Рейтинг
+48.38

Azərbaycan dili

42 üzv, 149 topik

Felin sadə şəkilləri

Fellər şəxsə və kəmiyyətə görə dəyişib, dəyişməməsinə görə iki qrupa bölünür:
1. Təsriflənən formalar
2. Təsriflənməyən formalar
Felin şəxsə və kəmiyyətə görə dəyişən formalarına felin təsriflənən formaları deyilir. Felin təsriflənən formalarına felin sadə və mürəkkəb şəkilləri daxildir.

Felin sadə şəkilləri



Felin şəkilləri danışan (haqqında danışılan) şəxsin görülən işə, hərəkətə münasibətini büdirir. felin altı sadə şəkli var:
  1. Əmr şəkli
  2. Xəbər şəkli
  3. Arzu səkli
  4. Vacib şəkii
  5. Lazım şəkli
  6. Şərt şəkli

Davamı →

İsmin mənsubiyyətə və şəxsə görə dəyişməsi

Dilimizdəki isimlər əşyanın şəxsə (kimə və ya nəyə) mənsub olmasına görə dəyişir. Bu dəyişmə mənsubiyyət şəkilçilərinin köməyi ilə yaranır. Əşyanın hansı şəxsə mənsubluğunu, aid olduğunu bildirən şəkilçilər mənsubiyyət şəkilçiləri adlanır. Mənsubiyyət şəkilçiləri əşyanın I,və III şəxslərə mənsubluğunu bildirir. Bunu aşağıdakı cədvəldə aydın görmək olar:

 

Tək

Cəm

 

Şəkilçilər və nümunələr

Şəkilçilər və nümunələr

I-şəxs

-m, -ım, ata+m, ütü+m, bağ+ım, ev-im, top-um, üzüm-ün

-mız, -ımız4; ata+mız, ütü+müz, bağ-ımız, ev+imiz, top+umuz, üzüm+ümüz

II-şəxs

-n, -ın, ata+n, ütü+n, bağ+ın, ev+in, top+un, üzüm-ün

-nız4, -ınız4; ata+nız, ütü+nüz, bağ+ınız, ev+iniz, top+unuz, üzüm+ünüz

III-şəxs

-ı4 –sı4; ata+sı, ütü+sü, bag+ı, ev+i, top+u, üzüm+ü

-ı4, -sı4; ata+sı, ütü+sü, bağ+ı, ev+i, top+u, üzüm+ü


Ardı →

Fonetik təhlilə nümunə

Fonetik təhlil zamanı sözün səs və hərf tərkibi, heca, vurğu, ahəng qanunu və s göstərilir.
Təhlilin aparılma qaydası:
1.Sözün səs və hərf tərkibi
2.Sait səslər(qalın, incə, dodaqlanan, dodaqlanmayan, açıq və qapalı olması)
3.Samit səslər (kar və cingiltili olması)
4.Ahəng qanununa tabe olub-olmaması.
5.Sözün hecaları və vurğusu
Ardı →

Xitab və ara sözlər

Cümlə üzvlərindən danışarkən qeyd etdiyimiz kimi, bir sıra sözlər və birləşmələr daxil olduğu cümlənin üzvləri ilə mənaca əlaqələndiyi halda, qrammatik (sintaktik) əlaqədə olmur. Ona görə də belə sözlər və birləşmələr cümlə üzvü sayılmır. Məsələm: – Vaqif! Ey sərvərim, ey tacıdarım! – Nə var, nə deyirsən, vəfalı yarım?
Beləliklə, cümlə üzvləri kimi, xitablar və ara sözlər də ifadə olunur. Lakin onlardan fərqli olaraq, sintaktik əlaqədə olmadıqları üçün cümlə üzvü olmurlar. Cümlə üzvü olmasalar da, fikrin dəqiq şəkildə ifadəsində və müraciət obyektini bildirməsində onların rolu böyükdür.


Ardı →

Vasitəsiz və vasitəli nitq

Danışarkən və ya yazarkən bəzən başqasının nitqini (onun dediyini və yazdığını) dinləyiciyə, oxucuya çatdırmaq lazım gəlir. Başqasının nitqi iki üsulla verilə bilər: a) vasitəsiz; b) vasitəli.
Vasitəsiz. Başqasının nitqi dəqiq şəkildə dəyişiklik edilmədən verilir. Məsələn: M. Qorki demişdir: məndə olan yaxşı cəhətlər üçün kitaba minnətdaram.
Vasitəli. Başqasının nitqinin məzmununu çatdırır. Məsələn: M. Qorki demişdir ki, onda olan yaxşı cəhətlər üçün o, kitaba minnətdardır.


