Ümumi qrammatik kateqoriyalar

Xəbərlik kateqoriyası bilavasitə təfəkkürlə bağlıdır. Obyektiv gerçəkliyin inikası məhz təfəkkürdə xəbərlik kateqoriyası vasitəsilə reallaşır. Obyektiv gerçəklik haqqında hər hansı təsdiq və inkarın qrammatik ifadəsi xəbərlik kateqoriyasının özüdür.

Dünya xalqlarının hamısmın təfəkküründə gerçək həqiqətlər əks olunduğu üçün xəbərlik (təsdiq və ya inkar) onların hamısında vardır. Bu gerçəkliyin ifadəsi isə dilin qrammatik quruluşundan asılıdır. Aqqlütinativ dillərin hamısında və flektiv dillərin bəzisində xəbərlik (predikativlik) anlayışını ifadə etmek üçün xüsusi forma, əlamət — kateqoriyalar morfemlər mövcuddur. Bildiyimiz kimi, cümlənin qrammatik cəhətdən formalaşması və məntiqi cəhətdən məna ifadə etməsi üçün xəbərlik müxtəlif formalarda mütləq əlamət kimi çıxış edir. Yəni xəbərlik olmadan nə cümlə, nə də hökm ifadə edilə bilər. Buna görə də hansı üsul və vasitə ilə ifadə edilməsindən asılı olmayaraq bütün dillərdə xəbərlik kateqoriyası olmalıdır.

Azərbaycan və başqa türk dillərində xəbərlik daha çox şəxslərə aid olur. İş ya birinci, ya ikinci və ya da üçüncü şəxsə aid olur. Üçüncü şəxs daha geniş mənanı əhatə edir. Çünki bu, təkcə şəxsi yox, bütün obyektiv gerçəklikdəki əşya və hadisələr haqqındakı təsdiq və inkarı da əhatə edir.

Azərbaycan dilində xəbərlik birinci şəxs təkdə -am, -əm (saitlə bitənlərdə -yam, -yəm), şəkilçiləri ilə yaranır: alim-əm, müəllim-em, tələbə-yəm, dədəli-yəm.

İkinci şəxs təkdə şəxs əvəzliyi təkrar olunur. Ahəng qanununa görə -sən şəkilçisi də qəbul edir. Məs., adam-san, qəşəng-sən, gözəl-sən, cavan-san.

Üçüncü şəxs təkdə -dır, -dir, -dur, -dür şəkilçiləri ilə xəbərlik yaranır. Məs: adam-dır, həkim-dir, uzun-dur, üzüm-dür.

Xəbərlik kateqoriyası ilə şəxs kateqoriyası forma və məzmun cəhətdən o qədər yaxındır ki, son vaxtlar onların adı birgə çəkilir — şəxs xəbərlik şəkli.

Cəmdə birinci şəxs -ıq, -ik, -uq, -ük şəkilçiləri qəbul edir. Qeyd etmək lazımdır ki, bu forma dilimizin tarixində o qədər də qədim deyil. Əvvəllər -ız, -iz, -uz, -üz formasi geniş yayılmışdı.

Əsrimizin əvvəllərinə qədər bu forma dilimizdə yaşamışdır. Milli ədəbi dilimizin normaları sabitləşdikdən sonra -ıq4 forması sabitləşmişdir: azərbaycanlıyıq, tələbəyik, dördük və s.

İkinci şəxs cəmdə siz və siniz forması paralel işlənməkdədir. Siniz şəkilçisi daha çox yazıda, siz isə danışıqda işlədilir. Dilin tarixi təkmilləşməsi üzərində aparılan müşahidələr göstərir ki, gələcəkdə «siz» forması, «siniz»\ sıxışdıracaqdır. Çünki dildə həmişə sadələşmə (tüləmə) prosesi gedir. III şəxs cəmdə: tələbədir-lər, adamdır-lar.

Kəmiyyət kateqoriyası.
İnsanın əşya haqqındakı əlavə anlayışlarından biri də onun kəmiyyətidir. Əşyanı hərtərəfli dərk etmək prosesi onun azlıq-çoxluğunu, ondakı əlamətin qədərini bilməyi də tələb edirdi. Ona görə də insan əşyanı dərk etmək üçün onun mücərrəd kəmiyyətinə də nüfuz etməli olmuşdur. Hələ qədim insanlarda əşyanın konkret miqdarını hesablamaq, bunun üçün hansı ədədi etalon götürmək kimi biliklər olmadığı vaxtlarda onun qeyri-dəqiq kəmiyyəti haqqında anlayışlar olmuşdur. Bu, onu göstərir ki, konkret saylardan daha əvvəl kəmiyyət anlayışı yaranmış və o hər bir dilin özünəməxsus vasitələri ilə ifadə edilmişdir.

Kəmiyyət anlayışı aqqlütinativ dillərdə daha asan üsulla -konkret qrammatik forma ilə ifadə edilir. Bütün türk dillərində xüsusi şəkilçilər vardır ki, onunla kəmiyyət anlayışı ifadə edilir. Məs., adam-adamlar. dəftər-dəftərlər.

 

SƏHƏNDƏ MƏKTUB (B.Vahabzadə).

Səhənd, sözlərindən odlar töküldü,

Oxuduq şeirini göz yaşlarıyla.

