gör+əsi+yəm Şəxs sonluqları qəbul edir.

Zaman şəkilçiləri qəbul edə bilmir, amma məzmununda gələcək zaman anlayışı olur.

QEYD: İnkarı deyil sözü ilə düzəlir.

6) ŞƏRT ŞƏKLİ

Hərəkətin icracmm müəyyən şərtə bağlı olduğunu bildirir.

Şəkilçisi: -sa2: yaz+sa+m, gəl++m Şəxs sonluqları qəbul edir.

Əgər bağlayıcısı şərt şəklinin formalaşmasında iştirak edir və feldən əvvəl işlədilir.

2. TƏSRİFLƏNMƏYƏN FORMALAR

Şəxsə, kəmiyyətə və zamana görə dəyişə bilmir. Felin təsriflənməyən formaları üçdür: məsdər, feli sifət, feli bağlama.

1) MƏSDƏR

Həm felin, həm də ismin xüsusiyyətlərini daşıyır.

Şəkilçisi: -maq2: ağla+maq, gül+mək

Lüğətlərdə bütün fellər məsdər formasında qeyd olunur.

a) Məsdərin felə aid xüsusiyyətləri:

  • — Leksik mənası var.
  • — Təsdiq və inkarda olur.
  • — Felin müəyyən növünə aiddir.
  • — Təsirli və ya təsirsiz olur.
  • — Tərkibi əmələ gətirir.
 b) Məsdərin ismə aid xüsusiyyətləri:
  • — Hallanır və mənsubiyyətə görə dəyişir.
  • — Nə? sualına cavab verir.
  • — Xəbər şəkilçisi (-dır4) qəbul edib cümlədə ismi xəbər olur.
  • — Cümlədə mübtəda, tamamlıq, zərflik də ola bilir.
  • — Qoşmalarla işlənə bilir.

2) FELİ SİFƏT

Həm felin, həm də sifətin xüsusiyyətlərini daşıyır.

Şəkilçiləri:

Keçmiş: -mış4: yazıl+mış (məktub) -dığı4: yaz+dığım (məktub)

İndiki: -an2: yazıl+an (məktub)

Gələcək: -acaq2: yazıl+acaq (məktub) -ası2: yazıl+ası (məktub) -malı2: yazıl+malı (məktub)

a) Feli sifətin felə aid xüsusiyyətlər:

  • — Zaman mənası bildirir.
  • — Təsirli və ya təsirsiz olur.
  • — Növ bildirir.
  • — Təsdiq və inkarda ola bilir.

b) Feli sifətin sifətə aid xüsusiyyətləri:
  • — Əşyanın əlamətini bildirir.
  • — Neçə?, nə cür?, hansı? suallarından birinə cavab olur.
  • — Aid olduğu ismin əvvəlində gəlir.
  • — Cümlədə təyin vəzifəsində işlənir.
  • — Xəbərlik şəkilçilərini qəbul edir və ismi xəbər olur.
  • — Sifət kimi substantivləşə bilir və bu vaxt cümlədə isim kimi çıxış edir.

QEYD: Feli sifətlərlə feldən düzələn sifətləri qarışdırmaq olmaz. Feldən düzələn sifətlər felin heç bir xüsusiyyətini daşıya bilmir, yalnız sifətin əlamətlərini daşıyır.

3) FELİ BAĞLAMA

Həm felin, həm də zərfin xüsusiyyətlərini daşıyır.

Şəkilçiləri: -ıb4,-araq2,-a2 — -a2 -madan-anda2; -dıqda4; -arkən2; -inca4; -dıqca4; -ar, -maza

Feli bağlamanın felə aid xüsusiyyətləri:

  • — Leksik mənası var.
  • — Təsdiq və inkarda olur.
  • — Felin müəyyən növünə aiddir.
  • — Təsirli və ya təsirsiz olur.
  • — Tərkib əmələ gətirir.

Feli bağlamanın zərfə aid xüsusiyyətləri:

  • — Hərəkətin tərzini, zamanını, səbəbini və s. bildirir.
  • — Zərfin suallarına cavab verir.
  • — Tərkib əmələ gətirir.

Feli bağlama cümlənin həmcins xəbəri olduqda ondan sonra vergül işarəsi qoymaq lazımdır: Anam qapını açıb, həyəcanla içəri daxil oldu.

İDİ, İMİŞ HİSSƏCİKLƏRİ

Onlar aid olduqları sözləri keçmiş zamana bağlayır. İdi, imiş hissəcikləri həm fellərlə, həm də adlarla — isim, sifət, say, əvəzlik, eləcə də zərflə işlənir.

İdi, imiş hissəcikləri feldən başqa digər nitq hissələri ilə işləndikdə bütöv halda yazılır: Əli idi (Əliydi), Əli imiş (Əliymiş).

İdi, imiş hissəcikləri felin bütün zamanları ilə işlənir.

İdi, imiş hissəcikləri felin vacib, lazım, arzu və şərt şəkilləri ilə də işlənə bilir və bütöv halda yazılır.

QEYD:İsə hissəciyi felin əmr, arzu və şərt şəkillərinə artırıla bilməz.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

 

 

0 şərh