Eynicinsli qoşasamitli sözlər

Qoşasamitli sözlərin yazılışı və tələffüzü
Qoşasamitli sözlər iki növə bölünür:1) Eynicinsli qoşasamitli sözlər. 2) Müxtəlifcinsli qoşasamitli sözlər.
Eynicinsli qoşasamitli sözlər özləri də iki qrupa bölünür: kar samitlərin qoşalığı və cingiltili samitlərin qoşalığı.
Kar samitlərdən qoşa kk, pp və tt samitləri ilə yazılan sözlərdə ikinci kar samit onun cingiltili qarşılığı kimi tələffüz olunur. Məs:hətta [hətda], əlbəttə [əlbətdə], guppultu [gupbultu] və s.
Kar samitlərdən qoşa ff, ss samitlərinin işləndiyi sözlərdə tələffüzdə heç bir fərq yaranmır. Məs: tələffüz [tələffüz].
Qoşa qq samitləri ilə yazılan sözlərdə birincisi kar qarşılığı kimi tələffüz olunur. Məs: rəqqas [rəkqas] ,saqqız [sakqız] və s.
Cingiltili samitlərdən qoşa bb, cc, dd, ll, mm, nn, rr, vv, zz, ff samitlərinin işləndiyi sözlərdə tələffüzdə heç bir fərq yaranmır. Məs: abbat [abbat], rəssam [rəssam], addım [addım], şəffaf [şəffaf] və s.
Qoşa yy samitləri ilə yazılan sözlərin bir çoxu bir y ilə deyilir. Məs: kəşfiyyat [kəşviyat], hissiyyat [hissiyat]və s.

Yadda saxla!
Alınma sözlərdə işlənən -iyyat2, -iyya2 şəkilçilərində işlənən qoşa yy samitləri bir y ilə tələffüz olunur. İstisna: cəfəngiyat sözündə bu prinsip pozulur. Dilimizdə cəfəng sözü olsa da, lüğətlərdə bu söz bir -y ilə yazılır.
Söz kökündə işlənən qoşa yy samitləri yazıldığı kimi də tələffüz olunur. Məs: səyyah, səyyad, qəyyum, səyyarə, təyyarə, Fəyyaz, Teyyub və s.

Qoşa yy samitləri ilə yazılan sözlər
Məsuliyyət, əməliyyat, nəqliyyat, ətriyyat, təyyarə, qəyyum, Xəyyam, səyyah, səyyar, ədəbiyyat, mənəviyyat, riyaziyyat, hədiyyə, cərrahiyyə, xasiyyət, vəziyyət, əhəmiyyət, kəmiyyət, nailiyyət, cəmiyyət, şəxsiyyət, hakimiyyət, mülkiyyət, xüsusiyyət, məğlubiyyət, qalibiyyət, hürriyyət, xəfiyyə, niyyət, məğlubiyyət, müvəffəqiyyət, müəyyən, kəşfiyyat, xeyriyyə, bəşəriyyət, aidiyyət, ictimaiyyət, niyyət, bələdiyyə, ciddiyyət, cərrahiyyə, cinsiyyət, davamiyyət, ədliyyə, eyniyyət, fərziyyə, fəaliyyət, fəxriyyə, əziyyət, hal-qəziyyə, heysiyyət, ilahiyyat,irsiyyət, istiqlaliyyət, keyfiyyət, külliyyat, qabiliyyət, maliyyə, məhdudiyyət, mədəniyyət, mədhiyyə, məhrumiyyət, məşğuliyyət, məhkumiyyət, mənsubiyyət, məziyyət, məsuliyyət, məzuniyyət, müdiriyyət, muxtariyyət, mütləqiyyət, nəşriyyat, səciyyəvi, şəxsiyyət, vəsiyyət və s.

Bir y samiti ilə yazılan sözlər

Tövsiyə, saniyə , tərbiyə, cəfəngiyat, məyus, təyin, akasiya, aksiya, Akademiya, alleqoriya, allergiya, laboratoriya, ambisiya, anarxiya, artilleriya, batareya, Bəxtiyar, coğrafiya, dekorasiya, diviziya, dizinteriya, ehtiyat, ehtiyac, federasiya, fiziologiya, filarmoniya, filologiya, fotoqrafiya, frazeologiya, haşiyə, heyət, imperiya, inteqrasiya, investisiya, inversiya, intonasiya, infeksiya, izolyasiya, kampaniya, kommersiya, koordinasiya, qvardiya, muğayat, orfoepiya, olimpiya, riayət, şayiə, təmayülvə s.
Həmçinin bax:
Samit səslər

0 şərh