Ata malı kimi yarıya böldü,

Qardaş eyni dərdi qardaşlarıyla.

Yazdın, eyni dərdi yaşayaq bahəm,

Qardaş qardaşıyla həmfikir olar.

Sənin düşüncəndi mənim düşüncəm,

Dərdlər bir olanda fikir bir olar.

O acı fəryadlar, şirin nəfəslər

Mənim də könlümün ahı, naləsi! Qardaşım, Təbrizdən gələn bu səslər Bakının səsidir, Bakının səsi!

Deyirsən, yarıya bölünənlərin,

Dərdini dünyada bir bilməyən yox.

Biz də bölünmüşük, ancaq bu dərdi

 

Uca kürsülərdən heç bir deyən yox. Xırda təpələri sellər oyanda, Əsər bu həmləyə dağlar da zağ-zağ. Biz də dərdimizə ağlamayanda, Bizim yerimizə kim ağlayacaq?

Günahkar tutmayaq burda heç kəsi, Dərilib ayrıldıq biz qonça-qonça.

Ana da süd vermir, ciyərparəsi Nalələr qoparıb ağlamayınca. Yüz il, yüz əlli il ağladıq əbəs, Ancaq ərimədi sinə dağları. Qardaş, bilmədik ki, göz yaşı dəlməz, Arzunun önündə duran dağları...

Dünyada hər şeyin bütövü gözəl, Yarımçıq səadət düşmənin olsun.

Mənə qəm versən də, yarı bölmə, gəl, Sevinc verirsənsə… qoy yəqin olsun.

Hamlet doğru deyib: «Ya öl, ya da ol!» Ey!.. Yarı canınla demə ki, varsan. Qəmin də tamını istəyən oğul, Bəs yarı Vətəndə necə yaşarsan?

Hanı?...

Sormadılar — bəs yarı canın?

Niyə ucaltmırsan üsyan səsini?

Hələ görməmişik, Azərbaycanın Bir yerdə, biz bütöv xəritəsini...


Hal kateqoriyası.
Hal kateqoriyasının ümumiliyini qeyd-şərtsiz qəbul etmək olmaz. Bu kateqoriya rus dilində, doğrudan da ümumidir. Məhz bu mövqedən çıxış edərək N.K.Dmitrev 1951-ci ildə «Azərbaycan dilinin qrammatikası»nda bu kateqoriyanı ümumi adlandırmışdı. Bu ənənə uzun müddət dilçilərimiz tərəfindən qəbul edildi. Əslində isə hal kateqoriyasını ümumi hesab etmək olmaz. Çünki Azərbaycan və başqa türk dillərində sifətlər və saylar yalnız substantivləşdikdən (isimləşdikdən) sonra hallanır. Rus dilində bu kateqoriya isim, sifət və sayları əhatə edir. Buna görə də hal kateqoriyasını ümumi hesab etmək olmaz.

Bu kateqoriya formaca morfoloji, məzmunca sintaktik mahiyyətdədir. Tabelilik əlaqəsində olan iki üzvdən biri digərini müxtəlif qrammatik vəziyyətə salır. Bu zaman ikincinin qəbul etdiyi formal əlamətlər toplusu hal kateqoriyası adlanır. Hal kateqoriyası dünya dillərində ən geniş yayılmış qrammatik formalardan biridir. Hal kateqoriyasının ifadə etdiyi qrammatik mənalar bütün dillərə aiddir. Lakin hər bir dilin qrammatik quruluşundan asılı olaraq həmin mənalar müxtəlif cür ifadə edilir. Dilin təkamül üzrə inkişaf qanunu əsasında hal olan butün dillərdə bu kateqoriya uzun təkmilləşmə dövrü keçmişdir.

Hal sözü bir termin kimi müxtəlif mənalarda işlədilmişdir. Bu terminin çoxmənalılığı hələ qədim yunan dilçiliyində özünü göstərmiş və zəmanəmizə qədər davam etmişdir. Məsələn, Aristotel hal dedikdə təkcə isimlərin deyil, sifətlərin və fellerin də muxtəlif qrammatik vəziyyətlərini nəzərdə tutmuşdur. Azərbaycan dilçiliyində də tək hal, cəm hal sözlərinə son vaxtlara qədər rast gəlirdik ki, bu da kəmiyyət kateqoriyası mənasını ifadə edirdi.

Dildə elə qrammatik formalar da vardır ki, onlarda yalnız bir nitq hissəsinin qrammatik əlaməti olur. Əgər əvvəlki kateqoriyalar bir sıra nitq hissələrinə aid edilə bilirdisə xüsusi adlandırılan qrammatik kateqoriyalar yalnız bir nitq hissəsinə aiddir. Məsələn, dərəcə kateqoriyası yalnız sifətlərə aiddir, onu başqa nitq hissələrinə aid etmək olmaz. Dərəcə anlayışı bütün dillərdə xüsusi qrammatik formalarla ifadə edilir. Dərəcə anlayışı yalnız müqayisədən doğur. İnsan təfəkkürünün qənaətinə görə mütləq keyfiyyət yoxdur. Belə ki, ağ ona görə ağ görünür ki, onun əksi qara vardır. Bundan əlavə, mütləq ağ yoxdur. Hər hansı bir ağ başqasının yanında ya ağımtıl, ya da ağappaq ola bilər. Bu bir daha onu təsdiq edir ki, dərəcə anlayışı yalnız müqayisədən doğur. Bu səbəbdən də bəzi dillərdə bu anlayış müqayisə dərəcəsi adlanır. Dünya dillərində müqayisə anlayışını ifadə etmək üçün müxtəlif üsullar mövcuddur. Bəzi dillərdə bu anlayış xüsusi qrammatik formalarla ifadə edildiyi halda, bəzilərində başqa vasitələrlə ifadə edilir.