Ardı →

Budaq cümlələrinin növləri

Tabeli mürəkkəb cümlələr budaq cümlələrin növünə görə fərqlənir. Budaq cümlələr cümlə üzvlərinə uyğun gəlir və cümlə üzvlərinə uyğun olaraq aşağıdakı 7 növə ayrılır:

  1. Mübtəda budaq cümləsi
  2. Xəbər budaq cümləsi
  3. Tamamlıq budaq cümləsi
  4. Təyin budaq cümləsi
  5. Zərflik budaq cümləsi (6 növə ayrılır)
    1. tərzi-hərəkət budaq cümləsi
    2. yer budaq cümləsi
    3. zaman budaq cümləsi
    4. kəmiyyət budaq cümləsi
    5. səbəb budaq cümləsi
    6. məqsəd budaq cümləsi
  6. Şərt budaq cümləsi
  7. Qarşılıqlı güzəşt budaq cümləsi

Ardı →

Mürəkkəb cümlə

Mürəkkəb cümlə əmələ gətirən sadə cümlələr bir-biri ilə sintaktik cəhətdən iki cür bağlanır: tabesizlik yolu ilə, tabelilik yolu ilə.
Mürəkkəb cümləni təşkil edən sadə cümlələrin ya hamısı bərabər hüquqlu olur, ya da tərkib hissələrindən biri qrammatik cəhətdən müstəqil, digəri ondan asılı olur. Məsələn: Al rəngli şəfəqlər ətrafı bürüyürdü – cümləsində tərkib hissələri bərabərhüquqludur (hətta bəzi belə cümlələrdə tərkib hissələrinin yerini dəyişsək də məna dəyişmir). Mürəkkəb cümləni təşkil edən sadə cümlələr arasındakı bu cür bağlılıq tabesizlik bağlılıqdır. Belə mürəkkəb cümlələr tabesizlik mürəkkəb cümlələr adlanır.
Zeynəb hiss etdi, Tükəzban xala ona inanmır – cümləsində sadə cümlələrdən birincisi qrammatik cəhətdən müstəqil olduğu halda, ikinci birinciyə tabedir, çünki ikinci  cümlənin tərkib hissəsi (Tükəzban xala ona inanmır) birinci hissəsini (Zeynəb hiss etdi) aydınlaşdırır və tamamlayır.
Mürəkkəb cümlənin tərkibindəki sadə cümlələr arasında bağlılıq tabeli bağlılıq adlanır. Belə mürəkkəb cümlələrətabeli mürəkkəb cümlələr deyilir.
Beləliklə mürəkkəb cümlələr iki növə ayrılır: 1) tabesizlik mürəkkəb cümlələri 2) tabeli mürəkkəb cümlələr.


Ardı →

Həmcins üzvlü cümlələr

Bildiyimiz kimi, cümlənin müxtəlif üzvləri arasında (xəbərlə mübtəda, zərfliklə xəbər, təyinlə təyinlənən arasında) tabelilik əlaqələri (uzlaşma, idarə və ya yanaşma) olur. Lakin cümlədə elə üzvlər də işlənir ki, onlardan biri digərinə tabe olmur. Bu cür üzvlər arasındakı əlaqə tabesizlik əlaqəsi, bərabərhüquqlu əlaqədir. Məsələn: Yayda alma, armud, gilas və s. meyvələr yetişir.
Eyni üzvlə bağlı olub, eyni suala cavab verən bərabərhüquqlu üzvlərə həmcins üzvlər deyilir.
Tərifdən göründüyü kimi, həmcins üzvlər eyni bir üzvə aid olur, eyni suala cavab verir. Məsələn: Dünən biz doyunca gəzdik, əyləndik, yedik, içdik, dincəldik.
Həmcins üzvlər ya təkcə sadalama intonasiyası ilə, ya da intonasiya və tabesizlik bağlayıcıları ilə əlaqələnir.


Ardı →

Cümlə üzvləri

Cümlə üzvləri bir-biri ilə həm mənaca, həmdə qrammatik cəhətdən bağı olur və sintaktik suala cavab verir. Məsələn: Bülbül bir bir an meşənin sükutunu dinlədi – cümləsində bülbülün hərəkəti, bu hərəkətin zamanı və obyekti ifadə olunur.
Hər hansı söz cümlə üzvü olmaq üçün, ilk növbədə, müstəqil leksik mənaya malik olmalı və cümlədəki başqa üzvlərlə sintaktik əlaqəyə girməlidir. Məsələn: Eldar, deyəsən sən də bu yay çox işləmisən – cümləsində Eldardeyəsən sözləri daxil olduğu cümlənin üzvləri ilə mənaca bağlı olsada, qramatik cəhətdən bağlı deyil. Ona görə də belə sözlər cümlə üzvü sayılmır. Birinci söz (Eldar) xitab, ikinci söz (deyəsən) ara söz hesab olunur.
Davamı →

Cümlə

Cümlə insanlar arasında fikir mübadiləsinin vasitəsidir. Ayrı-ayrı sözlərlə yanaşı, söz birləşmələri də cümləyə daxil olur. Söz birləşməsindən fərqli olaraq cümlənin baş üzvlərdən ibarət qrammatik əsası olur.
Cümlə bitmiş fikir ifadə edir. Cümlə vasitəsilə bir iş və hadisə haqqında məlumat verilir, bir şey soruşulur, bir işə təhrik edilir. Heç bir söz və ya söz birləşməsi cümlə şəklinə düşmədən bitmiş fikir ifadə edə bilməz. Məsələn: dağların qarı, səhərin açılması və s. kimi birləşmələrdə yalnız ayrı-ayrı əşya və hadisələrin adı çəkilir, onların haqqında bitmiş fikir söylənilmir.
Bulaqğın suyu sərindir. Hava getdikcə soyuqlaşır. Bəh-bəh necə gözəl havadır. – cümlələrində isə bir şey haqqında məlumat verilir, hiss-həyəcan ifadə olunur. Bütün cümlələrdə fikir bitmiş şəkildə ifadə olunur.


Ardı →