Ara sözləri

Ara sözləri qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmur.

Cümlə üzvləri ilə mənaca əlaqələnir, amma cümlə üzvü sayılmır.

Danışanın ifadə etdiyi fikrə münasibətini bildirir və cümlədəki başqa sözlərdən fasilə ilə ayrılır.

Mənaca növləri

  • Yəqinlik bildirənlər: əlbəttə, şübhəsiz, həqiqətən, düzü, doğrudan da, yəqin ki, doğrusu
  • Güman, şübhə bildirənlər: bəlkə (də), güman (ki), ehtimal (ki), olsun (ki), deyəsən, görəsən, görünür, olmaya
  • Fikrin mənbəyini bildirənlər: məncə, bizcə, mənə görə, sənə görə..., deyilənə görə, guya
  • Nitq hissələri arasında münasibəti bildirənlər: nəhayət, beləliklə, deməli, demək, xülasə, qısası, əvvələn, əvvəla, əksinə, birincisi, ikincisi
  • Təəssüf bildirənlər: heyf (ki), təəəssüf (ki), çox heyf

Ara sözləri söz, söz birləşmələri və cümlə formasında olur:

  • söz formasında: demək, bəlkə
  • söz birləşməsi formasında: sözün doğrusu
  • cümlə formasında: necə deyərlər, görünür

DURĞU İŞARƏSİ: Cümlənin əvvəlində işlənən ara sözündən sonra vergül, ortasında işlənən ara sözünün hər iki tərəfində vergül, axırında işlənən ara sözünün əvvəlində vergül, axırında isə cümlənin tələbinə uyğun durğu işarəsi işlədilir.

Müəllif: KAMRAN ƏLİYEV
Mənbə: AZƏRBAYCAN DİLİ, abituriyentlər üçün köməkçi vəsait, Bakı — «Elm» — 2011, ISBN 978-9952-453-30-0

 

0 şərh