Рейтинг
+48.38

Azərbaycan dili

42 üzv, 149 topik

Feli bağlama

Feli bağlama həm felin, həm də zərfin xüsusiyyətlərini daşıyır. Cümlədəki əsas feli müxtəlif cəhətdən izah edir. Feli bağlama şəkilçiləri aşağıdakılardır:
1. -ıb4. Bu şəkilçi ilə düzələn feli bağlama bir neçə mənanı ifadə edir:
a) İş və hərəkətin əsas feldən əvvəl icra olunduğunu bildirir, nə zaman? sualına cavab olur. Məsələn: O, kənd orta məktəbini bitirib, təhsilini davam etdirmək üçün Bakıya getdi.
b) Cümlədə əsas feldəki hərəkətin icra tərzini bildirir və necə? nə cür? suallarına cavab olur. Məsələn: At ayaqlarını yerə döyüb kişnəyirdi.
c) Cümlədə əsas feldəki hərəkətin səbəbini bildirir və niyə? nə üçün? suallarına cavab olur. Məsələn: Uşaq atasını görüb ürəkləndi.


Ardı →

Say

Əşyanın  miqdarını və ya sırasını bildirən əsas nitq hissəsinə say deyilir. Say neçə? nə qədər? neçənci? suallarından birinə cavab olur. Məsələn: iki (uşaq), beş (kitab), birinci (sinif) və s.
Sifət əşyanın əlamətini, say isə miqdar və ya sırasını bildirir. Sayın sifətlə bir neçə oxşar cəhəti var:
  • Say da sifət kimi isimlə bağlı olur və sifət kimi isimdən əvvəl işlənır.
  • Say da sifət kimi cümlədə ən çox təyin olur.
  • Say da sifət kimi ismi əvəz edə bilir, yəni isimləşir.
  • Say da sifət kimi quruiusca sadə, düzəltmə və mürəkkəb olur.

Davamı →

Sifətin müqayisə dərəcələri

Sifəti başqa nitq hissələrindən fərqləndirən əsas əlamətlərdən biri də onun dərəcə bildirməsidir. Müxtəlif əşyalardakı eyni bir əlamət başqalarından az və ya çox dərəcədə fərqlənir. Məsələn: şirin bal şirin qarpız, sarı limon və sarı alma birləşmələrindəki əşyaların əlaməti — şirinliyi və sarılığı eyni dərəcədə dəyil. Bu baxımdan sifətin nıüqayisə dərəcələri vardır.
Əşyanın əlaməti üç dərəcədə ola bilər: normal, normadan az, normadan çox. Bu xüsusiyyətə görə sifətin üç dərəcəsi var:
1. Adi dərəcə
2. Azaltma dərəcəsi
3. Çoxaltma dərəcəsi
Davamı →

Sifət,sifətin quruluşca növləri

Sifət əşyanın əlamət və keyfiyyətini bildirən əsas nitq hissəsidir. Sifət necə? nə cür? hansı? suallarından birinə cavab olur. Sifətlər daha çox əşyanın əlamətini, keyfiyyətini və rəngini bildirir. Əlamət dedikdə əşyanın zahiri görkəmi, keyfiyyət dedikdə isə onun daxili xüsusiyyəti nəzərdə tutulur. Məsələn: əşyanın həcmi (uzun, qısa, böyük, kiçik və s.), zahiri görkəmi (nurani, yaşlı, kök, artıq və s.) onun əlamətidir. Əşyanın daxili xüsusiyyəti, yəni dadı, xasiyyəti, vərdişi, mənəvi cəhətləri (məsələn: çalışqan, əliaçıq. ürəyiyumşaq, ağıllı və s.) onun keyfiyyətidir. Əşyanın rəngi də onun əlaməti sayılır.
İsim əşyanın adını, sifət isə əlamətini bildirir. Buna görə də sifət həmişə ismə aid olur və ondan əvvəl işlənir.
Davamı →