Azərbaycan dilində sifətin üç dərəcəsi vardır1. Yeri gəlmişkən, göstərmək lazımdır ki, müxtəlif vaxtlarda Azərbaycan dilində sifətin beş (adi, kiçiltmə, müqayisə, üstünlük, şiddətləndirici) dərəcəsi göstərilirdi. Bu, dərəcə anlayışına məntiqi qrammatik mövqedən düzgün yanaşmamaqdan irəli gəlirdi. İlk dəfə dilçiliyimizdə prof. Ə.Dəmirçizadə sifət haqqında məqalə yazmış78 79, orada sifətin üç dərəcəsi olduğunu göstərmişdir. Demək lazımdır ki, Azərbaycan dilçiliyində sifətin dərəcəsi məsələsi ilk dəfə bu məqalədə elmi cəhətdən düzgün izah edilmişdir.

Məlumdur ki, yalnız əsli sifətlər dərəcə kateqoriyası qəbul edir. Əsli sifətlərin adi dərəcədə heç bir qrammatik əlaməti olmur. Qırmızı, şirin, sarı və s. sifətlər adi dərəcədə hesab edilir. Azaltma dərəcəsi iki üsulla yaranır; morfoloji və sintaktik yolla. Morfoloji yolla azaltma dərəcəsi yaratmaq üçün sifətin sonuna -mtıl, -sov, -mtraq, -rək şəkilçiləri artırılır. Məsələn, qırmızımtıl, sarımtraq, uzunsov, gödərək və s.

Sintaktik yolla azaltma dərəcəsi yaratmaq üçün sifətin əvvəlinə açıq, təhər, vari və s. sözlər artırılır. Məsələn, açıq qırmızı, şirintəhər, yüngülvari.

Çoxaltma dərəcəsi də iki üsulla yaranır. Morfoloji üsulla çoxaltma dərəcəsi əmələ gətirmək üçün sifətin əvvəlində birinci heca götürülür, ona m, p, bəzən də s səsləri artırılıb sonradan sözə əlavə edilir. Bu zaman bəzən son samit düşür. Məsələn, göy-gömgöy, yaşıl-yamyaşıl, şirin-şipişirin, qırmızı-qıpqırmızı və s. Sintaktik yolla isə çoxaltma dərəcəsi ən, çox, lap, daha ədatları artırılmaqla yaranır. Məsələn, lap qırmızı, ən açıq, dahayaxşı, ən gözəlvə s.

Türk dilində də sifətin dərəcə kateqoriyası Azərbaycan dilində olduğu kimidir (adi, azaltma, kiçiltmə, çoxaltma). Adi dərəcə Azərbaycan dilindən fərqli olaraq yalnız morfoloji üsulla yaranır, şəkilçiləri isə Azərbaycan dilindəki kimidir. -mtraq, -rək, -imsi şəkilçiləri ilə adi dərəcə yaranır, məsələn, mavimtraq, yeşilmtraq, yeşilimsi, mavimsi, küçüktraq və s.

Çoxaltma dərəcəsi isə həm morfoloji, həm də sintaktik yolla düzəlir. Morfoloji üsulla Azərbaycan dilində olduğu kimi, sifətin birinci hecasına m, p, s samitləri əlavə edilib sözün önünə artırılır, məsələn, beyaz-bembeyaz, yeşil-yemyeşil, düz-düpdüz, sağlam-sapsağlam və s.

 

Sintaktik üsulla iki cür çoxaltma dərəcəsi yaranır:

1) Sifətin təkrarı ilə, məsələn, sərin-sərin, acı-acı, yekə-yekə. Bu üsul Azərbaycan dilində də vardır. Amma Azərbaycan dilindən fərqli olaraq, mı, mi, mu, mü ədatları da artırılmaqla sifətlər təkrar edilir, məsələn, serinmi serin, acımı acı və s.

2) Azərbaycan dilində olduğu kimi, sifətin əvvəlinə daha, ən çox və s. sözlər artırılmaqla, məsələn, gözəl-daha gözəl, aci-çox aci türk dilində müqayisə dərəcəsi də qeyd edilir.80 Vaxtilə Azərbaycan dilində də belə bir dərəcənin varlığı göstərilmişdir.

Türk dilində kibi, kadar qoşmalarının artırılması ilə müqayisə dərəcəsi yarandığını göstərirlər. Məsələn, Orhan Mehmet kadar akıllıdır.

