Feli birləşmələr

Əsas tərəfi fellərdən ibarət olan birləşmələrə feli birləşmələr deyilir.
Feli birləşmə dedikdə, əsas tərəfi feli sifət, feli bağlama və ya məsdərdən ibarət olan birləşmələr nəzərdə tutulur. Məsələn: məktubu oxuyan, film izləyən; məktubu oxuyanda, film izləyəndə; məktubu oxumaq, film izləmək.
Göründüyü kimi feli birləşmə müstəqil sözlərin feli sifət, feli bağlama və ya məstərə tabe olur.
Feli birləşmələr cümlə daxilində tərkib əmələ gətirir. Tərkiblər əsas tərəflərin adları ilə adlanır və üç növə ayrılır:

  1. məsdər tərkibləri
  2. feli sifət tərkibləri
  3. feli bağlama tərkibləri

Tərkiblərdə sözlərin miqdarı adətən çox olur. Birləşmə üçün iki, tərkib üçün çox söz səciyyəvi hesab olunsada, tərkib və birləşmə əslində sinonim terminlərdir.

Məsdər, feli sifət və feli bağlama tərkibləri

Məsdər tərkiblərinin əsas tərəfi məsdərdən ibarət olur. Məsələn: Sən olnara tatarca yazmaq öyrədirsən? – cümləsində tatarca yazmaq məztər tərkiblidir və tatarca sözünün yazmaq məstərinə tabe olması yolu ilə yaranmışdır.
Məsdər tərkibləri əksərən cümlənin mübtəda və tamamlığı vəzifəsində işlənir. Məsələn: Çox irəli getmək təhlükəli idi. İnsanı sevməyə ixtiyarım var – cümləsində çox irəli getmək mübtəda, insanı sevməyə birləşməsi tamamlıqdır.
Feli sifət tərkibinin əsas tərəfi feli sifətdən ibarət olur. Məsələn: Onun yeri hər bahar qızıl lalələrlə örtülən düzənlik oldu – cümləsində hər bahar qızıl lalələrlə örtülən sözləri feli sifət tərkibidir və əsas tərəfi örtülən – feli sifətdir.
Feli sifət tərkibləri cümlədə əksərən təyin vəzifəsində işlənir. Məsələn: Meşəyə gedənlər geri qayıtdılar. Yarışda birincilik qazananları təbrik etdilər – cümlələrində meşəyə gedənlər mübtəda, yarışda birincilik qazananları tamamlıqdır.
Feli bağlama tərkibinin əsas tərəfi feli bağlamadan ibarət olur. Məsələn: Məhəmməd atı dirəyə bağlayıb, ağanın yanına gəldi – cümləsində atı dirəyə bağlayıb feli bağlama tərkibində, bağlayıb əsas tərəf, atı dirəyə sözləri əsas tərəfdir.
Feli bağlama tərkibləri cümlədə əksərən zərflik (zaman, tərzi-hərəkət, səbəb zərflikləri və s.) vəzifəsində işlənir. Məsələn:
Akif həyətdən çıxanda anası dalınca su atdı – cümləsində Akif həyətdən çıxanda feli bağlama tərkibi zaman zərfliyidir.

 

1 şərh

heyatin-ellerinde

Genis bir movzudur,tam ehate olunmayib,amma umumi tesevvur yarada bilir.Emeye gore tesekkurler.