Sintaktik əlaqələrin növləri

Sintaktik əlaqələr iki cür olur: tabesizlik və tabelilik Tabesizlik əlaqəsi:

  • Tərəflər bərabərhüquqlu olur.
  • Həmcins üzvlər arasında olur: Qələm, dəftər stolun üstündədir.
  • Tabesiz mürəkkəb cümlənin tərkib hissələri arasında olur: Qatar dayandı, sərnişinlər düşdülər.

Tabelilik əlaqəsinin üç növü vardır: yanaşma, idarə, uzlaşma.

  • Əsas və asılı tərəflərdən ibarətdir.
  • Söz birləşmələri və cümlədəki sözlər arasında olur.

1. Yanaşma əlaqəsi

Asılı tərəfin heç bir qrammatik şəkilçi qəbul etmədən əsas tərəfə yanaşıb, mənaca ona bağlanmasına yanaşma deyilir. İkinci tərəf əsas tərəfdir.

Yanaşma əlaqəsinin qrammatik göstəricisi yoxdur. Adətən, birinci növ təyini söz birləşmələrinin tərəfləri arasında və zərfliklə xəbər arasında olur (istisna: yer zərfliyi): daş ürək, dəmirdaban, poladiradə O, tez-tezgedirdi.

2. İdarə əlaqəsi

Əsas tərəfin tələbi ilə asılı tərəfin müəyyən hallara düşməsinə idarə deyilir. İkinci tərəf əsas tərəfdir. Əsas tərəf əksərən fellərdən ibarət olur.

İdarə əlaqəsinin qrammatik göstəriciləri hal şəkilçiləridir:

3. Uzlaşma əlaqəsi

Asılı tərəfin əsas tərəflə şəxsə və kəmiyyətə görə uyğunlaşmasına uzlaşma deyilir. Birinci tərəf əsas tərəfdir.

Qrammatik göstəriciləri mənsubiyyət, şəxs və kəmiyyət şəkilçiləridir. Uzlaşma aşağıdakı hallarda müşahidə olunur:

  • Mübtəda ilə xəbər arasında olur. Yalnız üçüncüşəxsin cəmində xəbərlə mübtəda arasında kəmiyyətə görə uzlaşma pozulur: Adamlar qaçışırdılar. Fillər mənim dostumdur.
  • İkinci və üçüncü növ təyini söz birləşmələrinin tərəfləri arasında olur. İkinci növ təyini söz birləşmələrinin birinci tərəfi həmişə üçüncü şəxsdə olduğuna görə ikinci tərəfi üçüncü şəxsin mənsubiyyət şəkilçisini qəbul edir. Üçüncü növ təyini söz birləşmələrinin birinci tərəfi isə hər üç şəxsdə olduğuna görə uzlaşma hər üç şəxsdə olur və ikinci tərəf hər üç şəxsin mənsubiyyət şəkilçisini qəbul edir: Əncir ağacı, tut yarpağı, dağların havası, çiçəklərin ətri

 

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

 

0 şərh