Bu məsələ ilə qeydsiz-şərtsiz razılaşmaq olmaz. Çünki burada müqayisə daha çox məntiqə aiddir. Azərbaycan dilçiliyində də vaxtilə belə bir müqayisədən bəhs edənlər «Bala baldan şirindir», «Yuxu baldan şirindir» cümlələrindəki müqayisəni əsas götürürdülər. Burada müqayisə yaradan -dan, -dən şəkilçisidir. -Dan, -dən isə morfoloji müqayisə yarada bilməz. Əlbəttə, burada müqayisə vardır. Amma bu məntiqi-sintaktik müqayisədir.

Rus dilində də üç dərəcə (nono^MTenbHan cTeneHb, cpaBHMTenbHan cTeneHb, npeBocxogHan cTeneHb) vardır.

Ərəb dilində də sifətlərin adi, müqayisə və üstünlük dərəcələri vardır. Müqayisə və üstünlük dərəcələri adi dərəcədən morfoloji (sabit modellər üzrə) və analitik (təsviri) üsullarla düzəlir.

Morfoloji üsulla yalnız üç samiti və müvafiq qısa saitləri, ya da uzun saitdən ibarət təkcə bir əlavəsi olan keyfiyyət bildirən sifətlər dərəcələnə bilər.

Nisbi sifətlər rəng və ya fiziki nöqsan bildirən sifətlər kimi və daha artıq saitlə və ya uzun saitlə ifadə edilmiş əlavəsi olan hər hansı bir başqa sifət yalnız analitik üsulla dərəcələnir.


Mənsubiyyət kateqoriyası.
Mənsubiyyət kateqoriyası da hal kateqoriyası kimi ənənəvi olaraq ümumi qrammatik kateqoriyalar sırasına daxil edilirdi. Hal kateqoriyası rus dilində ümumi olduğu üçün onu ümumi qrammatik kateqoriyalara daxil etmək olar. Mənsubiyyət kateqoriyası isə xüsusi kateqoriyadır, çünki təkcə isimlər mənsub ola bilər.

Təfəkküründə mənsubiyyət anlayışı olmayan xalq yoxdur. Amma dildə bu anlayışın ifadə formaları müxtəlifdir. Dilin qrammatik quruluşundan asılı, olaraq bəzi dillərdə (o cümlədən türk dillərində) qrammatik forma — kateqoriya ilə ifadə edildiyi halda, bəzi dillərdə bu məna sintaktik vasitələrlə ifadə edilir. Bu məna iki tərəf arasındakı sahiblik və mənsubiyyət münasibətindən doğmuşdur. Yəni çox vaxt birinci tərəf sahib (şəxs), ikinci tərəf mənsub (əşya) olur. Sahib şəxs olduğundan şəxs bildirən sözlər (əvəzliklər) burada əsas rol oynayır. Aqqlütinativ dillərdə, o cümlədən Azərbaycan dilində şəxs bildirən sözlər müəyyən elementlərə çevrilərək xüsusi qrammatik forma şəkli almış, beləliklə, qrammatik kateqoriya yaratmışdır. Belə ki, mən əvəzliyi m, sən əvəzliyi n, biz əvəzliyi ız4, siz əvəzliyi nız4 şəklində isimlərə artırılır. Buna görə də dilimizdə mənsubluq sahiblik anlayışı bildirmək üçün şəxs əvəzliyindən istifadə etməmək olar.

 

İnkarlıq kateqoriyası.
Xüsusi qrammatik kateqoriyalardan biri də inkarlıq kateqoriyasıdır. İnkarlıq geniş anlayışdır. Əslində inkar təsdiqin əksi olduğundan bütün adlara və əlamətlərə aiddir. Əgər bir şey, əlamət, keyfiyyət təsdiq olunursa, deməli o, inkar da edilə bilər. Məsələn, kitabdır-kitab deyil, yaxşıdır-yaxşı deyil. Bu dialektik inkar olub, bilavasitə təfəkkürlə bağlıdır. Bu məsələ ilə bağlı bir məsələni də qeyd etmək lazımdır. Təsdiq və inkarla bağlı, ona oxşar antonimliyi də göstərmək olar. Məsələn, yaxşıdır-yaxşı deyil, deməli pisdir. Əlbəttə, bu idraki inkarın bir növüdür. İnkarlıq kateqoriyası dedikdə fellərin morfoloji inkarlıq əlaməti nəzərdə tutulur.

Bu kateqoriya bəzi dillərdə xüsusi forma ilə ifadə edildiyi halda, bəzilərində xüsusi inkarlıq bildirən sözönü ilə ifadə edilir.

Azərbaycan dilində inkarlıq kateqoriyası felin: təsdiq formasına ma, mə artırmaqla yaranır. Məsələn, get-getmə, oxudum-oxumadım, biləcəyəm-bilməyəcəyəm.

«ANANIN QIZINA NƏSİHƏTİ» (Seyid Əşrəf Gilani).

Xoş dəmidir bu aləmin,

Oyan, körpə qızım, oyan!

Yetgin çağıdır adəmin,

Oyan, körpə qızım, oyan!

Muştuluğu verdi fələk-

Qibtə edir sənə mələk,

Varmı özgə dərdü-qəmin,

Oyan, körpə qızım, oyan!

Bütün Avropa sərasər,

Təhsil edir elmü-hünər.

Mübarəkdir ilk qədəmin,

Oyan, körpə qızım, oyan!

Edəndə hər sirri bəyan,

Sözlər güləş, sözlər oyan.

