Cümlənin baş üzvləri

1. MÜBTƏDA

Mübtədacümləninbaş üzvü olubhərəkətvə əlamətixəbərlə müəyyənləşənşəxsi, əşyanı bildirir. İsminadlıq halındaolur. Fikirmənbəyidirvə haqqındadanışılambildirir.

Mübtədacümləninənmüstəqilüzvüdürvə qrammatikcəhətdənheç birüzvdənasılı deyil. Kim?, nə?,bəzəndə harasualınacavabverir:

Uşaqlar(kim?) oynayırlar.

Ağac(nə?)yaşıllaşdı. Otaq(hara?)alaqaranlıq idi.

QEYD: Mübtəda, ibtida, ibtidaisözləriərəbmənşəlidirvə baş, başlanğıcmənalarını bildirir.

Mübtədanın ifadə vasitələri:

  • Daha çox isim və əvəzliklərlə ifadə olunur.
  • Sifət, say, işarə əvəzlikləri, feli sifətlər isimləşərək mübtəda vəzifəsində işlənə bilir.
  • Quruluşca sadə mübtədalar nitq hissələri ilə ifadə olunan mübtədalardır.
  • Mürəkkəb adlarla, ismi və feli birləşmələrlə ifadə olunan mübtədalar mürəkkəb mübtədalar hesab olunur.
  • O, buəvəzlikləri ilə ifadə olunan mübtədadan sonra fel və köməkçi nitq hissələri (istisna: modal sözlər) gəlməzsə, vergül
 

2. XƏBƏR

Xəbərcümləninbaş üzvü olub, haqqındadanışılanınhərəkətvə yaəlamətinibildirir. İki cür olur: feli və ismi xəbər.

  • Feli xəbərnə etdi?, nə edir?, nə edəcək?.. suallarından birinə cavab verir. Cümlədə haqqında danışılanın hərəkətini bildirir: Hava istiləşir (nə edir?).
  • İsmi xəbərkimdir?, nədir?, neçədir?, haradadır?, necədir? və s. suallardan birinə cavab verir. Cümlədə haqqında danışılanın əlamətini bildirir: Balıqçılar sahildədirlər (haradadırlar?).

Xəbərin ifadə vasitələri:

  • Feli xəbər təsriflənən fellərlə ifadə olunur. Felin əmr, xəbər, lazım, vacib, arzu şəkilləri ilə ifadə olunan xəbərlər müstəqil, şərt şəkli ilə ifadə olunan xəbərlər asılı xəbər 
  • İsmi xəbər ismi birləşmələrlə, mürəkkəb adlarla, məsdər və məsdər tərkibləri, feli sifət və feli sifət tərkibləri ilə ifadə olunur.
  • Nitq hissələri ilə ifadə olunan xəbərlər sadə, söz birləşmələri ilə ifadə olunanlar mürəkkəb xəbər adlanır.
  • İdi, imiş hissəcikləri xəbərin tərkibinə daxil olsa da, onun quruluşuna təsir etmir.
  • Bilmək, olmaq, etmək, başlamaq, istəmək felləri əksərən başqa sözlərlə birləşərək xəbər vəzifəsində işlənir.

Xəbərin mübtəda ilə şəxsə və kəmiyyətə görə uzlaşması:

  • Mübtəda hansı şəxsdə olsa, xəbər də həmin şəxsdəolur.
  • Xəbər mübtəda ilə kəmiyyətə görə də uzlaşır.
  • Üçüncü şəxsin cəmində xəbər mübtəda ilə kəmiyyətcə uzlaşa da bilər, uzlaşmaya da bilər.
  • Üçüncü şəxsdə insan anlayışı bildirən mübtəda cəm olduqda xəbər də əksərən cəmdə olur: Çobanlar yaylağa qalxdılar.
  • Üçüncü şəxsdə heyvan və quş anlayışı bildirən mübtəda cəmdə olduqda xəbər cəmdə də ola bilir, təkdə də:
    Fillər mənim dostumdur.
    Quşlar səmada uçuşurlar.
  • Üçüncü şəxsdə cansız varlıqları bildirən mübtəda cəmdə olduqda xəbər təkdə olur və onunla kəmiyyətcə uzlaşmır:
    Yarpaqlar töküldü.

Müəllif: KAMRANƏLİYEV
Mənbə: AZƏRBAYCANDİLİ, abituriyentlərüçünköməkçivəsait, Bakı — «Elm» — 2011, ISBN978-9952-453-30-0

 

0 şərh