Sözün tərkib hissələri

Dilimizdəki sözlər tərkib hissələrinə görə iki yerə ayrılır: kök və şəkilçi. Bunlar sözün mənalı tərkib hissələridir.
Sözün ayrılıqda işlənə bilən və leksik mənası olan hissəsinə kök deyilir, Sözün ayrılıqda işlənə bilməyən və leksik mənası olmayan hissəsinə isə şəkilçi deyilir.
Dilimizdə, bir qayda olaraq, əvvəl kök, sonra isə şəkilçi gəlir. Məsələn: məktəb+li, dəniz+çi, çəmən+lik və s.
Qeyd: Dilimizdə sözün kökündən əvvəl gələn şəkilçilər də vardır:na, bi, ba, la, a, anti və s. Məsələn:namərd, narahət, narazı, bixəbər, biçarə, bitərəf, laqeyd, laməkan, anormal, antihumanist və s. Bu şəkilçilərdən ilk dördü ərəb — fars mənşəli, sonuncu ikisi isə Avropa mənşəlidir. Belə şəkilçilərə ön şəkilçi deyilir. Həmin şəkilçi ilə işlənən sözlərin çoxu şəkilçi ilə birlikdə dilimizə daxil olmuşdur.
Davamı →

Cümlə üzvlərin iştirakına görə sadə cümlənin növləri

Sadə cümlə. Sadə cümlə baş üzvlərin iştirakına görə müxtəlif qruplara bölünür. Bu meyarla sadə cümlənin aşağıdakı növləri qeyd olunur:

1. Təktərkibli cümlələr.
2. Cüttərkibli cümlələr.

Təktərkibli cümlələr. Baş üzvlərdən hər hansı biri iştirak etməyən cümlə təktərkibli adlanır. Belə cümlələrdə ya xəbər, ya da mübtəda iştirak etmir. Əgər xəbər iştirak etmirsə, cümlə mübtəda kütləsi əsasında formalaşır. Belə cümlələrin aşağıdakı növləri vardır:

Davamı →

Sadə, nəqli və nida cümlələri

Cümlə.
Cümlə məsələsinə gəldikdə, göstərmək lazımdır ki, bu problem çox tədqiq olunduğu qədər, çoxlu mübahisələr də doğurmuşdur. Bir sıra alimlər cümlə haqqında dolaşıq fikirlər irəli sürürdülər. Onlardan bir neçəsinə diqqət yetirək.

Davamı →

Cümlədə həmcins üzvləri

Cümlədə eyni qrammatik vəzifə daşıyan üzvlər həmcins üzvlər adlanır. Onlar eyni cür idarə olunur, eyni cür yanaşır (və ya yanaşılır, eyni cür uzlaşır. Buna görə də onlar həmcins adlanır. Cümlənin bütün üzvləri həmcins ola bilər. Məs.:

Davamı →

Cümlənin üzvləri

Dilin ən böyük vahidi olaraq cümlə də müəyyən hissələrdən -üzvlərdən ibarətdir. Cümlə üzvü dedikdə nə nəzərdə tutulur? Cümlə mürəkkəb sintaktik-qrammatik və məntiqi semantik əlaqələrin məcmusu olduğu üçün onun konstruktiv elementləri də bir-biri ilə əlaqədar olmalıdır. Cümlənin tərkibinə daxil olan bütün elementlər onun üzvü ola bilməz. Cümlə tərkibində çıxış edən dil elementlərindən yalnız elələri cümlə üzvü olur ki, onlar bu tərkibin hər hansı bir üzvü ilə qrammatik və məntiqi əlaqəyə girmiş olsun. Başqa sözlə, cümlə üzvlərindən heç olmazsa biri ilə sintaktik əlaqəyə girməyən bir vahid həmin cümlənin üzvü hesab edilmir. Məsələn, xitablar, ara sözlər, bağlayıcılar və s. cümlədə bu və ya digər qrammatik məna daşısa da, cümlə üzvü funksiyasını yerinə yetirmir. Cümlə üzvləri ilə uzlaşma idarə və yanaşma əlaqələrindən biri vasitəsilə birləşən hər hansı bir dil vahidi cümlə üzvü hesab edilir.


Davamı →

Qrammatik əlaqə vasitələri

Təkrarlar
Dünya dillərində geniş yayılan qrammatik vasitələrdən bir də təkrarlardır. Təkrarlar dildə müxtəlif məqsədlər üçün işlədilir. Hansı məqsədlə işlədilməsindən asılı olmayaraq, təkrarlar dildə qrammatik məna ifadə etməlidir. Eyni sözün təkrarı həmişə qrammatik məna daşımır. Məsələn,

Edəmən tərki Füzuli səri-kuyin yarın,

Vətənimdir, vətənimdir, vətənimdir, vətənim. (Füzuli)


Davamı →