Qalxır tabı varsa kimin,

Oyan, körpə qızım, oyan!

Məşrutəylə şəndi vətən,

Hüsnü ilə gülür çəmən.

Güldə gülən hər şəbnəmin,

Oyan, körpə qızım, oyan!

Sual və tapşırıqlar V43.

A. İnkarlığın nitqdə rolu.

B. Mənsubiyyət anlayışı bu şeirdə necə verilmişdir.

C. Şeirdə natiqlik sənətinin hansı əlamətləri daha qabarıq verilmişdir.

Ç. Hal kateqoriyası nitqdə nə kimi rol oynayır?

D. Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktının məzmununu öyrənin.


Zaman kateqoriyası.
Fəlsəfi kateqoriyalardan biri də geniş mənada qəbul etdiyimiz zaman anlayışıdır. Zaman və məkan anlayışlarının münasibəti iş və hərəkətin başqa münasibətlərini (obyektivliyi) doğurur. Əşya məkanla bağlı olduğu kimi, hadisə də zamanla bağlıdır. İnsan təfəkküründə zamanın üç növü vardır. Yəni bütün hadisələr yalnız üç (keçmiş, indiki və gələcək) zaman daxilində baş verə bilər. Bu, fəlsəfi-obyektiv zaman hesab olunur. Fəlsəfi-obyektiv zaman anlayışı bütün xalqlarda vardır. Amma həmin anlayışın dildə ifadəsi məhz hər bir dilin qrammatik quruluşundan asılıdır. Bu səbəbdən də qrammatik zaman kateqoriyası bütün dillərdə olmasına baxmayaraq, onun ifadə formaları (hətta bəzən növləri) müxtəlif olur. Bütün zamanları müəyyənləşdirmək üçün əsas meyar indiki zamandır. İndiki zamana münasibət əsasında bu və ya digər hadisə keçmiş və ya gələcəyə aid edilə bilər. Əgər hadisə indiki zamandan (onun haqqında danışılan zamandan) əvvəl baş vermişsə, bu, keçmiş, əgər gələcəkdə baş verəcəksə gələcək zaman hesab edilir. Bu cəhətdən obyektiv zamanla qrammatik zaman bir-birindən seçilir. Bu zamanların hər birinə təxmini tərif versək, belə ifadə almır: 1. İş, hal və hərəkətin baş verdiyi momentə fəlsəfi-obyektiv zaman deyilir. 2. Danışıq momentinin icra momentinə olan nisbətinə qrammatik zaman deyilir. Yəni: QRz = (Qrammatik zaman

IM

bərabərdir danışıq momenti bölünmüş icra momentinə)

Danışıq momentini geniş mənada başa düşmək lazımdır. Yəni təkcə indiki zamanda danışıq nəzərdə tutulmamalıdır. Danışıq momenti dedikdə həmin momentin əhatə etdiyi obyektiv zamanın məna çalar və növlərini də nəzərdə tutmaq lazımdır. Məhz bu vaxt qrammatik zaman dünya dillərində çoxlu ifadə formalarına malik olur. yəni Zf = Zqrn.

Bu o deməkdir ki, fəlsəfi zaman dünya dillərində qrammatik cəhətdən nə qədər ifadə formasına malikdir. Çünki hər bir dildə qrammatik zamanın 8-10-15 ifadə forması olduğunundan başqa, dünya dillərinin çoxluğunu nəzərə almaq lazımdır.

Azərbaycan dilində keçmiş zamanın nəqli, şühudi deyə iki növünü qeyd etsək də, bu formaların hekayəti və rəvayətini, fel formaları ilə işlənmə xüsusiyyətlərini nəzərə alsaq, bir çox rəqəm meydana gələr. Keçmiş zaman dedikdə iş və hal-hərəkətin keçmişdə icra edildiyini indi xəbər vermək nəzərdə tutulur. Şühudi keçmiş hadisənin şahidi tərəfindən nəql edildiyini bildirir və -dı, -di, -du, -dü şəkilçiləri ilə düzəlir. Amma bu, tam və yeganə cəhət deyil. Məsələn, mən kitab oxumuşam, mən çörək yemişəm dedikdə (formaca nəqli keçmiş) bu o deməkdirmi ki, mən həmin hadisənin şahidi olmamışam? Burada başqa bir cəhəti — məntiqi mündərəcəni də nəzərə almaq lazımdır. Şühudi keçmişdə hadisənin nəticəsinin meydanda olmasını nəzərə almaq lazımdır. Əgər hadisənin nəticəsi meydanda vardırsa, onda -mış, -miş, -muş, -müş formalarını nəzərə almadan şühudi keçmiş hesab etmək lazımdır. Çünki danışan hadisənin şahidi olmuşdur.

Müasir Azərbaycan dilində felin gələcək zamanı çox sadə üsulla yaranır. Azərbaycan dilində də gələcək zaman hər hansı köməkçi fellə deyil, şəkilçilərlə yaranır. Qəti gələcək -caq, -cək (-acaq, -əcək), qeyri-qəti isə -ar, -ər (-yar, -yər) şəkilçiləri vasitəsilə yaranır. Demək lazımdır ki, -caq, -cək forması XVIII əsrə qədər -ğac, -kəc şəklində də işlədilmişdir.

 

QƏZƏL (Nəsimi).

Gərçi fəraqə düşmüşəm, eyni-vüsal içindəyəm,

Gəl nəzər eylə halimə, gör ki, nə hal içindəyəm.

Vəsli-rüxün zülalına susadım, üştə yanərəm, Gözümə baxü gör necə abi-zülal içindəyəm

Nəqşi-xəyali-surətin, sanma ki, məndən ayrıla,

Çün bu xəyalü nəqş ilə nəqşü xəyal içindəyəm.

Xürrəm edər ümid ilə vəsli-rüxün məni, vəli,

Vəsl irişincə canimə, xunu məlal içindəyəm.

Zülf ilə qaşü kipriyin əbcədü cimü dal imiş,

Mən bu hürufi-şəkl içün cim ilə dal içindəyəm.

Talevü bəxt ulduzum kövkəbi-nəhsə uğradı, Ey şərəfim, səadətim, gəl ki, vəbal içindəyəm.

Vəslinə irmək istərəm gör neçə eyniyəm onun,

Məndən onu kim ayirə, fikri-məhal içindəyəm.

Sən mənim olduğun, şəha, düşmənə zahir olmamış,

Münkir ilə bu mənidən gililə qal içindəyəm.

Surəti qaşü alnına verdi Nəsimi könlünü,

Mən bu səbəbdən ey günəş, bədrü hilal içindəyəm

Sual və tapşırıqlar V®43.

A. Zaman anlayışını nitqdə necə vermək olar ki, forma ilə məzmun uyğun gəlsin.

B. Dialektlərdə və dilimizin tarixində forma ilə məzmun uyğun gəlmədiyi hallar olmuşdur. Buna misallar tapın.

C. Nəsiminin qəzəlində zaman və şəxs kateqoriyasının ifadə üsullarına diqqət edin.

Ç. Qəzəldə nitqin hansı keyfiyyətləri daha qabarıq verilmişdir.


Növ kateqoriyası.
Fel kateqoriyası həm leksik-semantik, həm də qrammatik cəhətdən ən zəngin, ən mürəkkəb kateqoriyadır. Felin çoxcəhətli əlaqə və münasibətləri onun özünəməxsus çoxşaxəli qrammatik mənaları olmasını şərtləndirir. Fel bir tərəfdən zamanla əlaqədardırsa, digər tərəfdən iş görənlə — subyektlə və üzərində iş görülən obyektlə əlaqədardır. Fel-subyekt-obyekt əlaqələri əsasında onun xüsusi bir kateqoriyası olan növ meydana çıxır. Subyektlə obyekt və iş prosesində onların bir-birinə münasibəti müxtəlif dillərdə müxtəlif qrammatik mənalar doğurur. Bu cəhətdən türk dilləri başqa dillərdən öz zənginliyi ilə seçilir.

Dünyada elə bir dil yoxdur ki, orada işlə obyekt, subyektlə obyekt münasibətdə olmasın. Subyekt və obyekt məsələsindən danışarkən birincinin ikinci üzərində təsiri məsələsi meydana çıxır ki, bu da xüsusi bir qrammatik kateqoriyanı — təsirlik kateqoriyasını şərtləndirir. Təsirlilik kateqoriyasını bilmədən növ (zolaq) haqqında təsəvvür əldə etmək çətin olar.

Subyektin obyektə təsiri keçməsi və keçməməsinə görə fellər iki qrupa bölünür: təsirli və təsirsiz.

Təsirli fellər iş və ya hərəkətin hər hansı bir obyektə doğru fəal surətdə yönəldiyini, onun üzərində məntiqi və ya qrammatik təsiri olduğunu göstərir. Təsirli fellər özündən sonra kimi? nəyi? və haranı? suallarına cavab olan təsirlik halı tələb edir. Bu suallar obyekt və iş münasibətindən doğan birinci suallardır. Buna görə də bu suallar əsasında müəyyənləşdirilən tamamlıqlar da vasitəsiz adlanır. Məsələn, oxumaq (nəyi?), görmək (nəyi?), bilmək (nəyi?), dağıtmaq (nəyi?), (haranı?), çağırmaq (kimi?), qorxutmaq (kimi?) və s.

Təsirsiz fellər özündən sonra təsirlik hal tələb edə bilmir. Yəni onlar ismin təsirlik halında idarə edə bilmir. Onlar bu və ya digər obyektə doğru yönəlməyən iş, hal və hərəkəti bildirir. Məsələn, baxmaq, qaçmaq, oturmaq və s. kimi fellər obyektə fəal təsir etmir. Yəni onların obyekt üzərində təsiri olmur. Bu səbəbdən də təsirsiz fellər özündən sonra vasitəsiz tamamlıq tələb edə bilməz.

Fellərin özündə təsirlilik anlayışı leksik-qrammatik mənada olduğu üçün onların formasını dəyişməklə təsirliliyini də dəyişmək olar. Məs., qorxmaq — təsirsiz, qorxutmaq — təsirli, döymək — təsirli, döyülmək — təsirsiz və s.

Təsirlilik anlayışı fellərdə növ mənasının izahına xeyli kömək edir. Belə ki, subyektin obyektə olan münasibətindən felin növləri meydana çıxır.

Yuxarıda dediyimiz kimi, felin növ kateqoriyası türk sistemli dillərdə, o cümlədən Azərbaycan dilində geniş inkişaf etmiş və xüsusi kateqorial affikslərlə ifadə edilir. Felin növləri — termin birləşməsi dilçiliyimizdə o qədər də qədim deyil. Əvvəllər bu termin «felin babları» adlanırdı. Azərbaycan dilində felin 6 növü vardır: 1. Məlum; 2. Məchul; 3. Qayıdış; 4. Qarşılıq; 5. Müştərək; 6. İcbar.

Bu növlərin şərhinə keçməzdən əvvəl dilçiliyimizdəki bəzi mübahisəli məsələləri qeyd etmək lazımdır. Birinci, məlum növ adı haqqında. Prof. M.Hüseynzadə bu növü doğru olaraq məlum növ adlandırır. Çünki burada iş görən — subyekt məlumdur. Prof. N.Məmmədov isə rus dilindəki HeMCTBMTeflbHHM sa^or termininin təsiri ilə felin bu növünü əsas növ adlandırır. Bizcə, məlum növ adlandırmaq daha doğru olardı.

Məlum növ. Adından da göründüyü kimi, bu növdə subyekt məlum olur. Yəni heç bir morfoloji əlamət qəbul etmədən iş görən subyektin kim olduğu bilinir.

Başqa sözlə, iş kim tərəfındən görülür? sualına müəyyən cavab vermək olur. Felin təsirli və ya təsirsiz olmasından asılı olmayaraq işin kim tərəfindən icra edildiyi müəyyən olursa, bu məlum növ adlanır. Məsələn, yatdı, daşıdı fellərinin biri təsirsiz, digəri isə təsirlidir. Hər ikisinin subyekti məlumdur.

Cümlədə obyektin olub-olmaması o qədər də lazım deyil. Bəzən felin təsirli və ya təsirsizliyindən asılı olaraq obyekt tələb edilə bilər. Əgər təsirli fellərdə. S-O-P81 olması zəruridirsə, təsirsiz məlum fellərdə S-P olması kifayətdir.

Məchul növ. Bu növ fellərdə subyekt hüzurda olmur. Leksik -semantik məna yalnız obyektlə fel arasındakı münasibətə əsasən aydınlaşır. Dildə sırf təmiz məchul fel yoxdur. Onlar məlum növ fellərə müxtəlif şəkilçilər artırmaqla düzəlir. Məlum növ fellərin subyekti obyektə çevrilir. Başqa bir fəal subyekt tərəfındən iş icra edilir ki, o da məlum olmur. Məsələn, Məhəmməd yazdı cümləsində fel məlumdur. Onu məchul etmək üçün xüsusi formal əlamət olan -ıl şəkilçisi artırmaqla Məhəmməd obyektə çevrilir. Yazan fəal subyekt isə məlum olmur. Yəni Məhəmməd yazıldı cümləsində yazan məlum deyil. Bu prosesi belə bir sadə sxemlə göstərmək olar: S-O-P-S=?82.

Yəni obyekt üzərində iş görən məlum deyil.

Məchul növ fellərin düz olması üçün aşağıdakı şəkilçilərdən istifadə edilir: -ıl, -il, -ul, -ül; -ın, -in, -un, -ün.

Həyətdəki torpaq daşındı: O-P-S=?

Bu düstur-sxemlər felin forma növünü müəyyənləşdirməyə kömək edir. Qeyd etmək lazımdır ki, məchul növ fellər əsasən təsirli fellərdən düzəlir: aldı, alındı, dedi, deyildi, vurdu, vuruldu, qoydu, qoyuldu və s.

Qayıdış növ. Felin qayıdış növü formaca məchul növdən seçilmir. Amma mənasına görə onlar müxtəlif olur. Əgər məchul növdə subyekt obyektə çevrilir, yeni fəal subyekt meydana çıxırdısa, qayıdış növdə subyektlə obyekt birləşir, Yəni obyektə aid iş və hərəkət subyektin özü üzərində icra edilir. Əslində, burada obyekt elə subyektin özü olur. Dediyimiz kimi bu iki növün formaca fərqi yoxdur; qayıdış növ də -ıl (-il, -ul, -ül), -ın (-in, -un, -ün) şəkilçiləri ilə düzəlir.

Müqayisə edək: torpaq daşındı; qız fikrindən daşındı və ya paltar sərildi; Faiq üzü üstə yerə sərildi.

Birinci iki cümlədə -ın ilə düzələn eyni formalı daşındı, ikinci misalda -il ilə düzəlmiş eyni formalı sərildi feli verilmişdir. Birincilər məchul, ikincilərin isə qayıdış növ olduğunu müəyyən etmək üçün subyektin prosesdə iştirakına fikir vermək lazımdır. Birincilərdə O-P-S=?, ikincilərdə isə SoO-l’ olduğunu görürük.

Yəni ikinci daşındı və sərildi feli kim tərəfindən icra olunmasından asılı olmayaraq, obyektlə subyekt birləşmişdir. Yəni iş, hal, hərəkət subyektin öz üzərində icra edilmişdir. Hər iki halda fellər təsirsizdir. Azərbaycan dilində bir neçə fel istisna təşkil edərək qayıdış növdə özünə obyekt tələb edir. Məsələn, soyundu (nəyi?), geyindi (nəyi?).

 

Qarşılıq növ. Bu növdə də subyektin felə qarşı münasibəti bildirilir. Burada obyekt olmur. İş və hərəkət iki fəal subyekt arasında gedir. Yəni SoS-P olur. Qarşılıq növün şəkli əlamətləri -ış, -iş, -uş, -üş, -laş, -ləş və s. kimi şəkilçilərdir.

Bu növdə əsas məsələ ən azı iki subyekt arasında münasibətin olmasıdır. Burada subyektlərin az və çoxluğu, tək və cəmliyi rol oynamır. Məsələn, yazış, vuruş, söyüş, seviş və s.

Bu felləri dedikdə aydın olur ki, iş və hərəkət iki subyekt arasında baş verir. Yeri gəlmişkən, göstərmək lazımdır ki, eyni formada olan vuruş, duruş sözləri isim kimi də işlənə bilər. Aydındır ki, «Onun ceyran kimi baxışı, maral kimi duruşu adamı əfsunlayır» cümləsindəki baxış və duruş sözləri fel deyil, isimdir. -laş və -ləş şəkilçiləri ilə də qarşılıqlı növ yaranır. Məsələn, güləş (güc-ləş), əlləş, dilləş, gözləş, sözləş, dalaş, bağlaş və s.

Müştərək növ. Çox vaxt qarşılıqlı növə aid edilən, bəzən yanaşı olaraq qarşılıq-müştərək adlandırılan bu növdə hərəkətlə onun subyekti arasındakı münasibət əsas götürülür. Formaca müştərək növlə qarşılıq növ fərqlənmir. Amma onların mənasına fikir verdikdə aydın olur ki, burada müştərəklik — bir neçə subyektin müştərək fəaliyyəti göz qabağındadır. Məsələn, İtlər hürüşdü; Quzular mələşdi; Qurbağalar quruldaşdı və s. kimi cümlələrdə obyekt tələb edilmədən bir iş (fel) bir neçə subyek tərəfindən eyni vaxtda icra edilir. Bu məsələyə bir qədər diqqət vermək lazımdır. Çünki qrammatik formantn eyniliyindən əlavə məntiqi məna da bəzən bu iki növü ayırd etməyə imkan vermir. Məsələn, Onlar sevişir dedikdə qarşılıq nə dərəcədədirsə müştərəklik də həmin dərəcədədir. Bu növün düstur sxemi belə olardı: SoS-P.

İcbar növ. Bu növdə iş və hərəkətin icrası zamanı ik subyekt iştirak edir. Birinci subyekt qeyri-fəal, ikinci subyekt isə fəal olur. Obyektin olması isə məcburidir. Çünki fəal subyekt qeyri-fəal subyektin tələbi ilə iş görməlidir: S-O-S-P.

Burada fellər təsirli olur və fəal subyektin icrasında da fəal olaraq qalır. Məsələn, Həsən məktubu oxutdu, Əli dişini çəkdirdi cümlələrində məktubu oxuyan və dişi çəkən əsas fəal subyektdir. O da hüzurda yoxdur. İcbar növü bəzən iş, hal, hərəkət elə birinci subyekt tərəfindən icra edilir. Məsələn, Əli saçını uzatdı; Ziba ayranı çürütdü; Rəhilə xamın acıtdı və s. kimi cümlələrdə subyekt məlumdur.

İcbar növün şəkli əlamətləri bunlardır: -dır, dir, -dur, -dur, -ırt, -dırt, -dirt, -durt, -dürt, -lt. -ıt, -ut, -üt, -at və s.

 

Bəzi feller də bu növ köməkçi vasitələrlə yaranır. Fars dilində səni döydürərəm icbar növü yaratmaq üçün verərəm səni döyərlər forması işlənir (be də həm tora be zənənd).

Ərəb dilində fel babları adlanan belə növ dəyişmələri, əsasən, üçsamitli fellərdə olur. Ərəb dilində proses adı bildirən sözlər Azərbaycan dilinə fel kimi deyil ad kimi keçmişdir. Buna görə də həmin hərəkət, iş bildirən sözlərin subyekti — fail, obyekt isə məful modellərində dilimizdə işlənir. Belə sözlər dilimizdə həddindən çoxdur. İş — fel, subyekt — fail, obyekt — məful modelindən istifadə edərək dilimizdə işlənən bir çox ərəb mənşəli sözün ilkin mənasını müəyyənləşdirmək olar. Sözlərin flektiv dəyişməsi ilə yeni məna babları meydana çıxır. Aşağıdakıları müşahidə edək: zikr — fel, zakir — fail, məzkur — məful.

qəsd — qasid — məqsud

xərc — xaric — məxruc

nəql — naqil — mənqul nəsr — nasir — mənsur cəlb — calib — məclub şükr — şakir — məşkur zühr — zahir — məzhur və s.

 

 

 
Müəllif: Adil Babayev
Mənbə: Azərbaycan dili və nitq mədəniyyəti (ali məktəblər üçün dərslik). “Gənclik” nəşriyyatı, Bakı,2015. 572 səh.

 

 

0 şərh